Yaşıllıqlara dəymiş ziyanın məbləği 49 min manatı ötüb
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ötən həftə Bakı şəhəri və İmişli rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə XQ-yə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Zabrat qəsəbəsi Fərman Salmanov küçəsində, Nizami rayonu Elşən Süleymanov küçəsi 135 ünvanında, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Samir Cəfərov küçəsində, İmişli rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 49 400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Avqust 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















