Icma.az
close
up
RU
Yaşıl pərdəli pəncərə Barat Vüsal yazır

Yaşıl pərdəli pəncərə Barat Vüsal yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Barat VÜSAL

Xəstənin yatdığı evin pəncərəsinə yaşıl pərdə çəkilmişdi. Xəstə rəngi dəyişib gündən-günə saralsa da, o yaşıl pərdəli pəncərə bütün ağrıları, ümidsizlikləri unutdururdu ona. Amma bununla belə...

Ağrı yaman ağrıyırdı. Dərd yaman dərdiydi. "Azar da batmanla gələr..." Atalar sözüdür. Əbülqasımın topladığı kitabında da var. Arvadın başı açılan kimi deyim ona, o kitabı versin mənə, yenə baxım. Yaxşı sözlər var orda. Hələ mətbəxdədir mənə - yəni pəncərəsinə yaşıl pərdə çəkilmiş bu kiçik yataq otağında iki aydan çox tir-tap uzanıb qalmış xəstəyə -

şalfeydən qarqara üçün dərman hazırlayır... Srağagün həkimin göstərişi idi..."

Dırnaq arasındakı sözlər yazıçı Yusif Səmədoğlunun "Qətl günü" romanındandır. Həmin romandakı xəstənin əhval-ruhiyyəsini əks etdirən bir epizoddur. "Qətl günü"ndəki xəstə ölümə doğru gedirdi. Və özündən xəbərsiz ona baxan həkimi də (ondan yazan yazıçını da) ölümə sürükləyirdi.

"Qətl günü"nü yazmaq gündə neçə dəfə ölümlə üz-üzə durmaq deməkdir.

Yusif heç vaxt xəstələnməzdi. "Qətl günü"ndəki xəstə xəstələndirdi onu. Elə həmin xəstə kimi yatağa düşüb ölümə qənşər getdi.

Yusif Səmədoğlu vəfat etdi.

Sözün bir oğlu da öldü.

Qulağıma sözün ağlamaq səsi gəldi.

Ağlayıb-ağlayıb kiriyəcək yəqin.

Ağlayacaq ki, çətindir belə bir oğulu-sənətkarı itirmək!

Kiriyəcək ki, kim ağlamaqla öləni geri qaytara bilibdi?!

Yusif Səmədoğlu 63 ildə öz ömrünü yaşadı (öz ölümünü yaşayırdı bəlkə)...

İndi daha ölməyəcək!

Ölməkdən canı həmişəlik qurtardı!

Ona görə ki, böyük sənətkardır!

Ona görə ki, Səməd Vurğunun oğludur!

Ona görə ki, sözün oğludur!

Əsərində təsvir etdiyi hadisələr öz başına gəldi.

Puşkinin "Belkinin hekayələri"ndə, Lermontovun  "Zəmanəmizin qəhrəmanı"nda yazdıqları eynilə dueldə öz başlarına gəlmədimi?!

Azərbaycan filosofu Eynəlqüzlat şeirlərindən birində yazmışdı:

Bir şəhid olmaqdır arzum, ey xuda,

Ucuz üç şey də ver mənə dünyada.

Əgər mən deyəni eyləsən ey dost,

Həsir ver, neft gətir, od vur sonra da.

Onu doğrudan da şeirində yazdığı və arzuladığı kimi neftə bulaşdırılmış həsirə bükərək dərs dediyi mədrəsəsinin qabağında yandırmışdılar.

Səməd Vurğun "Unudulmuş tək məzar"ı yazanda öz nekroloquna qol çəkməmişdimi?!

Bütün bu deyilənlərdən aydın olur ki, böyük qələm sahibləri öz ölümlərini görürlər və öz ölümlərini qələmə alırlar.

"Qətl günü" romanından daha bir parçanı xatırlatmaq kifayətdir (Hətta mən buna, belə öncə görmələrə dahiyanəlik deyərdim!).

"Birdən çomaq Qulamın ağzı açıldı, bu cod, əsəbi səsi Mahmud ömründə birinci dəfə eşitdi:

- Bu gün qətl günüdür. Mahmud!

Mahmudun qaşları çatıldı.

- Qətl günü niyə olur, ayə, əvara?!

Çünki Baba Kahanı partladırlar, Mahmud!

- Haranı partladırlar, cəhənnəmə partlatsınlar, buna bax eey!

Yerində göl olacaq, sənnən mən də yayda orda çiməcəyik - Mahmud şaqqanaq çəkib güldü.

Qulam daha heç nə demədi. Mahmud əlini yellədib ondan aralandı, bir az getmişdi ki, arxadan çomaq Qulamın dediyi qəribə sözləri eşitdi:

- Dərd də azar kimi, gələndə batmanla gəlir, bacım!

Mahmudu elə bil, ilan çaldı...

Özünü necə evə çatdırdı, bir Allah bilir...

Nə qədər yatdığını bilmədi.

...Kimsə onu eşikdən çağırdı. Qaraltının sifətini seçə bilmədi. Soruşdu:

- Kimsən a bala?

- Mənəm, Mahmud.

Şəhərdə xəstə yatan qohumunu qayaaltı deyilən yerdə, aşağıda, Kürün qurumuş vadisində kəndir kimi daşlara. Qayalara sarmaşmış otun, yosunun arasında gördü.

Aşağı enib soruşdu:

- Kürün suyu hanı, ay qağa?

- Sumu qalar indiyə, Mahmud?

Mahmud irəli gəldi.

- Ölümün xeyir, Mahmud!

Ölümə qənşər, qağam!

- Gedəkmi?

- Gedək.

- Onlar əl-ələ tutub adımladılar"...    

...Dünyada bircə hələ də üzü-üzlər görmüş yaşıl pərdəli pəncərələr qaldı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri