Qəhrəmanlığı ilə yaddaşlarda yaşayan şəhid İntiqam Şirəliyevin xatirəsi anılıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Göyçay, 29 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçayın Potu kəndində Vətən müharibəsi şəhidi İntiqam Şirəliyevin beşinci ildönümü mərasimi keçirilib. Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən və şəhid İntiqam Şirəliyevin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür ediblər.
Anım tədbirinin sonunda rayon mədəniyyət mərkəzinin əməkdaşı Əli Səfalı və kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, şəhid İntiqam Şirəliyev 1997-ci ildə Göyçay rayonunun Potu kəndində doğulub. Həqiqi hərbi xidmətini bitirdikdən sonra N saylı hərbi hissədə MAHHXHQ vəzifəsində xidmətə başlayıb. 2020-ci il sentyabrın 29-da Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 Sentyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















