Icma.az
close
up
RU
Yaşıl Rəqəmsal Fəaliyyətlə bağlı mətbuat konfransı keçirilib VİDEO AZƏRTAC

Yaşıl Rəqəmsal Fəaliyyətlə bağlı mətbuat konfransı keçirilib VİDEO AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 noyabr, AZƏRTAC

COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyətlə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda iqlim dəyişikliyi ilə mübarizədə güclü vasitə sayılan rəqəmsallaşmanın potensialından, dayanıqlı infrastrukturun inkişafına və ətraf mühitin yaxşılaşmasına müsbət təsirindən danışılıb.

Yaşıl rəqəmsal fəaliyyət təşəbbüsünün COP29 Sədrliyinin fəaliyyət gündəliyinə daxil olan qlobal təşəbbüsdən biri olduğu qeyd edilib.

Vurğulanıb ki, innovasiya və dayanıqlığa əsaslanan rəqəmsallaşma gələcək COP-larda prioritet olaraq qalmasını gerçəkləşdirərək davamlılığa yönələn çağırışdır.

Konfransda Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə və onun əhəmiyyəti barəsində məlumat verilib.

Eyni zamanda, konfransda qaz emissiyalarının azaldılmasında yeni texnologiyaların rolu vurğulanıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin davamlı gələcək üçün vacib olduğunu deyib: “Artıq Azərbaycanda dövlət xidmətləri rəqəmsallaşdırılıb. Bütün sənəd mübadilələri rəqəmsal yolla reallaşır. Eyni zamanda, ölkədə nəqliyyat sahəsi və Bakı metrosu da rəqəmsal xidmətdən istifadə edir. Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməyə bu günədək minə yaxın rəqəmsal texnologiya cəmiyyətinin üzvü öz dəstəyini bəyan edib.

Bəyannamə sürətli rəqəmsallaşmanın ətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlı fəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçün çərçivə rolu oynayacaq”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi, COP29-un baş danışıqçısının müavini Samir Becanov Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin iqlim dəyişikliyi ilə mübarizəyə verəcəyi dəstəyə diqqət çəkib: “Bu gün təqdim etdiyimiz bəyannamə öz dəstəkləyicilərini iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün rəqəmsal vasitələrdən istifadə etməyə, rəqəmsal infrastrukturun iqlim dəyişikliyinə davamlılığını artırmağa və rəqəmsallaşmanın ətraf mühitə təsirini azaltmağa məcbur edir. Bəyannamə artıq mindən çox rəqəmsal icma nümayəndəsinin, o cümlədən 90-dan çox ölkənin hökumətlərinin razılığını alıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri