Icma.az
close
up
RU
“Yaşıl rəqəmsal iqtisadiyyata keçid problemləri və həll istiqamətləri” yeni nəşr AZƏRTAC

“Yaşıl rəqəmsal iqtisadiyyata keçid problemləri və həll istiqamətləri” yeni nəşr AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə iqtisad elmləri doktoru Əlövsət Əliyevin “Yaşıl rəqəmsal iqtisadiyyata keçid problemləri və həll istiqamətləri” monoqrafiyası nəşr olunub.

AZƏRTAC xəbər verir ki, monoqrafiyada ölkə iqtisadiyyatının yaşıllaşdırılmasında rəqəmsal texnologiya, innovasiya və transformasiyaların mahiyyəti açıqlanıb, onların geniş tətbiqi problemləri təhlil edilib. Həmin problemlərin həllinə elmi dəstək verilməsi məqsədilə uzun müddət ərzində İnformasiya Texnologiyaları İnstitutunun müvafiq şöbəsində aparılan elmi-tədqiqat işlərinin nəticələri bu monoqrafiyada əks edilib.

Monoqrafiya qlobal və milli səviyyədə yaşıl iqtisadiyyata keçidin formalaşması, bu prosesdə effektivliyin yüksəldilməsi məqsədilə rəqəmsal texnologiyalar, innovasiyalar və transformasiyaların tətbiqi, işlənilməsi problemləri və onların həlli istiqamətlərinin tədqiqinə həsr olunub. Monoqrafiyanın mövzusu həm elmi-nəzəri və sosial-iqtisadi, həm də texniki-texnoloji və regional aspektdən aktualdır.

Tədqiqat zamanı yaşıl rəqəmsal transformasiyanın asanlaşdırılmasında tənzimləmə məsələlərinə, bərpaolunan enerji ilə təminat proseslərində innovasiyalar və onların ağıllı texnologiyalarla inteqrasiyası, rəqəmsal vasitələrin iqtisadi sistem və proseslərdə tətbiqinin nəticələri, elektron tullantıların idarə edilməsi və sirkulyar iqtisadiyyatın formalaşdırılması problemləri, dünyada uğurlu yaşıl rəqəmsal təşəbbüslərin nümunələrinin yayılması və digər problemlər araşdırılıb. Ayrı-ayrı bölmələrdə problemlər müəyyən olunub, onların aradan qaldırılması üçün praktik həllər, mexanizmlər və strategiyalar təklif edilib. Monoqrafiya yaşıl rəqəmsal iqtisadiyyata keçidi idarə etmək istəyən rəhbərlər, menecerlər, biznes liderləri, tədqiqatçılar, alimlər, yaşıl vətəndaş elmi iştirakçıları və fəallar üçün yol xəritəsi rolunu oynayır.

Kitab texnika və iqtisad elmlərinin müvafiq altsahələrində elmi-tədqiqat işləri aparan alimlər, mütəxəssislər, doktorantlar və dissertantlar üçün nəzərdə tutulub. Bu vəsaitdən, həmçinin universitetlərin professor-müəllimləri, tələbələri, habelə yüksəkixtisaslı mütəxəssislər faydalana bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri