BƏƏ ilə yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi müzakirə olunub AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə uğurlu əməkdaşlıq edildiyi vurğulanıb.
Tərəflər yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi, bərpaolunan enerji layihələri çərçivəsində tərəfdaşlıq, biznes və ticarət əlaqələrinin genişləndirilməsi, rəqəmsal həllər üzrə birgə fəaliyyətin gücləndirilməsi və ölkələrimizin iqtisadi diversifikasiya hədəflərinə yönəlik əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.
Görüşdə iki ölkə arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 20 Noyabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















