Icma.az
close
up
RU
“Yaşıl enerji” üzrə əməkdaşlıq

“Yaşıl enerji” üzrə əməkdaşlıq

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Yeni layihələrə meydan açılıb

Bakı Enerji Həftəsi çərçivəsində ümumi gücü 200 MVt olan 3 günəş enerjisi layihələrinin reallaşdırılmasını, həmçinin Energetika Nazirliyi ilə “China Energy Engineering Corporation Limited” və “Maire Tecnimont S.p.A.” arasında “yaşıl” enerji sahəsində əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

Energetika Nazirliyi ilə “Universal Solar Azerbaijan” MMC arasında ölkəmizdə ilk dəfə olaraq bərpa olunan enerji sahəsində keçirilmiş beynəlxalq hərrac mexanizmi əsasında reallaşdırılan 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası (GES) layihəsi üzrə “Torpaq icarə müqaviləsi” imzalanıb.

Sənədi energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Tao Zhicheng imzalayıblar. Layihə üzrə “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” isə “Azərenerji” ASC adından qurumun İdarə Heyətinin sədri Baba Rzayev, şirkət adından direktor Tao Zhicheng tərəfindən imzalanıb.

***

Azad edilmiş ərazilərin “yaşıl” enerji zonasına çevrilməsi məqsədilə həyata keçirilən təşəbbüslər çərçivəsində Cəbrayıl rayonunda tikilməsi planlaşdırılan 2 günəş elektrik stansiyası üzrə də müqavilələr imzalanıb. 50 MVt gücündə “Üfüq” GES və 50 MVt gücündə “Şəms” GES layihələri üzrə “Torpaq icarə müqavilə”lərini energetika naziri Pərviz Şahbazov, “Enerso Jabrayil” MMC şirkətinin direktoru Eldar Məmmədzadə və “Clean Energy Jabrayil” MMC-nin direktoru Xəyalə Nağıyeva imzalayıb. Hər iki layihəyə dair “Enerji alqı-satqı müqavilə”ləri və “Ötürücü şəbəkəyə qoşulma müqavilə”ləri də imzalanıb.

Cəbrayılda inşa olunacaq günəş stansiyaları ilə bağlı “Norm” ASC ilə birgə balanslaşdırma müqavilələrinə də imza atılıb.

***

Bundan başqa, Energetika Nazirliyi və “Maire Tecnimont S.p.A”. arasında “Enerji Keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun müddətinin uzadılması məqsədilə sənədə müvafiq dəyişiklik edilməsi haqqında Protokol da imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see528

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see271

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see259

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see253

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see244

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see242

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see239

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see234

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see226

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see224

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see220

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see213

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see212

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see210

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see204

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see198

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see197

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see194

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see191

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri