Icma.az
close
up
RU
GƏNCƏDƏ BİR QƏRİB VARDI... Barat Vüsal yazır

GƏNCƏDƏ BİR QƏRİB VARDI... Barat Vüsal yazır

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Gəncədə bir Qərib vardı.

     Doğmalar doğmasıydı, qəriblər qəribiydi.

     İlk dəfə özü axtarıb tapmışdı özünü.Taleyini səsləyirmiş kimi səslənmişdi:”Qərib hey!” deyə!

     Heç kim dərhal görən kimi tanımasa da (tanımaq istəməsə də!) böyük ruhsal insanlardan, sənətkarlardan biri olan Mir Cəlal o dəqiqə tanımışdı onu. Hekayələrini oxuyan kimi demişdi: “Qəribi qoruyun!”

  Gəncədə bir Qərib vardı.

 Kimsə var-dövlətini, pulunu (lap elə qır-qızılını!) gizlədəndə o, böyüklüyünü, ustadlığını gizlədirdi.

Cismən Gəncədə yaşasa da,ruhən Nizami Məqbərəsinin qonşuluğunda yaşayırdı. Sənət və sənətkar Akademiyasının üzvləri sırasında qərar tutmuşdu.

Özü də gənc yaşlarından, ilk yaradıcılıq vaxtlarından...

Əsərləri dünyanın 18 dilinə tərcümə edilmişdi. Mən onu Azərbaycanın Markesi adlandırmışdım. Markesin də qonşuluğunda yaşamağa layiq sənətkardı.

Deyirlər ki, göylərdə hərənin bir ulduzu var. İnsan öldümü o ulduz göy üzündən axar.

Bu yaxınlarda o ulduzlardan biri də axdı...

Gəncə göyündən!

Nizami Məqbərəsinin  “böyründən”

Qərib  Mehdinin ulduzuydu.

Biz bir daha gördük ki, “Axıb gedən meteroit Göy cisimlərinin ən şərəflisidir.” (Ş.Şührəverdi)

Qərib Mehdi təkcə Skripkanın Mi simi “adlı əsəri”n də müəllifi deyildi.

Özü də həmin Mi simiydi.

Və o sim də qırıldı...

                                                                ***

 XI əsr Azərbaycan şairi Mənsur Təbrizi yazırdı ki, “Qələm öz ucu ilə nə qədər qəddar düşmənləri məhv etmişdir. Həm də düşmənin  qanını tökməklə yox, öz qanını axıtmaqla.”

Ustad Qərib Mehdi belə bir qələm sahibiydi. Onun da qələmi daha çox özünün qanını axıtmaqla məşğuldu.

Azərbaycanın Markesi özgə nə cür ola bilərdi ki?!

Başqa qanlar tökülməsin deyə o da öz qanını töküb getdi.

Beləcə, böyük bir sənətkar da- Azərbaycanın Markesi də öldü.

                                                     ***

Mən Qərib Mehdidən çox şey öyrəndim.

Sənətkarlıq öyrəndim.

Bir şagird öz müəllimindən nələr öyrənə bilərdisə onları öyrəndim.

Şirninin içinə necə acı həb qatmağı öyrəndim.

Şirninin içinə acı həbi elə qatırdı ki, o da şirin dadıyırdı...

Nizami deyirdi ki, xalqı ayağa qaldıran bircə Sözdür.

O Sözü öyrəndim, Sözlə güclü manevr etmə bacarığını da !

***

Ustadın “Ölmərəm” adlı şeirim haqda yazdığı essesində ölümü ürəyinə

dammışdı, yazmışdı:

“Şaham, fərman verirəm,

Dərdə dərman verirəm.

Söz haqqı, can verirəm

     Söz haqqı, ölmərəm mən!”

“Söz haqqı!”, “Saz haqqı!”

“Əzizim Barat, bu nə anddır, nə qəsəmdir ki, Sən içirsən? Heyrətlənməklə bərabər, həm də düz eyləyib sözə, saza and içirsən.

...Türk qopuzun –Sazın ruhundan yaranıb.Türk harda varsa,  saz orda var. Saz harda varsa Türk orda var. Saz şaxələnərək, vəzifələnərək türkün bütün varlığına hopub. Və buna görə də o böyüyüb, böyüyüb and içilmək haqqı qazanıb. Və ondan Allah səviyyəsində  möcüzələr umulur.

Barat, sən bu andı içməklə məni vəziyyətdən qurtardın. “Geriyə baxmaq olar” povestimdə nəvə nənəni suallar selinə tutur: “Nənə, yer nə deyir?” “Nənə, göy nə deyir?” “Bulud nə deyir?” Nənə sualların hamısına hövsələ ilə cavab verir. Bu əsnada Saz səsi eşidilir. Nəvə bu fürsəti də əldən verməyib soruşur: “Nənə, Saz nə deyir?”

Nənə xeyli fikirə getdikdən sonra fəlsəfi bir cavab verir: “Mənim balam, Saz deyir ki, insan doğulur, insan yaşayır, insan ölür”.

Bu cavabdan xeyli kədərlənən nəvə nənəsinə yalvarır: “Nənə,  Saza de, qoy insan ölməsin!”

Nəvənin inamla qüssənin qarışığı olan  bu xahişində saz Allahlaşır. Allaha və Allahlaşan hər bir varlığa and içmək təbiidir.

Orası var ki, and içəndən nicat da umulur.

Barat Vüsal da “Saz haqqı, ölmərəm mən” deyəndə bizi bu möcüzəyə inandırır. Elə inandığımız üçün də deyirik: “Barat Vüsal, sən ölmə ki, biz də ölməyək!”

                                                                ***

...Qazaxlar (qazaxıstanlılar) özlərini nişan verəndə belə deyərmişlər:

“Qazaxımı soruşursan?! Odur, bax, dombranın qolunda!”

İndi ustadımız Qərib Mehdini soruşanlara ölməzliyini, belə deyilməsini istərdim:

“Qəribimi soruşursan?! Odur, bax, “Skripkanın Mi simi”ndədir!

Yox, yox, daha doğrusu, Sazın qolundadır!”

P.S Gəncədə bir Qərib (qəribmi?!) vardı.

Hamının doğmasıydı?!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Fevral 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri