Icma.az
close
up
RU
Yaşlılar lehinə, gənclər əleyhinə!

Yaşlılar lehinə, gənclər əleyhinə!

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Söhbət uşaqların sosial şəbəkəyə girişini məhdudlaşdıracaq qanundan gedir

Müasir dövrdə bir sıra ölkələr rəqəmsal təhlükəsizlik və uşaq hüquqlarının qorunması kontekstində sosial şəbəkələrə çıxış yaşını hüquqi mexanizmlərlə tənzimləməyə başlayıb. Məsələn, Avstraliyada ötən ilin dekabrından etibarən 16 yaşdan aşağı şəxslər üçün “Facebook”, “Instagram”, “TikTok”, “Snapchat”, “YouTube” və digər platformalara girişin məhdudlaşdırılmasını nəzərdə tutan qanun qüvvəyə minib. Fransada isə daha sərt yanaşma müzakirə olunur: 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi parlamentin müzakirəsinə çıxarılıb.

Bu konteksdə Azərbaycanda da analoji təşəbbüs gündəmə gəlib. Ötən ilin sonlarında Milli Məclisdə bir sıra deputatlar aşağı yaş qruplarına aid uşaqların sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılması istiqamətində təkliflərlə çıxış ediblər. Sözügedən məsələ cəmiyyət daxilində ciddi fikir ayrılığı yaradıb: təşəbbüsü təhlükəsizlik və tərbiyə baxımından zəruri sayanlar da var, şəxsi azadlıqlara müdaxilə kimi qiymətləndirənlər də. İctimai rəydə bu məsələyə münasibəti öyrənmək üçün paytaxt sakinlərinə bu sualla müraciət etdik: Siz azyaşlıların sosial şəbəkələrə çıxışına yaş həddi tətbiqinə necə baxırsınız?

20 yaşlı Zəhra Əsgərova sosial şəbəkələrin tam qadağan edilməsinin tərəfdarı olmadığını dedi: “Bu gün sosial media insanların gündəmi izləməsində, dünyada baş verən proseslərdən xəbərdar olmasında və cəmiyyətlə əlaqə saxlamasında mühüm rol oynayır. Sosial şəbəkələr, eyni zamanda, insanın düşüncə dairəsini genişləndirir, fərqli baxış bucaqları ilə tanış olmağa imkan yaradır. Amma hesab edirəm ki, azyaşlı uşaqlar üçün yaşa uyğun olmayan məzmunlara məhdudiyyət tətbiq olunmalıdır. Çünki bəzən uşaqlar zorakılıq və psixoloji baxımdan ağır paylaşımlarla çox erkən tanış olurlar. Bu isə onların tərbiyəsinə və psixoloji inkişafına mənfi təsir göstərir. Ona görə, düşünürəm ki, sosial şəbəkələrdə yaşa uyğun məhdudiyyətlərin və məzmun filtrlərinin tətbiqi vacibdir”.

Özünü təqdim etməyən 65 yaşlı paytaxt sakini məsələ ilə bağlı sərt mövqe ortaya qoyaraq bildirdi ki, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə fərdi hesab açmasına mütləq qadağa tətbiq olunmalıdır: “Mən belə bir məhdudiyyətin qüvvəyə minməsinə ikiəlli səs verirəm. Çox gözəl mövzuya toxunmusunuz. Hesab edirəm ki, 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə daxil olmasına qadağa qoyulmalıdır. Çünki bu yaş dövründə uşaqlar hələ öz davranışlarını və seçimlərini tam dərk etmir. 11–12 yaşlı uşaqlar sosial şəbəkələrdən yalnız valideyn nəzarəti altında istifadə etməlidirlər. Bunsuz onların psixoloji durumuna mənfi təsir göstərə bilər. 16 yaşına çatmış yeniyetmə artıq öz davranışına nəzarət etməyi bacarır. Bundan aşağı yaşlarda isə sosial şəbəkələrdən istifadə valideyn nəzarəti və müəyyən məhdudiyyətlərlə həyata keçirilməlidir”.

18 yaşlı İbrahim Babayev sosial şəbəkələrin, xüsusilə “TikTok” kimi platformaların gənclərin vaxtına və davranışlarına təsiri məsələsinə toxundu: “Mən 16 yaşdan aşağı uşaqlar üçün məhdudiyyətlərin tətbiq olunmasını düzgün hesab edirəm. Çünki xüsusilə son dövrlərdə trend olan “TikTok” və onun kimi digər platformalar insanın vaxtını çox alır və asılılıq yaradır. Hətta böyüklər belə bəzən bu platformalardan ayrılmaqda çətinlik çəkirlər”.

Müsahibimiz hesab edir ki, uşaqların asudə vaxtda əsas məşğuliyyəti dərs, idman və faydalı fəaliyyətlər olmalıdır: “Bu gün bir çox uşaqlar dərsdən çıxan kimi vaxtını sosial şəbəkələrdə keçirirlər. Orada uşaqlara uyğun olmayan çoxlu məzmun var və bu, onların vaxtının səmərəsiz istifadəsinə səbəb olur. Ona görə də 16 yaşdan aşağılar üçün sosial şəbəkələrə girişin məhdudlaşdırılmasını düzgün hesab edirəm”.

62 yaşlı müəllim Sevinc Abbasova isə uşaqların sosial şəbəkələrdə vaxt keçirməsinin təhsilə və gündəlik nizam-intizama mənfi təsir göstərdiyini vurğulayaraq bildirir: “Mən 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmasını düzgün hesab edirəm. Telefon və planşetlər, ilk növbədə, dərs üçün istifadə olunmalıdır. Uşaqların vaxtının böyük hissəsi sosial şəbəkələrdə keçir və bu, onların dərslərinə diqqətinin azalmasına səbəb olur. Bu gün uşaqların əsas məşğuliyyəti dərs oxumaq, idmanla məşğul olmaq və faydalı vərdişlər qazanmaq olmalıdır. Sosial şəbəkələrdə saatlarla vaxt keçirmək onların həm təhsilinə, həm də psixoloji durumuna mənfi təsir göstərir. Uşaqlar dərsdən kənar vaxtını sosial şəbəkələrə deyil, inkişafetdirici məşğuliyyətlərə sərf etməlidirlər”.

29 yaşlı Şahin Nadirzadə son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə də bəzi gənclər arasında formalaşan qeyri-etik trendlərdən narahatlığını ifadə edərək bu tendensiyanın gələcəkdə ciddi fəsadlar yarada biləcəyini bildirir və deyir: “Mən bu məhdudiyyəti dəstəkləyirəm. Hesab edirəm ki, 16 yaşdan aşağı uşaqlar üçün telefon və planşet kimi vasitələr əsasən dərs və öyrənmə məqsədi daşımalıdır. Lakin müşahidə edirəm ki, xüsusilə “TikTok” platformasında mənfi tendensiya formalaşıb. Bu yaş qrupuna daxil olan bəzi uşaqlar sosial şəbəkələrdən bir-birinə söz atmaq, yaxud yaşlarına uyğun olmayan davranışlar sərgiləmək üçün istifadə edirlər. Bu gün gələcəyimiz üçün əsas prioritet təhsildir. Bu baxımdan gənclərin asudə vaxtlarını ifrat dərəcədə sosial şəbəkələrdə keçirmələrinin əleyhinəyəm”.

Qeyd edilən yaş qrupundan yuxarı şəxslərdən fərqli olaraq, 15 yaşlı Əli Əliyev bu məhdudiyyəti dəstəkləmədiyini bildirdi. Onun sözlərinə görə, əsas problem sosial şəbəkələrin mövcudluğu yox, oradakı bəzi zərərli məzmunlardır: “16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrdə hesab açılmasının qadağan olunması bizim üçün müəyyən çətinliklər yarada bilər. Bu, bir tərəfdən zərərli kontentin qarşısını almağı hədəfləsə də, digər tərəfdən faydalı məlumatlara çıxış imkanlarını da məhdudlaşdırır. Digər tərəfdən, düşünürəm ki, sosial şəbəkələrdən istifadə etmək istəyən gənc bunu hansı yolla olur-olsun edəcək. Məsələn, valideynlərinin adına hesab açmaq və ya bəzi tətbiqlərə qonaq profili ilə daxil olmaq mümkündür. Bu baxımdan, qadağa tətbiq etməkdənsə, düzgün yönləndirmə və maarifləndirmənin daha faydalı olacağını düşünürəm”.

45 yaşlı Mirtalıb Ağayev ümumiyyətlə cəmiyyət üçün zərərli hesab edilən sosial şəbəkələrin ölkədə məhdudlaşdırılması təklifi ilə çıxış edərək bildirir: “Fikrimcə, xüsusilə “TikTok” kimi zərərli təsir yaradan sosial şəbəkələrin Azərbaycanda bloklanmasının tərəfdarıyam. Səhv etmirəmsə, Albaniyada bu platforma uşaqlar arasında zorakılığı təşviq edən məzmunların yayılması səbəbilə məhdudlaşdırılıb. Mən öz uşaqlarımın timsalında Azərbaycan gəncləri üçün narahatam. Düzdür, ölkə başçısının həyata keçirdiyi uğurlu gənclər siyasətinin nəticəsi olaraq bu gün bir çox Azərbaycan gənci ölkə daxilində və beynəlxalq miqyasda böyük nailiyyətlər əldə edir. Lakin buna baxmayaraq, sosial şəbəkələrin zərərli təsirlərinə məruz qalan gənclərimizin sayının artması da narahatlıq doğurur”.

Apardığımız sorğu göstərdi ki, paytaxt sakinlərinin böyük əksəriyyəti 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə fərdi hesab açmasına məhdudiyyətin tətbiqini cəmiyyətin təhlükəsizliyi və gənc nəslin sağlam formalaşması baxımından zəruri addım kimi qiymətləndirir. Eyni zamanda, bəzi yeniyetmələr və gənclər qadağa mexanizminin problemin həll yolu olmadığını, əsas çətinliyin maarifləndirmə və valideyn nəzarətinin zəifliyindən qaynaqlandığını bildirdilər. Bir-birindən fərqlənən mövqelər onu göstərdi ki, mövzu cəmiyyət daxilində aktual olaraq qalır. Yəni bu məsələ həm hüquqi, həm də sosial mexanizmlər üzrə balanslaşdırılmış yanaşma tələb edir.

T.SADIQOV,
N.BEYDİYEVA
Fotolar: C.QAÇAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri