Icma.az
close
up
RU
Yaşıl ada dastanı

Yaşıl ada dastanı

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Turan Uğur
AYB üzvü

“Türküstan qəzeti” üçün

Bu il Kıbrıs Barış Hərəkatının 50-ci ildönümü, noyabrın 15-də isə Kıbrıs türklərinin bağımsızlığının 41-ci ili tamam olur.Əslində, türk əsgərinin adaya çıxdığı gün iki hərəkatla – 20 iyul və 14 avqust 1974-cü il tarixlərində gerçəkləşib.
Bu, təkcə “Yaşıl ada” nın 38 faizinin türk mehmetçiyinin nəzarətinə keçməsi deyildi, bu, həm də özünü türk sayan hər kəsin şərəf, namus sınağından əla qiymət alması anlamına gəlir. Həmin şərəfli günləri yazdıqları üçün o çağlarda Türkiyənin baş naziri olmuş Bülənt Eceviti, onun müavini Nəcməddin Ərbakanı, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşı, Kıbrıs türklərinin ideoloqları doktor Fazil Küçüyü sevgi və minnətdarlıqla anıram.Təbii ki, bir də mücahid Kıbrıs türklərinin fədakar döyüşlərini Yurd, Vətən naminə ən böyük ərməğan sayıram. Özümü bəxtiyar hesab edirəm ki, ötən ilin noyabrında bəndənizə də Quzey Kıbrısda - onun çeşidli şəhərlərində-Lefkoşada, Girnədə, İskələdə, Mağusada bulunmaq səadəti nəsib olub.Dövlət rəsmiləri ilə görüşmək, Yaşıl adanın şanlı və ağrılı mazisindən, habelə işıqlı istiqbalından bədii-sənədli filmlər hazırlamağın qüruru içindəyəm. İnancım budur ki,
“Yaşıl ada dastanı” adlı araşdırma-yazım hər bir türkə mən –
Turan Uğurdan qutsal bir ərməğan olacaq.

YAŞIL ADA DASTANI

( “Yaşıl ada dastanı” adlı araşdırma - yazını
“Kıbrıs Barış Hərəkatı”– nın 50-ci ildönümünə və noyabrın 15-i keçiriləcək ŞKTC-nin bağımsızlığının 41-ci ilinə həsr edirəm.İnancım budur ki, Quzey Kıbrıs Türk Cümhuriyyətini Türkiyədən sonra ilk rəsmən tanıyan dövlət məhz doğma Azərbaycanımız olacaq.Olması lazım, o mübarək günün yaxın vaxtlarda gələcəyinə içdən inanıram)

BÖLÜMLƏR

1 Kükrəyən tarix

2 Folklor –həm qılıncdır, həm qalxan

3 İki fədai –Biri doktor, biri advokat

4 Yaşıl adanın yaşıl xətti

5 Consonun məktubu

6 Ərənköyün ərləri

7 Demokratiya beşiyində diktatura

8 Müttəfiq elə müttəfiqdir!

9 Gözlədim də gəlmədin...

10 Yanlış da bir naxışdır

11 Savaşdan Barışa

12 Ayşə tətilə çıxsın!

13 Qardaşlığın adı – Kıbrıs

14 Yaşıl ada dastanı

(əvvəli BU LİNKDƏ)

Denktaş, “Türkiyəsiz olmaz!” - deyib kürəyini Ana Vətən – Türkiyəyə söykədi.Sonra federasiya qurulma planı işə salındı, Makarios başqan, Rauf Denktaş isə onun yardımçısı olacaqdı.Yunanıstan - Türkiyə anlaşması belə idi.Denktaş isə bildirdi ki, əgər əsgər qüvvələrimiz adada olmasa, Makarios bu federasiyanı dağıdar.Türkiyənin o dönəm xarici işlər naziri olmuş Fatin Rüştü Zorluya bu sözləri deyən məhz Denktaş oldu. R.Zorlu isə buna inanmamış və xeyli əsəbiləşmişdi:
-“Makarios kimdir ki, bizim imzamızı pozsun”

Sürixdəki toplantıda türk əsgərlərinin 650 dən aşağı sayda olmaması əsas hədəf idi. Türkiyənin Kıbrısda əl-qol açması hər kəsi sevindirdi.Kıbrıs Rum bölümümnün rəhbəri Makarios isə cığallığa başladı.Baş yepiskop imza törənində sazişə imza atmadı.Lakin Yunanıstan baş naziri Konstantinos Karamanlisin Makariosa “qulaq burması” verməsi ilə imzalanma baş tutdu.
-Necə olmuşdu?
Baş nazir bildirmişdi:
-“Əgər imza atmasan, Kıbrısdakı faciələrdən sən məsuliyyət daşıyacaqsan və Yunanıstanı bir daha yanında görməyəcəksən.Səni öz taleyinlə baş-başa buraxırıq”
O zaman Makarios Sürixdəki anlaşmayı imzalamağa məcbur oldu.”16 avqust 1960-ci il anlaşması” tarixdə belə qaldı.Adanın yüzdə 80-də rumlar, yüzdə 20-də türklər olmasına rəğmən haqlar bərabər bölüşdürüldü. Türkiyənin bu sazişdə udan tərəf kimi göründü, zira ilk dəfə türk tərəfinin də varlığı qəbul edilmişdi, həm də beynəlxalq bir səviyyədə.82 il sonra türk əsgərinin adaya geri dönüşü müəzzəm idi.
Yaşıl adanın qırmızı, qanlı günləri geridə qaldımı?
Təəssüf ki, yox!

YAŞIL ADANIN YAŞIL XƏTTİ
(4-cü bölüm)

Əslində, yunanlar da bu sazişdən məmnun idi, bağımsız bir Rum dövləti meydana çıxacaqdı deyə.İngiltərənin də xeyiri xeyir olaraq qalmışdı, çünki əsgəri gücünü itirməmiş və Kıbrıs bataqlığından çıxmağa nail olmuşdu. Bəs kim idi bu müqavilədən rahatsız olan?
-Baş yepiskop - Makarios. London, Sürix anlaşmaları Makariosun canına oxumuşdu. Makariosun iştahası küsdürülmüş, yedikləri qursağında qalmışdı.
-Bu razılaşmalar keşişin içinə sinmişdimi?
-Xeyr, sinməmişdi.
“EOKA” planını dərhal “AKRİTAS” planı əvəzlədi.Yeni faciələrə yol açılmış, türklərin haqqı tanınmamışdı.Doktor Fazil Küçüyün türk insanını savunan şikayətləri cavabsız qalırdı.30 noyabr 1963-cü ildə Makarios hərəkata başladı. Əsas amacı mövcud konstitusiyanı dəyişdirmək oldu. “AKRİTAS” planı gerçəkləşməyə başladı.1963-cü ilin dekabrın 21-də, 4 gün 4 gecə sürən qətliam başladı.Anidən türk qəhvəxanaları basılır, insanlar öldürülür, evlər yandırılırdı.”Noel gecəsi”, yaxud
“Noel qətliamı” adlanan faciədə Kıbrıs türk alayının doktoru
Nihat İlhanın evinə hücum edilir, həyat yoldaşı Mürüvvət və
üç oğlu Murad, Qüdsi və qundaqdakı çocuğu Hakan gizləndikləri vanna otağında güllələnirlər.Dəhşətə bax, ilahi! Vəhşətə bax, ilahi! Ürək sızlayan, can odlayan mənzərəyə bax! Minbaşı Nihat İlhan yalnız 3 gün sonra bu faciədən xəbər tutacaqdı. Türkiyənin Kıbrısdakı səfiri xəbəri doktora verəndə, ilk cavab belə olmuşdu:
-“Vətən sağ olsun!”

Faciələr isə davam edirdi. Lefkoşadakı türk məhəllələri yandırılırdı. 5000 türkün yaşadığı Kiçik Qaymaqlı kantonu rum cəlladı Nikos Samson tərəfindən basıldı.Əlində Türkiyə bayrağı ilə gələn bu qaniçən əslində, bir cani idi.Türk kişilərini qadın və uşaqlardan ayırıb qurşuna düzən Samson qatı bir türk düşməni idi.Qətliamın 4-cü günündə artıq 300 şəhid və 700 yaralı vardı.Qürurverici anlar da az deyildi:
25 dekabr 1963-cü ildə o çağın Türkiyə baş naziri olmuş İsmət İnönünün əmri ilə ilk dəfə Kıbrıs səmalarında türk təyyarələri göründü.
Lefkoşanın ikiyə ayrılması da o tarixlərə təsadüf edir.Dış güclərin – İngiltərənin işə qarışması ilə atəşkəs elan edilir
və “Yaşıl xətt” adı verilən cizgi başkəndi ikiyə bölür.Sonralar şəhər Kıbrıs rumları üçün Nikosiya, Kıbrıs türkləri üçün Lefkoşa adı ilə bir adada iki xalqın vahid paytaxtı kimi tarixə düşəcəkdi. Kağızda mavi cizgi ilə çəkilənlər boşaldılan yerlər, yaşıl xətt ilə çəkilənlər isə Lefkoşanı ayıran anlamına gəldiyi üçün “Yaşıl xətt” adı Lefkoşanın tarixinə bu şəkildə keçəcəkdi.”Yaşıl ada” nın yaşıl xətti – necə də özəl səslənir.
Kim bilir, bəlkə elə bu adanın gələcəyi naminə yaşıl işıqların yanması da bu tarixə - Yaşıl xəttin çəkildiyi günə borcludur?!

CONSONUN MƏKTUBU
(5-ci bölüm)

Kıbrısda türklərlə rumlar artıq bir ortamda yaşaya bilmirdilər, yaxud bilməzdilər.Hər kəs öz kantonunda öz insanının yanında yaşamağa niyyətli idi. Hər kəsin alnına köçkünlük, zəlalət, dərbədər olmaq yazıldı.Məgər Yaşıl adanın önündə yaşıl işıq hələ yanmayacaqmış, hələ növbə sarı işığın imiş. Sən demə, qılınc qından bir kərə çıxmışdı, daha qınına girməyəcəkmiş, sən demə, daha silahlar susmayacaqmış, sən demə, savaşın hələ hənirtisi qarşıda imiş.Afinada hökumətin dəyişməyi ilə adaya gizli yollarla 20000 yunan əsgərinin göndərilməsi yeni faciələrə yol açdı.
“EOKA” “qəhrəmanı” General Qrivas adaya geri dönür.Bu türk düşmənini şölənlərlə, təmtəraqla qarşıladı Kıbrıs rumları.Bəs türk qardaşlarımız - yəni Türkiyə?
-Müdaxilə edə bilərdimi?
-Fikrimcə, hələ yox, Türkiyənin o dönəmdə çıxarma gəmiləri, müasir silahları bəs qədər deyildi.Qırıcı təyyarələri,helikopterləri, tankları kafi sayıla bilməzdi.İstiqlal savaşını qazananlardan biri olan İsmət Paşa isə bu işdə olduqca ehtiyatlı davranırdı.”Qurtuluş savaşı” ndan sonra ilk dəfə böyük hərbə girmək, İnönüdə böyük qayğı və narahatlıq yaratmışdı.
-“Adaya çıxmağına çıxarsan, ancaq döyüşü qazanarsanmı?”
Bu sual özü böyük bir “sual” doğururdu.
Diplomatiya varkən, hərbə nə lüzum?! ABŞ prezidenti Lindon Consonun məzəmmət dolu, tənbeh dolu məktubu isə hər kəsi təəccübləndirdi.Axı Türkiyənin ən böyük müttəfiqi idi ABŞ.Onun sovetlərə qarşı ən güclü cəbhəsi, cənub zonasında ən güvəndiyi güc idi Türkiyə.Bəs bu nə davranış, bu nə hədyan sözlər, bu nə hədələrdir?!

Həmin məktubu yazmış xarici işlər nazirinin müavini
Cozef Siskonun özündən oxuyaq:

COZEF SİSKO:

(Həmin dönəmdə ABŞ xarici işlər nazirinin müavini)

“Xarici işlər naziri Din Rask gecə məni otağına çağırdı, nazir mənə kəlmə-kəlmə bu sözləri yazdırdı.Prezidentdən məktub aldığını, araya girməkdə çox geçikdiklərini bildirdi.Gərək təsiredici gücə sahib olaydıq.Üstəlik öncəki tövsiyələrimiz, sözlərimiz bir işə yaramamışdı.Türkiyəni mütləq durdurmalıydıq.Bu məktub əlimizdə son kart olaacqdı”

İlk dəfə təhdid olunurdu Türkiyə.
“Əgər Türkiyə Kıbrısa çıxsa, sovet müdaxilə etsə, biz - NATO olaraq Türkiyəni müdafiə etməyəcəyik və savaşda bizim silahlardan istifadə edə bilməzsiniz” - demişdi ABŞ prezidenti Lindon Conson.

-“Conson nə qədər çiy adammış”- dedi İsmət İnönü. Lakin ABŞ-nin müdaxiləsi bir işə yaramadı.Sən saydığını say, gör, fələk nə sayır, yox Qrivas nə sayır? Bu dəfə hədəfdə Ərənköy vardı.

ƏRƏNKÖYÜN ƏRLƏRİ

(6-cı bölüm)

Ərənköy 1600 nəfərlik, 5 kənddən ibarət olan bir kanton idi.Türklərin dənizə açılan hissəsi və Türkiyə ilə arasında tək nəfəslik sayılırdı. Bu nəfəsi kəsmək istəyən rumlar 6 avqust 1964 - cü ildə - 3 gün, 3 gecə Ərənköyə hücum etdilər.Bu dəfə Türkiyə anidən müdaxilə etdi, havadan göstərilərlə Ərənköyə yardımçı oldu.Rumların hücumları dayansa da, 20000 yunan əsgəri Qrivasın başçılığı altında köyləri yağmalamağa davam edirdilər.

(ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Yaşıl ada dastanı
26 Noyabr 2024 12:04
seeBaxış sayı:88
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Dekabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri