Icma.az
close
up
RU
“Yaşıl enerji” ittifaqı yaranır

“Yaşıl enerji” ittifaqı yaranır

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” yeni tərəfdaşlarla yeni mərhələyə daxil olur

Bakıda keçirilən Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasında ən mühüm razılaşmalardan biri bərpaolunan enerji mənbələrinin tədarükündə iştirakçı ölkələrin yeni investisiya planlarında ortaq mövqe nümayiş etdirilməsi oldu. İlk öncə, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması “yaşıl enerji” dəhlizinin gerçəkləşməsi istiqamətində hüquqi-iqtisadi və sərmayə zəmanətinin həllini təmin etmiş oldu. Memorandum Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birinci mərhələsinin həyata keçirilməsinə start verilməsi deməkdir.

3+4 formatı

Xatırladaq ki, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən 2024-cü il noyabrın 13-də COP29 çərçivəsində imzalanıb. Həmin sazişdən irəli gələrək 3 ölkənin enerji ittifaqı digər tərəfdaşlarla daha da möhkəmlənib. Qeyd edilən sənədə əsasən, Azərbaycan, Özbəkistan və Qazaxıstan öz “yaşıl enerji” infrastrukturlarını tam şəkildə təkmilləşdirəcək və enerji sistemlərinin birləşdirilməsini təmin edəcək. Qazaxıstanın energetika naziri Erlan Kudaybergenoviç Akkenjenov qeyd edib ki, “yaşıl dəhliz” layihəsi regionun enerji sistemlərini gücləndirməklə yanaşı, “yaşıl texnologiyalar”ın təşviqi, ekoloji təmiz coğrafiyanın yaranmasında da mühüm rol oynayacaq. Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov isə bildirib ki, 3 qardaş ölkə yaşıl gələcək qurmaq, iqtisadi artımı və rifahı təmin etmək üçün yeni çığır açmış olur.

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində imzalanan digər strateji sənəd “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə memorandumdur. Bu sənəd də “yaşıl enerji” proqramı üzrə tərəfdaş ölkələri bir araya gətirir və “yaşıl koalisiyanı” birləşdirir. Daha doğrusu, Özbəkistan və Qazaxıstanla imzalanmış sazişi iqtisadi və hüquqi baxımdan tamamlayır və bölgədəki bütün yaşıl interkonnektorları əlaqələndirir. Sazişə əsasən, 4 ölkə (Azərbaycan,Gürcüstan, Türkiyə və Bolqarıstan) regionlararası trans-sərhəd “yaşıl enerji” infrastrukturunun birləşdirilməsi istiqamətində zəruri addımlar atacaq.

Bakıda imzalanan hər iki memorandum 3+4 formatını yaradır və 7 ölkənin yeni enerji strategiyasını əks etdirməklə əsas ana hədəfi - “Qara dəniz kabeli” adlanan “Xəzər Yaşıl Enerji Dəhlizi”nin başa çatdırılmasını təmin edəcək.

Asiya və Avropa Bankının investor zəmanəti

Hər iki memorandumun ən mühüm istiqaməti isə investisiya təminatının həll olunmasıdır. Bu prosesə Azərbaycanın və yaxın tərəfdaşlarının etibarlı maliyyə institutları olan Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının qoşulması layihənin maliyyələşmə probleminin də aradan qalxması deməkdir. Hər iki investor zəruri sərmayələri ayırmaqla dəhlzin vaxtında çəkilişinin tamamlamasında enerji ailəsi ilə birgə hərəkət edəcək.

Beləliklə, yeni regional yaşıl koalisiyanın yaranması böyük bir coğrafiyada - Asiyadan Avropaya qədər uzanan “yaşıl enerji təşəbbüsü”nün gerçəkləşməsinə Mərkəzi Asiya- Trans-Xəzər enerji dəhlizinin reallaşmasına səbəb olacaq.

Bu prosesdə maraqlı tərəf olan Avropa İttifaqı (Aİ) isə yeni enerji gündəliyini dəstəkləmək və iqtisadi-siyasi köməyini göstərməklə bölgənin geoiqtisadi coğrafiyasında üstünülüyünü və iqtisadi maraqlarını təmin etmiş olur. Bu baxımdan Aİ son 20 ildə bütün enerji şaxələrində xüsusi iradə nümayiş etrdirən Azərbaycanın yeni enerjinin şaxələnməsində təşəbbüskarlığını yüksək dəyərləndirir. Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində tədbirdə bildirib ki, Azərbaycanla bu sahədə yaxşı münasibətlərin qurulması bütün region ölkələrinin daha dayanıqlı enerji təhlükəsizliyini təmin edəcək.

Beləliklə, sazişə investorların qoşulması dəhliz üçün açar rolunu oynamaqla bundan sonrakı mərhələdə istehsal-emal-nəql zənciri üzrə çoxkomponentli işlərin icrasını sürətləndirəcək. “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin texniki-iqtisadi əsaslandırması 2025-ci ilin ortalarına qədər tamamlanacaq və növbəti illərdə birinci mərhələ üzrə 4 giqavat gücündə elektrik enerjisi Avropya ixrac ediləcək.

Qarabağ və Naxçıvanı birləşdirən “yaşıl hədəflər”

Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasları çərçivəsində digər mühüm hadisə Azərbaycanda üç günəş enerjisi layihəsi üzrə müqavilələrin imzalanmasıdır. Azərbaycan Hökuməti və “Enerso Cəbrayıl” MMC, “Clean Energy Jabrayil” MMC arasında imzalanmış sazişlərə əsasən, Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası və 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası inşa olunacaq. Azərbaycan Energetika Nazirliyi və “Nobel Energy Limited” şirkəti arasında imzalanmış digər saziş isə Naxçıvan şəhərində 30 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisini nəzərdə tutur. Hər 3 saziş “Yaşıl enerji zona”sı elan edilmiş azad ərazilərdə və Naxçıvanda ilk mərhələdə ümumilikdə illik 268 milyon kVt-saat elektrik enerjisi istehsalını nəzərdə tutur.

Beləliklə, təmiz enerjiyə keçidin ən etibarlı qollarından biri olan “Yaşıl enerji dəhlizi” böyük bir bölgəni əhatə etməklə təmiz enerjiyə keçid strategiyasının prinsiplərinə uyğun olaraq rəqabətqabiliyyətli bazarın formalaşmasına və bərpaolunan mənbələrdən elektrik enerjisinin çoxşaxəli mübadiləsini təmin edəcək. Bu baxımdan layihənin Cənubi Qafqaz-Avropa platformasından çıxaraq digər regionları da qovuşduracağı istisna deyil.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Aprel 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see226

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see226

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see223

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see221

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see221

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see217

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see209

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see199

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see198

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see196

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see192

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see187

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see182

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see179

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see177

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see175

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see172

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see166

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see164

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri