Yataqxanada yaşayan ailələr üçün sosial evlər tikilsin Deputatdan TƏKLİF
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Büdcə layihəsi ötən illərdəki kimi sosial yönümlüdür və təhlükəsizliyə həsr olunub. Bütün danışıqlara rəğmən, Ermənistan hələ də silah-sursata böyük maliyyə ayırır. Ona görə biz hər şeyə hazırlıqlı olmalıyıq".
Redaktor.az xəbər verir ki, bunu parlamentin bugün keçirilən iclasında millət vəkili Aydın Mirzəzadə deyib:
"Hesab edirəm ki, universitetlərə xaricdən tələbə cəlb edilməsinə dair təhsil proqramı olmalıdır. Vaxtilə Azərbaycandan xaricə bir çox həkim işləmək üçün getdi. Düzdür, indi bu hal azalıb. Ancaq bunun qarşısını almaq lazımdır".
"Tələbim odur ki, Mingeçevirdə, o cümlədən işsizlik olan digər regionlarda iş yerləri açılsın, kommunallar azaldılsın, xüsusi güzəştlər olsun. Bundan başqa, yataqxanalarda yaşayan ailələr üçün həmin evlər sökülsün və sosial evlər tikilsin".
Türkan İSGƏNDƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















