Icma.az
close
up
RU
Yaşıl ada dastanı

Yaşıl ada dastanı

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Turan Uğur
AYB üzvü

“Türküstan qəzeti” üçün

Bu il Kıbrıs Barış Hərəkatının 50-ci ildönümü, noyabrın 15-də isə Kıbrıs türklərinin bağımsızlığının 41-ci ili tamam olur.Əslində, türk əsgərinin adaya çıxdığı gün iki hərəkatla – 20 iyul və 14 avqust 1974-cü il tarixlərində gerçəkləşib.
Bu, təkcə “Yaşıl ada” nın 38 faizinin türk mehmetçiyinin nəzarətinə keçməsi deyildi, bu, həm də özünü türk sayan hər kəsin şərəf, namus sınağından əla qiymət alması anlamına gəlir. Həmin şərəfli günləri yazdıqları üçün o çağlarda Türkiyənin baş naziri olmuş Bülənt Eceviti, onun müavini Nəcməddin Ərbakanı, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşı, Kıbrıs türklərinin ideoloqları doktor Fazil Küçüyü sevgi və minnətdarlıqla anıram.Təbii ki, bir də mücahid Kıbrıs türklərinin fədakar döyüşlərini Yurd, Vətən naminə ən böyük ərməğan sayıram. Özümü bəxtiyar hesab edirəm ki, ötən ilin noyabrında bəndənizə də Quzey Kıbrısda - onun çeşidli şəhərlərində-Lefkoşada, Girnədə, İskələdə, Mağusada bulunmaq səadəti nəsib olub.Dövlət rəsmiləri ilə görüşmək, Yaşıl adanın şanlı və ağrılı mazisindən, habelə işıqlı istiqbalından bədii-sənədli filmlər hazırlamağın qüruru içindəyəm. İnancım budur ki,
“Yaşıl ada dastanı” adlı araşdırma-yazım hər bir türkə mən –
Turan Uğurdan qutsal bir ərməğan olacaq.

YAŞIL ADA DASTANI

( “Yaşıl ada dastanı” adlı araşdırma - yazını
“Kıbrıs Barış Hərəkatı”– nın 50-ci ildönümünə və noyabrın 15-i keçiriləcək ŞKTC-nin bağımsızlığının 41-ci ilinə həsr edirəm.İnancım budur ki, Quzey Kıbrıs Türk Cümhuriyyətini Türkiyədən sonra ilk rəsmən tanıyan dövlət məhz doğma Azərbaycanımız olacaq.Olması lazım, o mübarək günün yaxın vaxtlarda gələcəyinə içdən inanıram)

BÖLÜMLƏR

1 Kükrəyən tarix

2 Folklor –həm qılıncdır, həm qalxan

3 İki fədai –Biri doktor, biri advokat

4 Yaşıl adanın yaşıl xətti

5 Consonun məktubu

6 Ərənköyün ərləri

7 Demokratiya beşiyində diktatura

8 Müttəfiq elə müttəfiqdir!

9 Gözlədim də gəlmədin...

10 Yanlış da bir naxışdır

11 Savaşdan Barışa

12 Ayşə tətilə çıxsın!

13 Qardaşlığın adı – Kıbrıs

14 Yaşıl ada dastanı

(əvvəli BU LİNKDƏ)

Parolu “Zəfər”, hədəfi “Şahin xətti” olan İkinci hərəkat başladı.3 gün davam elədi, heç bir dirəniş yox idi.Zatən yunan-rum gücləri o qüvvədə deyildilər, güneyə doğru sığındılar.Demək olar ki, heç bir dirəniş olmadı.Dünya türk ordusunun Kıbrısı tam ələ keçirəcəyindən narahat idi.Birinci hərəkat haqlı göründüsə də, ikinci hərəkata o cür baxmadılar.

“Bu gün Kıbrıs türk ordusunun əsiridir, amma sabah türk ordusu Kıbrısın əsiri olduğunu görəcək” - deyən və Türkiyəyə sərt ismarışlar yollayan İngiltərə xarici işlər naziri
Ceyms Kallaqan yanıldı...
...Və nə yaxşı ki yanıldı!

AYŞƏ TƏTİLƏ ÇIXSIN!

(12-ci bölüm)

Baş nazir Bülənt Ecevit Türkiyənin xarici işlər naziri Turan Günəşlə hər şeyi doğru şəkildə ölçüb-biçmişdi.İki div siyasətçi İkinci Cenevrə konfransının uğursuz olacağını təxmin etdikləri üçün bu işləri götür-qoy eləmiş, bütün incəlikləri nəzərə almışdılar.Hətta Cenevrəyə yollanacaq Turan Günəş Bülənt Ecevitlə baş nazirin kabinetində Turan Günəşin qızı Ayşənin tətil məsələsindən danışmışdı. Rəhmətlik Günəş övladlarını çox istərdi, onların istirahəti ilə şəxsən özü maraqlanırdı. Aralarında seçilən
“Ayşə tətilə çıxsın” parolunu Bülənt Ecevit və Turan Günəşdən başqa kimsə bilmirdi.Ona görə də o əsnada dodaqlara təbəssüm qonduracaq bir olay baş vermiş və “Ayşə tətilə çxısın!” ifadəsi dillərə dastan olmuşdu.Bu vəziyyət məhz Cenevrədə türk heyətinin sözçüsü
Haluk Ülmanın başına gəlir.

Konfrans axşamı rəsmi Ankaradan professor Haluk Ülmana zəng gəlir. Onu arayan turizm naziri Orxan Birgit idi.

ORXAN BİRGİT: Turan bəyə söylə, Ayşə sabah tətilə çıxır.
HALUK ÜLMAN: “Allah, Allah” dedim.
ORXAN BİRGİT: Canım, Turanın qızını deyirəm.
HALUK ÜLMAN: Yaxşı, söyləyərəm.Hara gedəcək?
ORXAN BİRGİT: Bodruma.

“Oldu”- dedi Haluk Ülman, onsuzda təcili deyil, necə olsa sonra deyərəm. Ancaq çox təəccüblənmişdi Ülman, bunca işin içində baş nazir Ecevitin nazir Turan Günəşin qızının tətil məsələsini düşünməsi ona çox qəribə görünmüşdü. Amma o cümlənin anlamı tamam başqa idi.
Avqustun 13-ü türk heyəti Cenevrədə İnterkontinental hotelində səhər qəhvəaltısı edəndə Haluk Ülmanın birdən yadına düşdü ki, Ayşə tətilə çıxacaqmış, Günəşə deməyi unutmuş.Turan Günəş də yanında adamlar olduqları üçün bu vəziyyətdə xeyli pərt olmuşdu.

Hotelin dəhlizində Turan Günəş Haluk Ülmana əsəbiləşdi ki,
-“Sən neylədin, bu bir paroldur”

Haluk Ülman da peşmancasına:
-“Əvvəldən söyləyərdiz, nə bilim vallah bilmirdim”- dedi.

Bu parolun mənası isə ümid kəsildi, “türk əsgəri İkinci hərəkata başlayacaq” anlamına gəlirdi.

Bir də həmin epizodu Turan Günəşin qızı Ayşə Ayatanın öz xatirələrindən oxuyaq:

AYŞƏ AYATA:

O dönəmdə Türkiyə xarici işlər naziri olmuş Turan Günəşin qızı

-“Atam, o vaxtlar Turizm naziri Orxan Birgitə “Tətilə gedən tanış biri varsa, Ayşəyi də onlarla birlikdə göndər, mənim işlərim çox uzun olacaq”- deyir.Birinci hərəkatdan sonra Kıbrısta türklərin olduğu yer son dərəcə kiçik, Girnə və ətrafında balaca bir sahə idi.Orada türk əhalisinin qalması çox təhlükəli görünürdü.Yəni hərəkata ehtiyac ola bilər mənasında gəl, bir parol müəyyən edək deyilir.Atam Turan Günəş və Bülənt Ecevit “başqa ölkələr bizi dinləyirlər, düşüncəsi ilə İkinci hərəkatın başlaması üçün bir parol seçirlər.”Ayşə tətilə çxısın” parolunu atam Ecevitə işarət olaraq verir.Atamın ağlına bir az öncə mənim tətilimi danışdığı üçün “Ayşə tətilə çxısın” cümləsi gəlir və sən də o zaman anla ki, bu müzakirələrədən bir sonuc çıxmayacaq və bir şəkildə hərəkat hazırlığı başlasın”

Ancaq “Ayşə tətilə çxısın” parolunun hekayəsini dərindən araşdırdıqda görürük ki, bu parolu baş nazir Bülənt Ecevit tapmışdı.Bu fakta qəzetəçi-yazar, siyasətçi Akın Simavın
“Turan Günəşin Siyasal Kavqaları” adlı kitabında da rast gəlmişəm.

Turan Günəş

O dönəmdə Türkiyənin xarici işlər naziri

“İkinci Cenevrə konfransına getmədən öncə baş nazir Ecevitlə ikimiz danışır, son hazırlıqları son dəfə gözdən keçirirdik.Bu arada konfransın yarıda kəsilməsi ehtimalı üzərinə danışdıq.O zaman aramızda bir parol seçməyə qərar verdik.Həmin anda Orxan Birgit məni aradı.Özünə, Cenevrə görüşlərinin uzun sürəcəyini bildirdim, məni gözləmədən çocuqlarımın tətilə çıxmasını istədim.Birgitə uşaqlarıma yardımçı olmasını və Mərməris tətil köyündə bir yer ayırmasını rica etdim.Telefonu qapatdıqdan sonra baş nazir mənə çevrildi və dedi ki:
“Mən parolu tapdım”

-Nədir?
- “Ayşə tətilə çxısın”.Əgər iş qırılma nöqtəsinə gəlsə, burada işlər uzanacaq, Ayşə tətilə çıxısn de, mən anlayacam.
Beləcə parolu qərarlaşdırmışdıq”

Akın Simav,

“Turan Günəşin Siyasal Kavqaları” əsərindən,

“İstiqlal mətbəəsi – 1975”.

Buradan da öyrəndiyimiz kimi məşhur parolun müəllifi Bülənt Ecevitdir. Bütün hallarda, Turan Günəşin qızı həyatında çox tətillərə çıxacaqdı, amma həmin ilin tətili heç zaman təkrarlanmayacaqdı.1974-cü il avqust tətilinin zövqü, ləzzəti təkcə Ayşəyə deyil, bütün türklərə əbədi bir zövq,əbədi bir məmnunluq,əbədi bir rahatlıq gətirəcək və Ayşənin tətili hərəkat simvoluna çevriləcəkdi.

QARDAŞLIĞIN ADI - KIBRIS

(13-cü bölüm)

Barışdan bağımsızlığa gedən yollar qətiyyən asan olmadı.41 ildir ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti öz müstəqil həyatını yaşayır.Öz müqəddaratı öz əlində olan Kıbrıs türklərinin ideoloqları doktor Fazil Küçük və qurucu cümhur başqanı Rauf Denktaşın mücadilə yolundakı fədakarlıqlarını qeyd etmək lap yerinə düşər.

Bu gün öz hökuməti, öz dövləti, öz səfirlikləri bulunan Quzey Kıbrıs Türk Cümhuriyyətinin beynəlxalq münasibətlərdə addım-addım irəli getdiyini görürük.Nə xoş ki, türk ölkələri və xalqları ilə olan münasibətlər özünün zirvə həyatını yaşamağa qayrət göstərir.

Bir millət üç dövlət” Bu deviz bugünün sloqanı, şüarıdır.Mən Azərbaycan -Türkiyə - Quzey Kıbrıs Türk Cümhuriyyəti üçlüyünə “Qardaşlığın adı” da deyirəm.Dünən hədəflərimiz başqa idi, sabah isə tam başqa olacaq.Üç dövlətin sayı daha da çoxalacaq.

Türk ulusları arasındakı ülfət, mənəvi bağlar hər keçən gün yüksəliş mərhələsini yaşayacaq.Amacımız, amalımız odur ki, bu yüksəliş bir an belə durmasın.Zira yaşıl adanın önündəki yaşıl işıqlar məhz aramızdakı ilişkilərdən asılıdır.

ŞKTC - nin Prezidenti Ersin Tatarın Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı münasibətlərimizin inkişafının nümunəsi sayıla bilər.Ersin Tatar türk dünyasının ayrılmaz bir parçası olan Şuşada bu ilin iyulun 6-da qeyri-rəsmi Zirvə görüşünün keçirilməsini əlamətdar və tarixi hadisə sayıb:

Ersin Tatar

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti:

“Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşa Zirvə görüşündə çıxış etməkdən duyduğum böyük xoşbəxtliyi və məmnunluğu sizinlə bölüşmək istəyirəm.Türk dünyasının mənəvi paytaxtı Şuşada, azad olunmuş bu gözəl torpaqlarda Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə bu Zirvə görüşündə aranızda olmaqdan duyduğum böyük məmnuniyyəti təkrar bildirmək istəyirəm.Əvvəlcə, bu günə qədər Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi dəstəyə və bizi Şuşa Zirvəsinə dəvət etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”

YAŞIL ADA DASTANI

(14-cü bölüm)

Bu uzun araşdırma-yazım Yaşıl adanın oxunaqlı bir dastanı olsun.Acılı, ağrılı, sevincli, fərəhli - qəhrəmanlıq dastanı.
Bu səbəbdən dastan yaraşır yazıma, çünki dastanda hər şey var: nəzm də, nəsr də, ağrı-acıda, fərəh-sevinc də, qəhrəmanlıq da, hüzn də, ölüm-itim də, rəşadət də.
Mən Yaşıl adanın yolunda həp yaşıl işıqların yanacağı inancındayam.Bizim ortaq türk tariximiz olduğundan bu inanca gecə-gündüz hizmətdəyəm, ona ərköyün bir çocuq kimi baxıram, onu bəsləyirəm - yedirirəm, içirirəm, böyüdürəm. Quzey Kıbrıs Türk Cümhuriyyəti də böyüyür, gözəlləşir.Arzum budur ki, Yaşıl adanın yaşıl işıqları heç zaman sönməsin!
Necə də gerçək bir arzudur, necə də göyçək bir arzudur,
deyilmi?!

SON

(Araşdırma-yazda Akın Simavın, Bülənt Ecevitin,
Süleyman Dəmirəlin, Doktor Fazil Küçüyün, Rauf Denktaşın, Henri Kissincerin, Ceyms Kallaqanın, Cozef Siskonun,
Turan Günəşin, Həvva Hayırsevərin, Mehmet Ali Birandın,
Haluk Ülmanın, Orxan Birgitin, Məlik Əsənbelin,
Qazi Həsən Əmirəlinin, Ayşə Ayatanın faktlarına, xatirələrinə, habelə şəxsi gündəliklərimə və mülahizələrimə söykənmişəm)

25 oktyabr -31 oktyabr, 2024-cü il,
Bakı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Yaşıl ada dastanı
26 Noyabr 2024 12:04
seeBaxış sayı:66
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tofiq Yaqublunun huşu aydındır” Adil Qeybulla

20 Aprel 2025 12:09see165

Dəm qazı daha 4 canımızı aldı

21 Aprel 2025 12:43see163

Süni intellektin hədəfində olan peşələri açıqladı

20 Aprel 2025 09:46see159

Hakan Fidan Ərdoğanın sirr dağarcığı Uzun boylu kubar, casus diplomat” (TƏHLİL)

21 Aprel 2025 12:39see144

İnsanı stressdən yarım saata xilas etmənin YOLU

20 Aprel 2025 13:01see134

Xərçəngi məğlub edən həkimdən sağlam həyat üçün 4 “qızıl qayda”

21 Aprel 2025 00:42see133

BMT Qəzza ilə bağlı hesabat yaydı: 2 milyon insan…

20 Aprel 2025 16:17see131

Liverpul addım addım çempionluğa doğru

21 Aprel 2025 01:19see127

Hakan Fidan Avropanın ikili standartlarını ifşa etdi

20 Aprel 2025 23:25see126

Vizual incəsənətə baxmaq rifaha müsbət təsir göstərə bilər

21 Aprel 2025 06:08see124

Bağanıs Ayrım sakini: Bütün arzularım yanıb, kül oldu

21 Aprel 2025 02:13see124

Ucuz və sərfəli: Ən yaxşı işlənmiş hibrid avtomobillər SİYAHI

21 Aprel 2025 00:00see119

Dadaşovun qolu komandasını finala yüksəltdi

22 Aprel 2025 00:07see118

Yaşlılarda texnologiya istifadəsi demans riskini azalda bilər

21 Aprel 2025 18:19see118

Lahor Bakı birbaşa reysi istifadəyə verildi FOTO

20 Aprel 2025 17:10see117

Taksi sürücülərinin qiymətləndirilməsi sərnişinlərin təhlükəsizliyini artırır?

20 Aprel 2025 21:49see117

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 Aprel 2025 00:04see115

Şamaxı Kəpəz ə qarşı

20 Aprel 2025 09:02see114

İslam Kərimovun nəvəsi realiti şouya qatılır

21 Aprel 2025 23:58see110

Dubay şokoladı ətrafında ajiotaj dünyada püstə qıtlığına yol açıb

20 Aprel 2025 08:38see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri