“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsi yekunlaşıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Könüllülər İctimai Birliyinin “Yaşıl yollarla gələcəyə sağlam addımlar” adlı layihəsi başa çatıb.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı şəhərində keçirilən tədbirə 50-yə yaxın iştirakçı qoşulub. Onlar şəhər mühitində təhlükəsiz və dayanıqlı mobillik, yol hərəkəti qaydaları və ekoloji davranış vərdişləri ilə bağlı maarifləndirici sessiyalarda iştirak ediblər.
Həmçinin layihə çərçivəsində hazırlanan maarifləndirici videoçarxın təqdimatı olub. Videoçarxda Bakının velosiped yolları, xüsusi dayanacaqlar, işıqlandırma sistemləri və təhlükəsiz hərəkət şəraiti nümayiş etdirilib. Müxtəlif yaş təbəqələrini təmsil edən şəxslər velosipedin gündəlik həyat və sağlamlıq üçün faydalarından danışıblar. Onlar infrastrukturun inkişafı ilə bağlı müsbət dəyişiklikləri vurğulayaraq hər kəsi velosiped sürməyə və yaşıl həyat tərzini seçməyə çağırıblar.
Layihənin yekunu olaraq, iştirakçılar Bakının mərkəzində velosipedlərindən istifadə etməklə qısa məsafəli veloyürüş ediblər.
Qeyd edək ki, “Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsi velosiped nəqliyyatının təşviqi vasitəsilə ətraf mühitin mühafizəsinə töhfə vermək, əhalinin ekoloji maarifləndirmə səviyyəsini artırmaq və sağlam həyat tərzinin təbliğini gücləndirmək məqsədilə həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















