Icma.az
close
up
RU
Yasamalda yataqxanada yaşayan ailələr kömək istəyir

Yasamalda yataqxanada yaşayan ailələr kömək istəyir

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Turan” yataqxanasında yaşayan hərbçi ailələrinin qapısını yenə döyənlər var. Ailələrə yaşadıqları otaqları tez bir zamanda boşaltmaları tələbi irəli sürülür. Səbəb kimi də “əsaslı təmir” göstərilir.

Gununsesi.info xəbər verir ki, bu haqda Musavat.com-a yataqxana otaqlarında yaşayan sakinlər məlumat verib. Deyiblər ki, yataqxana divarlarına kağız parçasında Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinin rəisinin 381 nömrəli telefonoqramması və Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 24 nömrəli tapşırığı yapışdırılıb. Kağızda sakinlərdən otaqları boşaltmaları “xahiş olunur”. Yataqxanada yaşayan ailələr, əsasən, keçmiş hərbçilər və onların ailə üzvləridir.

Əksəriyyəti uzun illər orduda xidmət etmiş, bəziləri isə Qarabağ müharibəsinin birbaşa iştirakçısı olmuş şəxslərdir. Onlar illərdir həmin binada məskunlaşıb, öz imkanları ilə otaqları yaşayışa yararlı hala gətiriblər. Lakin indi onlara alternativ yaşayış sahəsi təqdim olunmadan, heç bir rəsmi qərar göstərilmədən binanı tərk etmək tapşırılıb.

“2018-ci ildə də belə bir qanunsuz addıma cəhd olundu O zaman müdafiə naziri cənab Zakir Həsənovun göstərişi ilə özbaşınalığa son qoyuldu. İndi də bütün ümidlərimiz cənab nazirədir, o, bizlərin son ümid yerimiz olan yataqxana otaqlarından çıxarılacağımıza cəhd edildiyindən xəbər tutsa, buna imkan verməz. Əgər bu bina təmir olunacaqsa, buyursunlar, təmir etsinlər. Amma bizə heç olmasa müvəqqəti yaşamaq üçün bir yer göstərsinlər. Uşaqlarımla hara gedim?”, sakinlərdən biri belə deyib.

Sakinlər deyir ki, komendant onlara sadəcə verilən əmrə əsasən vərəqələri payladığını bildirib.
“Biz də Müdafiə Nazirliyinin Mənzil-İstismar xidməti və Bakı Qarnizonu rəhbərliyindən xahiş edirik ki, bizi küçəyə, Allahın ümidinə buraxmasınlar. Bu işdə Səbuhi İsgəndərovun rəhbərlik etdiyi Mənzil-İstismar Sahəsinin və Sənan Abbasovun rəisi olduğu Əsaslı Təmir İdarəsi prosesin arxasında duran qurumlar kimi göstərilir. Lakin ailələrə bu “əsaslı təmir”in haradan başladığı, nə qədər davam edəcəyi, kimlərə mənzil veriləcəyi haqqında heç bir rəsmi izahat təqdim olunmayıb”,- deyə sakinlər etiraz edir.
Sakinlərin şübhəsinə görə, “əsaslı təmir” sadəcə rəsmi bəhanədir. Yəni bina boşaldıldıqdan sonra ya özəlləşdiriləcək, ya da başqa şəxslərin istifadəsinə veriləcək: “Bizə deyirlər ki, otaqlarınızı ailələrinizlə birgə tərk etməsəz, binada ümumi istifadədə olan tualetlər bağlanacaq, su, elektrik kəsiləcək. Əgər təmir doğrudan da baş tutacaqsa, ailələr təmir müddətində elə binanın digər mərtəbələrinə yerləşdirilə, sonradan isə otaqlarına geri qaytarıla bilərlər. Təmir bəhanəsi ilə bizim ailələri çıxarmaq qanunsuzluqdur. Binanın təmiri biz ailələrə görə edirlərsə, elə binanın digər mərtəbəsinə yerləşdirsinlər. Bu binada yaşayan ailələr hərbçilər ailələridir. Bir vərəqlə onilliklərdir ki, yaşadığımız binadan çıxarılmağımız bizim ailələrin məhvi deməkdir. Xahiş edirik ki, Müdafiə Naziriliyinin rəhbərliyi məsələyə təcili müdaxilə etsin, bizlərin yataqxanadan çıxarılmağımızın qarşısı alınsın”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 May 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri