Icma.az
close
up
RU
Yasların ləğvi başlayıb, sırada toylardır Necə tənzimlənəcək? AÇIQLAMA

Yasların ləğvi başlayıb, sırada toylardır Necə tənzimlənəcək? AÇIQLAMA

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.Az xəbər verir ki, bir neçə gün əvvəl də Samux rayonu və kəndlərində yas mərasimlərində sadəcə çay süfərsinin olacağı açıqlanıb.

İllərdir keçirilən toy və yas mərasimlərində həddindən artıq dəbdəbə və israfçılığın olması, bunun ilbəil artması müzakirə mövzusu olsa da, konkret addımlar atılmırdı. Lakin bu ildən etibarən artıq çox sayda kənd yerində yas mərasimlərində ehsan verilməsi dayandırılıb. İnsanlar ehsan verilən yaslara getməyəcəklərini bəyan ediblər.

Maraqlıdır ki, toylarımızla bağlı ara-sıra tənqid olsa da, bu sahədə hər hansı bir dəyişiklik yoxdur. Əksinə, günü-gündən daha da dəbdəbəli hal alır.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov toy və yas mərasimlərinin Azərbaycan xalqının yüzillərdir formalaşan ənənəsi olduğunu deyib. Zaman keçdikcə ənənələrin də dəyişdiyini söyləyən millət vəkili heab edir ki, israfçılığın qarşısını inzibati yollarla almaq mümkün deyil:

“Elə dəyərlər var ki, sıradan çıxır və bunlar təbii proses halında olur. Xalqımızın milli-mənəvi dəyərlərinə, böyük-kiçiyə hörməti var. Bu dəyərlər təbii sərvətimizdir və bunu qoruyub saxlamalıyıq. Ölkə başçımız da çıxışlarında, gənclərə müraciətində bu məsələlərə çox diqqətli yanaşılmasını söyləyir. Əsasən də bu, gənclər üçün çox önəmli məsələdir. Bu adət-ənənələrdən biri də yaslarımız və toy şənliklərimizdir ki, xüsusi mərasimlərlə qeyd olunur. 
Yas və toylarımızda bir çox məsələlərin ifrata varılması ilə bağlı zaman-zaman danışılır. Həddindən artıq israfçılıq, ziyafətlərin, ənənələrin həddini aşması məsələləri də qeyd olunur. Bunların inzibati yollarla qarşısının alınması çox vaxt effekt verməyə də bilər. Çünki bu, ənənədir. Zamanla öz formasını almalıdır. Cəmiyyətlər inkişaf etdikcə təbii olaraq belə məsələlərə baxışlar da dəyişir. 

Xatırlayıram ki, yaxın vaxtlara qədər yaslarda 1, 3, 7, 40 günləri və cümə axşamları böyük formada keçirilir, insanlar böyük xərclər çəkirdi. Amma zaman ötdükcə artıq bu məsələlər başqa bir formaya keçdi. Artıq o günlərin hamısının keçirilməsinə ehtiyac duyulmur. Bu gün yasların verilməsi bir neçə günlə yekunlaşır. Burada ifrat israfçılığın da qarşısının alınması hiss olunur. Görürük ki, bunlar zamanla öz-özünü tənzimləyən məsələ kimi meydana çıxır”. 

Toylarda israfçılığın davam etdiyini deyən deputatın fikrincə, bu məsələ üçün də müəyyən müddət lazımdır: 

“Toylarda da israfçılıq olması məsələsi tez-tez gündəmə gəlir, iradlar bildirilir. Əks fikirlər də var ki, bunu insanların özünə buraxmaq lazımdır. Kimsə övladına toy mərasimi təşkil edirsə, təbii ki, bunu özünün xəyal etdiyi formada etmək istəyir. Amma düşünürəm ki, bu məsələlərdə israfçılıq etmək olmaz. 

Toyların zəngin formada təşkili, ərzaq itkisi, məclisin uzun saatlar davam etməsi, toya çox sayda musiqiçi və müğənnilərin dəvət olunması məsələləri gündəmə çıxır. Bunların dəyişməsi israf olmadan sadə formada təşkili arzuolunandır, amma bunu inzibati metodlarla, qanunların qəbul olunması ilə yox, zamanın axarına buraxaraq ictimai qınaqla, əks fikirlərlə tənzimləmək olar. Çünki hazırda şadlıq saraylarındakı qiymətlər çox yüksəkdir və bu da insanlara təsir edir. Hamı çalışır ki, övladına digərlərindən geri qalmadan ən yaxşı formada etsin. Bu, bir növ rəqabət halına gəlib və hələlik qeyd olunan israfçılığın qarşısını almaq mümkün olmur. Düşünürəm ki, bu, zamanla öz həllini tapacaq. Həm restoranların, həm də musiqiçilərin qiymətlərində, eləcə də yeməklərin sayında tənzimləmə olacaq”.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:341
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyun 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri