Icma.az
close
up
RU
Yaşlılara və qocalara qadağan olunurdu Pomidor şirəsi nələrə dərmandır?

Yaşlılara və qocalara qadağan olunurdu Pomidor şirəsi nələrə dərmandır?

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pomidor şirəsi susuzluğu yatırtmaqla, həm də qidalı, xoşagələn içkidir. Bir stəkan pomidor şirəsi insanın gündəlik A və C vitamininə olan tələ- batını ödəyir. Təzə pomidor və onun şirəsi avitaminozun profilaktikası üçün çox yaxşı vasitə hesab olunur. Bundan başqa, pomidor şirəsi mədədə şirəqovucu təsirə də malik olduğundan qida həzmini də yaxşılaşdırır.

Konservləşdirilmiş şirə də təzə pomidor kimi bioloji fəallığa malikdir. Son dövrlərə qədər belə hesab olunurdu ki, pomidorda turşəng (quzuqulağı) turşusu çoxdur və bu, orqanizmdə duz mübadiləsinə mənfi təsir göstərir.

Ona görə pomidoru yaşlıların və qocaların qidasından çıxarmağı məsləhət görürdülər. Lakin bu fikir tamamilə səhvdir. Düzdür, pomidorda olan turşəng turşusu turşəngdən, ispanaqdan, kartofdan və çuğundurdan çoxdur. Lakin podaqranın inkişafına təsir edən purinlər pomidorda başqa bitki məhsullarına nisbətən azdır. Ona görə müasir dövrdə heç bir qorxu olmadan uşaqların, yaşlıların və qocaların qida rasionuna pomidoru əlavə etmək olar.

Tərkibində vitaminlər və kalium olduğundan pomidor ürək-damar sistemi xəstəliklərində və maddələr mübadiləsinin pozulmasında məsləhət görülür. Pomidor zərif sellülozası ilə fərqləndiyindən mədə-bağırsaq xəstəliyi zamanı əsas qidada istifadə olunur.

Eksperiment və kliniki təcrübələr zamanı müəyyən edilmişdir ki, sürtgəcdən keçirilmiş pomidor və pomidor şirəsi irinləyən yaralarda bəzi mikroblara öldürücü təsir göstərir. Eyni zamanda, çiy pomidordan hazırlanmış sıyığabənzər məhsul sıxılmış şirəyə nisbətən daha çox antibakterial təsirə malikdir.

Lakin pomidor şirəsini istifadə etmək daha rahatdır. Tibbi təcrübədə pomidor şirəsindən irinli yaraların və xoraların müalicəsində müvəffəqiyyətlə istifadə olunması haqqında məlumatlar çoxdur. Pomidorun bu xassəsi onun tərkibində fitonsidlərin olması ilə şərtlənir. Pomidorun fitonsidlərinin fəallığı o qədər yüksəkdir ki, ondan bağlarda bitkilərin zərərvericiləri ilə mübarizədə də istifadə edirlər. 

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri