Icma.az
close
up
RU
Yaşlı kişi market torbasına görə döyüldü KONKRET

Yaşlı kişi market torbasına görə döyüldü KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda yaşlı kişi marketdə döyülüb.

KONKRET.az “Lent.az”a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu M. Davudoğlu küçəsində yerləşən “Rahat” marketdə qeydə alınıb.

Paytaxt sakini olan yaşlı kişi “Oba” marketdən çörək və başqa qida məhsulları aldıqdan sonra, həmin mağazanın emblemli torbası ilə “Rahat” marketə daxil olub. Burada o, “Oba”da tapmadığı məhsulu axtarırmış. Lakin burada da onu tapmadığı üçün obyekti tərk etmək istəyib.

Bu zaman “Rahat” marketin mühafizəçisi olan 20 yaşlı Vidadi Qədimov (ad və soyad şərtidir) onu saxlayaraq, torbada nə olduğunu soruşub. Nəticədə tərəflər arasında mübahisə yaranıb.

Təqsirləndirilən şəxs bildirib ki, vəzifəsi marketdən oğurluq hallarının qarşısını almaqdır. Buna görə də həmin şəxsdən torbada nə olduğunu və onları haradan aldığını soruşub:

“Lakin müştəri kobud danışaraq, “sən kimsən?” dedi. Mühafizəçi olduğumu bildirdim. Düzdür, həmin vaxt formada deyildim və iş vəsiqəm də üzərimdə götürməmişdim. Müştəri torbada nə olduğunu soruşduğum üçün çox əsəbiləşdi və saymazyana söyməyə başladı. Əvvəl ona fikir vermədim, yanından uzaqlaşdım. Amma gördüm ki, davam edir, dözməyib qayıtdım və sifətinə yumruqla zərbə vurdum. Əməlimdən peşmanam”.

Zərərçəkənin sözlərinə görə, zərbənin təsirindən geriyə gedib və huşunu itirərək, yerə yıxılıb.

Hadisə ilə bağlı Vidadi Qədimov barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi açılıb. Lakin məhkəmə istintaqı zamanı ittiham 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsinə tövsif edilib.

Binəqədi rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs barəsində 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:305
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Oktyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri