Yaşayış binasında partlayış 1 ölü, 3 yaralı var
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, partlayış ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb.
Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250kv.m. olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50kv.m. sahədə yanıb.
Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Tbilisidə yaşayış binasında partlayış 1 ölü, 4 yaralı
14 Yanvar 2025 09:10
Ermənistanda yaşayış binasında partlayış 3 ölü
11 İyun 2025 11:58
Təbrizdə yaşayış binasında partlayış: 4 ölü var KONKRET
07 Dekabr 2024 19:03
İstanbulda binada partlayış 1 ölü, 3 yaralı
07 Dekabr 2024 11:05
Baxış sayı:160
Bu xəbər 04 İyul 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















