Icma.az
close
up
RU
“Audit: yeni dövrün çağırışları” yaşıl iqtisadiyyata dəyərli töhfə AZƏRTAC

“Audit: yeni dövrün çağırışları” yaşıl iqtisadiyyata dəyərli töhfə AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən nəşr edilmiş “Audit: yeni dövrün çağırışları” kitabında ölkəmizdə müstəqil auditin qarşısında duran problemlər yeni dövrün çağırışları nəzərə alınmaqla mövcud qabaqcıl dünya təcrübəsinə əsaslanan yanaşmaların tətbiqini ön plana çəkilir.

Bu barədə AZƏRTAC-a Auditorlar Palatasından bildirilib. Qeyd olunub ki, yaşıl iqtisadiyyat şəraitində auditin təkmilləşdirilməsi yolları dayanıqlı inkişaf, ekologiya və sosial məsuliyyətlə bağlı yeni çağırışlara uyğun olaraq ənənəvi metodların müasirləşməsini tələb edir. Ölkəmizdə keçirilən COP29 tədbirləri çərçivəsində qeyd edildiyi kimi, yaşıl iqtisadiyyat şəraitində dərin və çoxşaxəli yanaşmalara tələbat daha da artır. Bu, eyni zamanda, biznes təcrübəsinin qiymətləndirilməsi və ona nəzarət prosesində auditin rolunun və əhəmiyyətinin gücləndirilməsini tələb edir.

Bu baxımdan “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası”da (2021-2030-cu illər) ənənəvi iqtisadi inkişaf modelindən dayanıqlı inkişaf modelinə keçid şəraitində qeyri-maliyyə, ekoloji, sosial və digər amilləri ehtiva edən hesabatlılıq sisteminin qurulması və bununla əlaqədar inteqrə olunmuş hesabatlılıqla uzlaşan nəzarətin, o cümlədən müstəqil auditin əsaslarının işlənib hazırlanması, auditin yeni növ və istiqamətlərinin tətbiqi hesabına auditor xidməti bazarının genişləndirilməsi, sosial auditin inkişaf etdirilməsi kimi bir sıra mühüm vəzifələr müəyyənləşdirilb. Bu vəzifələrin uğurla həyata keçirilməsi üçün müasir dövrün çağırışları nəzərə alınmaqla audit sahəsində mütərəqqi dünya təcrübəsinə əsaslanan yeni yanaşmaların öyrənilməsinə və tətbiq edilməsinə ehtiyac var. Məhz “Audit: yeni dövrün çağırışları” kitabı “Qeyri-maliyyə hesabatlarının auditi”, “Sosial audit”, “Audit meyarları”, “Fasiləsiz audit” kimi mövzuları əhatə etməklə bu məqsədə xidmət edir. Bu mövzuların hər biri audit sahəsində innovativ istiqamətlər olmaqla yanaşı, Azərbaycan auditinin beynəlxalq standartlara uyğun təkmilləşmə istiqamətlərinin əsasını təşkil edir.

Nəşr auditorlar, mühasiblər, təsərrüfat subyektlərinin rəhbərləri, sahibkarlar, iqtisadiyyat yönümlü ali təhsil müəssisələrinin müəllim, tələbə və magistrantları üçün nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri