Icma.az
close
up
RU
52 faiz əleyhinə, 27 faiz lehinə...

52 faiz əleyhinə, 27 faiz lehinə...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

AfD-yə rəğbət bəsləyənlərin sayı artıb

Yaxın gələcəkdə Almaniyada ifrat-sağçı qüvvələrin hakimiyyətə gəlmə ehtimalı güclənilir. Belə ki, Almaniyada aparılan son sorğuların nəticələrinə görə, almanların əksəriyyəti radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının qadağan olunmasına qarşıdır. “Allensbach” İctimai Rəy İnstitutunun “Frankfurter Allgemeine Zeitung” qəzetinin sifarişi ilə keçirdiyi sorğuya əsasən, respondentlərin 52 faizi partiyanın qadağan olunmasının əleyhinə, 27 faizi isə lehinə olduğunu açıqlayıb. Şərqi Almaniyada respondentlərin təxminən 65 faizi, ölkənin qərbində isə 49 faizi AfD-nin qadağan olunmasını düzgün hesab etmir. Sorğu nəticəsində, həmçinin bəlli olub ki, Qərbi Almaniyada respondentlərin 67 faizi, Şərqi Almaniyada isə 88 faizi AfD-yə rəğbət bəsləyir. Bununla yanaşı, respondentlər AfD-nin qadağan olunması təşəbbüsünü digər partiyaların arzuolunmaz rəqibdən qurtulmaq niyyəti kimi qiymətləndirib. Qeyd edək ki, AfD-nin qadağan olunması tələbləri Almaniya daxili kəşfiyyat xidməti tərəfindən partiyanın qəti şəkildə sağ radikal kimi təsnif edilməsindən sonra daha da güclənmişdi. Lakin AfD bu qərara qarşı hüquqi yolla mübarizə apardığı üçün proses müvəqqəti olaraq dondurulub.

Həm Şərqi, həmdə Qərbi Almaniyada dayaqları möhkəmdir

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti S.Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Almaniya üçün Alternativ partiyasının bütün ölkə üzrə təsir imkanları artıb.

“Reallıq ondan ibarətdir ki, Almaniyada radikal sağçı qüvvələrin nüfuzu daha da güclənməkdədir. Ən son Bundestaq seçkilərində AfD-nin 20 faiz səs əldə edərək parlamentdə ikinci böyük partiyaya çevrilməsi onu deməyə əsas verir ki, bu partiyaya rəğbət bəsləyənlərin sayı əvvəlki dövrlərə nisbətən çoxalıb. AfD-nin proqramında sərt miqrasiya siyasəti və Avropa İttifaqına skeptik yanaşma, xüsusilə də Almaniyanın Rusiya ilə münasibətlərinin normallaşması və bu ölkə ilə daha yaxın əlaqələrin qurulması kimi məsələlərə xüsusi önəm verilir. Almaniyada son on ildə miqrantların sayının daha da çoxalması, miqrantlar arasında cinayətə meyilli olanların sayının artması, paralel olaraq iqtisadi ressesiyanın baş verməsi və əhalinin sosial rifahında problemlərin meydana çıxması yerli əhalinin siyasi baxışlarında ciddi dəyişiklikləri gətirib çıxarıb. AfD-yə bu qədər dəstəyin verilməsi bunu sübut edir. Aprel ayında da Almaniyada siyasi partiyalarla bağlı oxşar sorğu keçirilmişdi. Belə sual qoyulmuşdu ki, əgər hazırda Bundestaqa növbəti seçkilər keçirilərsə, hansı partiyaya səs verərsiniz? Təbii ki, ilk yerdə AfD qərarlaşmışdı. Son sorğunun nəticəsindən də aydın oldu ki, AfD nəinki Şərqi Almaniyada, hətta Qərbi Almaniyada da öz dayaqlarını möhkəmləndirib”, - deyə S.Zahidov vurğulayıb.

AfD-nin hakimiyyətə gəlmək şansı var? 

“2029-cu ildə növbəti Bundestaq seçkilərdə AfD-nin ilk yerə çıxmaq imkanları kifayət qədər böyükdür. Amma bu, heç də demək deyil ki, AfD hakimiyyətə gələ bilər. Son seçkilərdə şahidi olduq ki, heç bir siyasi partiya mütləq üstünlüyə sahib deyil.  Sağ-mərkəzçi və sol-mərkəzçi cəbhədə yer alan partiyalar arasında belə sövdələşmə əldə olunub ki, onlardan heç biri AfD ilə əməkdaşlıq etməyəcək. Bu baxımdan növbəti seçkilərdə AfD qalib gəlsə belə, onun tək başına hakimiyyət qurması inandırıcı görünmür.  Amma buna baxmayaraq, ölkə daxilində siyasi vəziyyət hər an dəyişə bilər. Dörd ildən sonra keçiriləcək seçkilərdə Xristian Demokratlar Partiyası qalib gəlməsə, hakimiyyətdə təmsil olunmaq üçün onun AfD ilə koalisiyaya girməsi mümkün ola bilər. Çünki CDU və AfD-nin bəzi məsələlərdə, xüsusilə miqrasiya məsələsində mövqeləri üst-üstə düşür”, - deyə S.Zahidov bildirib.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri