Icma.az
close
up
RU
Bakıdan bölgələrə: III MDB Oyunlarının strateji önəmi Şərh

Bakıdan bölgələrə: III MDB Oyunlarının strateji önəmi Şərh

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“İdman diplomatiyası mədəni və ictimai diplomatiyanın tərkib hissəsi kimi ölkənin inkişafında, milli vətənpərvərlik ruhunun, xüsusən də yeniyetmə və gənclər arasında aşılanmasında, idmanın kütləviləşməsi və sağlam həyat tərzinin formalaşmasında, həmçinin beynəlxalq aləmdə tanınmasında müstəsna rola malikdir. Bu səbəbdən idman və bədən tərbiyəsinin inkişafı cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Məhz cənab Prezidentin ölkəyə rəhbərliyi dövründə idman sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan qısa zamanda beynəlxalq nüfuza malik idman dövləti kimi tanınmaqdadır. Azərbaycan idmançıları davamlı olaraq beynəlxalq səviyyəli mötəbər yarışlarda parlaq qələbələr qazanmaqla yanaşı, ölkəmiz də ən nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi edir.

III MDB Oyunlarına uğurla ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunu daha da artıracaq. Bu, idman, mədəniyyət və diplomatiya sahəsində ölkəmiz üçün daha bir strateji uğur olacaqdır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədri bildirib ki, cənab Prezident İlham Əliyevin liderliyi altında ölkədə istər idman və bədən tərbiyəsinin inkişafı, istər idmançılarımızın əldə etdiyi uğurlar, istər milli ruhun və sağlam həyat tərzinin təbliği, istərsə də sosial-iqtisadi və turizm sahəsinin inkişafı, Azərbaycanın dünyaya təqdim edilməsi və beynəlxalq nüfuza sahib olması istiqamətində görülən işlərdən geniş danışmaq mümkündür: “Bütün bunları qısaca bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, düşünülmüş siyasət nəticəsində idman sahəsi Azərbaycanın güclənməsinə, bugünkü uğurlarına və qələbələrinə xidmət edib. İdman sahəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də ölkəmizdə həyata keçirilən uğurlu idman diplomatiyasının müstəsna rolu olub. Necə deyərlər, idman dar bir sahənin deyil, bütövlükdə ölkənin hərtərəfli inkişafına, güclü və qalib dövlət rolunda çıxış etməsinə öz töhfəsini verib”.

Deputat əlavə edib ki, respublikanın regionlarında idman infrastrukturunun yaradılması yalnız idmanın inkişafına deyil, bölgələrin sosial-iqtisadi vəziyyətinin, turizminin yüksəlməsinə, işsizliyin azalmasına da müsbət təsir göstərib. Bu baxımdan III MDB Oyunları da çox mühüm əhəmiyyət kəsb edir.

III MDB Oyunlarının Bakı və Abşeronda deyil, Azərbaycanın bölgələrində – Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə keçirilməsi yarışın ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyətini daha da artırır. İndiyədək Oyunların ən yüksək səviyyədə keçirilməsi üçün bölgələrdə yeni idman obyektləri tikilib və ya mövcud olanlar müasir standartlara uyğun şəkildə bərpa olunub. Bu məqsədlə Gəncədə inşa olunan İdman Sarayı bütövlükdə Qafqazda nadir idman kompleksi hesab olunur. Belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, region gənclərinin idmana marağını artırır və idmanın kütləviləşməsinə xidmət edir. Bu layihə, həmçinin, ölkəmizin III MDB Oyunlarını yüksək səviyyədə keçirmək üçün gördüyü işlərin bariz nümunəsidir.

III MDB Oyunları tarixi Azərbaycan şəhəri olan Gəncənin timsalında ölkəmizin mədəniyyətini, tarixini və idman təcrübəsini təqdim etmək üçün də böyük fürsətdir. Bu yarışların təsiri yalnız bir neçə günlə məhdudlaşmır, Azərbaycan idmanının yeni inkişaf mərhələsinə keçidinə təkan verir. Xüsusilə regionlarda idman daha da inkişaf edəcək.

III MDB Oyunlarına uğurlu ev sahibliyi gələcəkdə ölkəmizin digər bölgələrində də beynəlxalq səviyyəli idman yarışlarının təşkili üçün mühüm təcrübə olacaq. Bu, bütövlükdə respublikanın ümumi inkişafına müsbət təsir göstərəcək.

Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır və təbliğ edir”. Əminəm ki, yüksək səviyyədə keçiriləcək III MDB Oyunları da Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtmaqda öz sözünü deyəcək. Nəticədə, III MDB Oyunları Azərbaycanın son illərdə əldə etdiyi davamlı uğurlar və zəfərlər sırasına əlavə olunaraq növbəti böyük qələbə olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Sentyabr 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri