Icma.az
close
up
RU
Yaşından 20 il daha gənc görünənlərin imtina etdiyi 6 vərdiş

Yaşından 20 il daha gənc görünənlərin imtina etdiyi 6 vərdiş

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Bəzi insanlar sanki qocalma prosesinə meydan oxuyur və yaşlarından onilliklər daha gənc görünürlər.

Qaynarinfo xəbər verir ki, vegoutmag.com-un yazdığına görə, yaşdan cavan görünmək əbədi gənclik mənbəyi tapmaq və ya prosedurlara minlərlə pul xərcləmək demək deyil. Bunun əvəzinə, çoxumuzun fərqinə varmadan gündəlik həyatında saxladığı və bizə əlavə illər qazandıran bəzi populyar vərdişlərdən imtina etmək vacibdir.

1. Saatlarla hərəkətsiz oturmaq

Xeyli gənc görünən insanlar adətən saatlarla bir yerdə oturmurlar. Onlar iclasları gəzərək keçirir, ayaqüstü işləmək üçün masalardan istifadə edir və ya gün ərzində qısa "hərəkət fasilələri” edirlər.

Araşdırmalar da bunu təsdiqləyir. Uzun müddət oturmaq hüceyrələrin qocalmasını sürətləndirir və duruşdan tutmuş dərinin elastikliyinə qədər bir çox amillərə mənfi təsir göstərir.

2. Nəzarət edə bilmədikləri şeylərə görə davamlı stress keçirmək

Daim yorğun və tükənmiş görünən insanlar çox vaxt gecələri xəbər başlıqları üzündən yata bilməyən, başqalarının fikrinə həddən artıq önəm verən və ya hipotetik fəlakətlər barədə narahat olan şəxslərdir.

Yaşından 20 il cavan görünən insan isə, əlbəttə ki, vacib məsələlərə görə narahatlıq ifadə edə bilər, amma bu gərginliyi nə çiyinlərində, nə də üzündə daşıyır. Onlar anlayıblar ki, xroniki stress hüceyrə səviyyəsində qocaldır.

3. Enerji mənbəyi kimi əsasən emal olunmuş qidalarla qidalanmaq

Bu insanlar mütləq son dəbdə olan pəhrizə əməl etmir və ya hər kalorini saymırlar. Amma onların qidasının böyük hissəsi uzun tərkib siyahısı olan qablaşdırmalarda satılmır.

Dərinizin hüceyrələri, beyninizin hüceyrələri – hər şey sizdən aldığı materiallar əsasında yenilənir. Orqanizmi konservantlar, süni boyalar və naməlum kimyəvi maddələrlə qidalandırırsınızsa, özünüzün də qurumuş və sağlam olmayan görünüş almasına təəccüblənməyin.

4. "Məhsuldarlıq" naminə yuxuya qənaət etmək

Özünüzə illər əlavə etməyin ən sürətli yolu bir neçə yuxusuz gecə keçirməkdir. Amma yaşından cavan görünən insanlar yuxunu qiymətli resurs kimi qoruyurlar.

Yuxu zamanı orqanizm böyümə hormonu ifraz edir, zədələnmiş hüceyrələri bərpa edir və yaddaşı möhkəmləndirir. Müntəzəm olaraq gecə yeddi-doqquz saat yatan insanlar təkcə daha gənc görünmür. Onlar daha aydın düşünür, daha yaxşı hərəkət edir və stressin öhdəsindən daha asan gəlirlər.

5. Diskomfortdan hər vəchlə qaçmaq

Paradoksal səslənsə də, daha gənc görünən insanlar tez-tez şüurlu şəkildə diskomfortu seçirlər. Soyuq duşlar, çətin məşqlər, onları yenidən "başlayan” vəziyyətinə salan yeni bacarıqların öyrənilməsi buna daxildir. Onlar komfort zonasından çıxaran təcrübələr axtarırlar.

Özünüzə müntəzəm çağırış etdikdə bədəniniz və zehniniz adaptiv qalır. Tədqiqatçıların "koqnitiv elastiklik” adlandırdığı qabiliyyəti qoruyursunuz. Hüceyrələrinizə sözün əsl mənasında hələ də inkişaf etdiyiniz, hələ də canlı və enerjili olduğunuz mesajını göndərirsiniz.

6. Keçmişdə və ya gələcəkdə yaşamaq

İnsanları vaxtından əvvəl qocaldan son vərdiş zehni "zaman səyahətidir”. Bu, elmi-fantastik yox, davamlı olaraq keçmiş uğur və səhvlər üzərində düşünmək və ya heç vaxt baş verməyə biləcək gələcəkdən narahat olmaqdır.

Tam şəkildə indiki ana fokuslandıqda isə insan özünü peşmanlıq və ya qorxu ilə tükətmir. Üzdə gələcəklə bağlı narahatlıq qırışları və ya keçmiş incikliklərin izləri olmur. Belə insanlar real zamanda qocalır, xəyali zaman səyahəti ilə prosesi sürətləndirmirlər.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri