Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Yaşlanmanın gizli səbəbi: Günəşdən qorunmayan 3 vacib nahiyə

Yaşlanmanın gizli səbəbi: Günəşdən qorunmayan 3 vacib nahiyə

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər dəfə güzgüyə baxanda yeni bir qırışıq görürsünüz? Ən bahalı yaşlanma əleyhinə serumlardan istifadə etsəniz belə, hər səhər etdiyiniz bir böyük səhv dərinizin daha tez qocalmasına səbəb ola bilər.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, dermatoloqların xüsusi vurğuladığına görə, günəş kremi çəkərkən çoxlarının diqqətdən qaçırdığı 3 kritik nahiyə yaşlanma əlamətlərinin ilk ortaya çıxdığı hissələrdir.

Günəş kremi çəkərkən demək olar ki, hər kəsin unutduğu 3 gizli nahiyə var və yaşlanma əlamətləri ilə sallanmalar ilk olaraq məhz həmin yerlərdə başlayır.

1. Boyun və dekolte nahiyəsi: Yaşınızı ilk onlar bəlli edir

Üzümüzə göstərdiyimiz qayğını çox vaxt boyun və dekolte nahiyəsinə göstərmirik. Halbuki boyun dərisi üz dərisindən daha nazikdir və yağ vəziləri baxımından daha zəifdir. Buna görə də UV şüalarının yaratdığı elastiklik itkisi və kollagenin azalmasından ən tez təsirlənən bölgələrdən biridir.

Əgər günəş kremini çənə xəttində dayandırırsınızsa, boyunda erkən sallanmalar, dərin üfüqi qırışıqlar və dekolte nahiyəsində qalıcı günəş ləkələri qaçılmaz ola bilər. Üzünüz gənc görünərkən, boynunuz yaşınızı üzə çıxara bilər.

2. Qulaqlar və qulaq arxası: Ən çox unudulan bölgə

Xüsusilə qısa saçlı insanlar, saçını yığanlar və ya yayda papaq istifadə etməyənlər üçün qulaqlar günəş şüalarına tamamilə açıq qalır. Günəş kremi çəkərkən qulaqları unutmaq yalnız erkən qocalmaya və dərinin soyulmasına səbəb olmur. Eyni zamanda, dəri xərçənginin bəzi növlərinin, xüsusilə skuamöz hüceyrəli karsinomanın ən çox rast gəlindiyi nahiyələrdən birinin qulaq seyvanı olduğu bildirilir.

Nəticədə qulaq məməsində qırışıqlar, quruluq və dəri səthində ləkələnmələr yarana bilər.

3. Əllərin üst hissəsi: Günəşə ən çox məruz qalan bölgə

Gün ərzində daim göz önündə olan, amma günəş kremi çəkməyi çox vaxt unutduğumuz digər nahiyə isə əllərimizdir. Sükan arxasında olarkən, küçədə gəzərkən, hətta kölgədə oturarkən belə əllərimiz davamlı olaraq UV şüalarının təsiri altında qalır. Üstəlik, gün ərzində əllərimizi dəfələrlə yuduğumuz üçün dərinin təbii qoruyucu baryeri də zəifləyir.

Nəticədə yaşlılıq ləkələri və dərinin nazikləşərək damarların daha görünən, əllərin isə qırışıqlı görünməsi halları meydana çıxır.

Bu gizli nöqtələri necə qoruya bilərik?

İki barmaq qaydasını genişləndirin. Üz üçün istifadə etdiyiniz iki barmaq ölçüsündə günəş kreminə əlavə olaraq bir barmaq da artırın və həmin miqdarı boyun və dekolte nahiyəsinə aşağıdan yuxarı hərəkətlərlə yayın.

Qalan kremi əllərinizə çəkin. Üz və boyun nahiyəsinə krem çəkdikdən sonra əlinizdə qalan kremi yumaq əvəzinə, əllərinizin üst hissəsinə masaj edərək tətbiq edin. Həmçinin çantanızda kiçik ölçülü günəş kremi saxlamaq faydalıdır.

Qulaqları unutmayın. Üzünüzə krem çəkərkən əlinizdə qalan nazik təbəqəni qulaqlarınıza və qulaq arxasına da tətbiq etməyi vərdiş halına gətirin.

Unutmayın ki, yaşlanma əleyhinə qulluq bütöv bir yanaşma tələb edir. Üzünüzü qoruyarkən bu 3 gizli nöqtəni diqqətdən kənarda qoymayın.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 İyun 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see408

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see328

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see307

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see303

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see293

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see285

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see281

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see277

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see264

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see257

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see254

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see239

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see234

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see219

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see214

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see198

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see188

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri