Icma.az
close
up
RU
Uşaq evi sakinləri Yaşatmaq uğrunda! Baku TV ilə birlikdə

Uşaq evi sakinləri Yaşatmaq uğrunda! Baku TV ilə birlikdə

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən 2025-ci il kiçik qrant müsabiqəsinin qalibi olan "Yaşatmaq uğrunda!" layihəsinin təlimlərinə start verilib.

Oxu.Az xəbər verir ki, 1 iyun-31 avqust 2025-ci il tarixlərində icrası nəzərdə tutulan layihədə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq evi sosial xidmət müəssisəsindən 15-17 yaş arası 6 qız iştirak edir.

Bu gün Uşaq evinin yeniyetmə sakinləri öncə "Baku TV" MMC-nin direktoru Ramin Cəfərovla görüşüblər. Səmimi söhbət zamanı Ramin Cəfərov onların məhz bu sosial layihə ilə həyata və işıqlı gələcəklərinə inamlarının daha da artacağını bildirib: "Biz bu gündən sizin dostunuzuq. Daim qapısını döyəcəyiniz bir media məkanı - "Baku TV" ailəsi var. "Yaşatmaq uğrunda!" layihəsində iştirakçı olduğunuz təlimlər və görüşlərdə bəlkə də siz gələcək həyat istiqamətinizi dəyişmək üçün yeni qərarlar qəbul edəcəksiniz. Bu yolda sizə uğur diləyirəm. Özünüzə və bizə daim güvənin".

Görüş çərçivəsində JSİD - "Jurnalist Sənətkarlığının İnkişafına Dəstək" İctimai Birliyinin sədri, layihənin müəllifi, tanınmış telejurnalist Günel Gözəlova "Baku TV" komandası ilə müvafiq layihənin birgə icrasına görə televiziya rəhbərinə təşəkkür edib.

Daha sonra tanınmış telejurnalist-təlimçi, 30 ilə yaxındır ki, həm mətbuatda, həm də televiziyada peşəkar fəaliyyət göstərən Azər Cabbarov "Media nədir?" mövzusunda təlim keçib. Təlim zamanı qızların media haqqında hazırkı biliklərini də yoxlayan Azər Cabbarov onlara Azərbaycanda və dünyada medianın tarixini, bu günə kimi hansı inkişaf yolu keçdiyini öyrədib. Təlim interaktiv keçməklə yanaşı uşaq evi sakinlərinin jurnalistika sahəsinə marağına da səbəb olub. Bundan sonra Baku.tv Rəqəmsal Media Məktəbinin təlimçilərinin iştirakı ilə əlavə 17 təlimin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş qızların azad və sağlam ruhlu yaşaması uğrunda icra olunacaq "Yaşatmaq uğrunda!" layihəsinin əsas məqsədi gender quruculuğu, qızların əlavə təhsilinə, eləcə də yeni bacarıqların - gələcəyə yönəlik məşğulluğun öyrədilməsi, 15-17 yaş arası təkbaşına həyatla mübarizəyə qoşulacaq qızların uğurlu gələcəyə inamını təmin etməkdir.

Təlimlər bitdikdən sonra uşaq evi sakinlərinin özgüvənləri və onların həyatda özlərini sübut edə bilmələrinə dəstək, eyni zamanda gələcəkdə iş imkanlarının açılması, əlaqələrinin qurulması məqsədilə onların tanınmış şəxslərlə (iş adamları, yaradıcı insanlar, ictimai, eləcə də mədəniyyət xadimləri və s.) ilə görüşünün təşkil olunması planlaşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyun 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri