Icma.az
close
up
RU
“Yaşıl enerji” istehsalına yatırılan hər dollar üçün orta hesabla 33 sent əlavə xərc tələb olunur

“Yaşıl enerji” istehsalına yatırılan hər dollar üçün orta hesabla 33 sent əlavə xərc tələb olunur

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) inteqrasiya tempi və əlaqədar investisiyaların həcmi iki əsas amillə - sistemli çağırışlar və layihənin həyata keçirilməsinin tam dəyəri ilə müəyyən edilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik toplantısı çərçivəsində "Azərbaycan: Yaşıl inkişafa və bağlantıya doğru formalaşmaqda olan qapı" adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, birinci amil milli enerji sisteminin xüsusiyyətləri və BOEM-in dəyişkənliyinin yaratdığı çətinliklərlə bağlıdır:

"Bərpa olunan enerji mənbələri ilə bağlı problem onların fasiləli xarakterindədir. Günəş həmişə parlamır, külək gözlənilməzdir. Belə qeyri-sabit istehsalın sistemin dayanıqlığını pozmaması üçün onu kompensasiya etmək lazımdır - ya enerji sisteminin miqyası, ya da qonşu ölkələrlə yüksək əlaqə ilə".

E.Soltanov qeyd edib ki, birinci halda Azərbaycanın məhdud imkanları var: quraşdırılmış güc təxminən 8 QVt, orta istehlak isə cəmi 3 QVt təşkil edir ki, bu da sistemi istehsal dalğalanmalarına qarşı həssas edir.

Nazir müavininin sözlərinə görə, ikinci kompensasiya mexanizmi xariclə əlaqə ola bilər: "Avropa ölkələri ölçüdən və inteqrasiyadan faydalanır. Məsələn, İspaniya böyüklüyünə baxmayaraq, Fransa ilə zəif şəbəkə əlaqələrinə görə çətinlik yaşayır. Azərbaycan üçün əlaqə qurmaq təkcə elektrik enerjisi ticarəti məsələsi deyil. Bu, bütün enerji sisteminin dayanıqlılığının amilidir, xüsusən də ölkənin əsas bazarlardan və texnologiya mərkəzlərindən uzaqlığını nəzərə alsaq".

Nazir müavininin fikrincə, ikinci ən vacib amil BOEM-in inteqrasiyasının real dəyəridir ki, bu da çox vaxt lazımınca qiymətləndirilmir: "Günəş və külək üçün maya dəyəri (LCOE) hesablamalarına adətən şəbəkə infrastrukturu, təkmilləşdirmələr, enerji saxlama sistemləri və dayanıqlılıq mexanizmlərinin xərcləri daxil edilmir. Bu xərclər daxil edildikdə, BOEM rəqabətə davamlı qalır, lakin qiymət üstünlüyü azalır".

Bundan başqa, E.Soltanov əlavə edib ki, BOEM-in coğrafiyasını istehlakçıların tələbatı deyil, təbii şərait diktə edir: "Qaz məntəqələrinin mühüm üstünlüyü var - onlar şəhərlərə və sənaye mərkəzlərinə yaxın tikilə bilər. Günəş və külək resursları isə mövcud şəbəkələrdən uzaqda yerləşdirilə bilər ki, bu da qoşulma üçün əlavə investisiya tələb edir".

O, nümunə də çəkib: 2 QVt-dan çox BOEM-in planlaşdırılan inteqrasiyası ölkəyə 2 milyard ABŞ dollardan çox investisiya gətirə bilər. Bununla belə, istehsala yatırılan hər 1 dollar üçün şəbəkənin inkişafı və modernləşdirilməsi üçün orta hesabla 33 sent əlavə xərclər düşür.

Onun sözlərinə görə, bu çağırışlara baxmayaraq, Azərbaycan məhdudiyyətləri strateji cəhətdən dəf etmək qabiliyyətini nümayiş etdirir.

"Neft və qaz məsələsində olduğu kimi, biz coğrafi və sistem məhdudiyyətlərini rəqabət üstünlüklərinə çevirməyə çalışırıq. Texnoloji, infrastruktur və tənzimləyici aspektləri nəzərə alaraq biz eyni yanaşmanı BOEM-ə də tətbiq edirik", - E.Soltanov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 May 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri