Icma.az
close
up
RU
Alimlər yaşlanmanın səbəblərini ARAŞDIRDILAR

Alimlər yaşlanmanın səbəblərini ARAŞDIRDILAR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaşlanma prosesi haqqında elmi dairələrdə vahid fikir formalaşmayıb. Qocalmanın nə olduğu, onun xəstəlik sayılıb-sayılmaması və nə vaxt başladığı ilə bağlı tədqiqatçıların baxışları fərqlidir. Bu mövzuya dair araşdırmaların əsas məqsədi insanların daha uzun və sağlam ömür sürmələrinə dəstək olmaqdır. Lakin yaşlanmanın konkret səbəbləri, onu yavaşlatmaq və ya geri qaytarmaq yolları hələ də müzakirə mövzusudur.

Modern.az “Nature” jurnalına istinadla xəbər verir ki, Harvard Tibb Məktəbindən Vadim Qladışev və Kolumbiya Universitetindən Alan Koen bu məsələdə fərqli yanaşmaların olduğunu təsdiqləyirlər. V.Qladışev 2022-ci ildə keçirilən beynəlxalq konfransda iştirakçılar arasında sorğu aparıb. Respondentlər arasında erkən karyera tədqiqatçıları, tanınmış alimlər və sənaye mütəxəssisləri olub. Nəticələr “PNAS Nexus” jurnalında dərc edilib. V.Qladışev bu sahədəki əsas problemlərdən birinin qocalma ilə bağlı hər bir tədqiqatçının fərqli nəzəriyyəyə malik olduğunu deyir. Koen isə yaşlanmanın tərifinin birgə qəbul edilən anlayışa çevrilməsinin vacibliyini vurğulayır. Onun sözlərinə görə, tədqiqatçılar eyni dili danışmalıdırlar: “Mükəmməl konsensus lazım deyil, amma əsas anlayışlar üzərində razılıq əldə etməliyik”.

Sorğuya əsasən, tədqiqatçılar yaşlanmanı müxtəlif formalarda izah ediblər. Bəzi alimlər bunu hüceyrə səviyyəsində funksional azalmanın və ya orqanizmin ümumi sağlamlığının zəifləməsinin təzahürü kimi görürlər. Digərləri qocalmanı bədənin zaman keçdikcə zərərli dəyişiklikləri özündə toplaması kimi izah edirlər. Bu yanaşmaya görə, qocalma bərpaedilməyən dəyişikliklər toplusu kimi başa düşülür. Bəzi tədqiqatçılar qocalmanı mənfi hadisə kimi qəbul etmirlər. Onlar bunu həyatın təbii davamı və ya inkişaf prosesinin növbəti mərhələsi kimi dəyərləndirirlər. Digərləri isə qocalmanı sadəcə ölüm ehtimalının artması ilə izah edirlər. Bu baxış daha çox demoqrafik yanaşma ilə əlaqədardır.

Tədqiqatçılar arasında ən çox mübahisə doğuran məsələlərdən biri yaşlanmanın xəstəlik olub-olmaması ilə bağlıdır. Sorğuda iştirak edən tədqiqatçıların 34 faizi qocalmanın xəstəlik olduğunu düşünür, 38 faizi bunun əksini iddia edir, qalan 28 faizi isə bitərəf qalır. A.Koen qocalmanı xəstəlik kimi təsnif etməyin əleyhinədir. Onun fikrincə, əgər qocalma xəstəlik kimi qəbul olunarsa, bu, onun aradan qaldırılması lazım olan bir proses kimi dərk ediləcək. Buna baxmayaraq, bəzi tədqiqatçılar qocalmanın ləngidilməsi və ya dayandırılması istiqamətində tədqiqatlar aparırlar. V.Qladışev bu məsələni daha mürəkkəb dəyərləndirir. O, bəzi xəstəliklərin sürətlənmiş qocalma ilə əlaqəli olduğunu düşünür və deyir: “Yaşlanma xəstəlik deyil”. Bu yanaşma qocalmanı xəstəlik və ya təbii proses kimi fərqləndirməyə çalışır.

Bəs qocalma nə vaxtdan başlayır? Bu məsələdə də vahid konsensus yoxdur. Tədqiqatçıların bir qismi qocalmanın insanın hələ doğulmamışdan əvvəl başladığını iddia edir. Bu nəzəriyyəyə əsasən, valideynlərin yaşı hamiləlik dövründə körpənin qocalma prosesinə təsir edə bilər. Digər tədqiqatçılar qocalmanın doğumla başladığını düşünürlər. Daha müasir yanaşmalardan biri, qocalmanın orqanizmin inkişafı başa çatdıqdan sonra başlamasıdır. Bu fikrə görə, qocalma insan 20 yaşına çatdıqda və ya orqanizmin pik performansa çatdığı 25-30 yaş aralığında başlayır.

V.Qladışev və digər tədqiqatçılar, qocalmanı daha yaxşı anlamaq üçün biomarkerlərin inkişaf etdirilməsini təklif edirlər. Bu yanaşma yaşlanmanın obyektiv şəkildə izlənməsinə imkan yarada bilər. Tədqiqatçılar qocalma ilə bağlı daha çox məlumat əldə etdikcə, bu prosesin yavaşladılması və ya dayandırılması üçün daha effektiv üsulların tapılacağına ümid edirlər. Nəticə etibarilə, yaşlanma hələ də dəqiq tərifə malik olmayan bir prosesdir. Onun tərifi, səbəbləri və başlanğıc nöqtəsi ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı mövcuddur. Bununla belə, sahə üzrə aparılan araşdırmalar göstərir ki, bu istiqamətdə daha obyektiv yanaşmaların formalaşması mümkündür. Bu, insanların sağlam və uzun ömür sürməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Dekabr 2024 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri