SOSİAL YARDIMDA NƏ DƏYİŞMƏLİDİR? Deputatdan TƏKLİF
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Aztəminatlı ailələrin sosial yardıma çıxışı niyə çətinləşir?
Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsi və ünvanlı dövlət sosial yardımının əhatə dairəsi sosial siyasətin mühüm istiqamətlərindəndir. Ailələrin gəlirləri, gündəlik yaşayış xərcləri və məşğulluq imkanları onların sosial dəstəyə ehtiyacına təsir göstərir. Bu baxımdan sosial yardımın təyin olunması meyarları, müraciət prosesi və dəstəyin real ehtiyaclara uyğunluğu məsələləri diqqət çəkir. Sosial vəziyyəti ağır olan ailələrin müdafiəsinin gücləndirilməsi üçün hansı əlavə mexanizmlərin tətbiq oluna biləcəyi müzakirə mövzusudur.
Ünvanlı dövlət sosial yardımının təyin olunması zamanı aztəminatlı ailələrin real maddi vəziyyətinin daha dəqiq qiymətləndirilməsi üçün hansı dəyişikliklərə ehtiyac var? İşsiz qalan, kredit öhdəlikləri olan və ailəsini dolandırmaqda çətinlik çəkən şəxslər üçün hansı əlavə sosial dəstək mexanizmləri tətbiq oluna bilər?
Milli Məclisin deputatı Fazil Mustafa ünvanlı dövlət sosial yardımının təyin olunması mexanizminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Deputat bu barədə “AzPolitika”ya açıqlamasında bildirib ki, sosial yardıma ehtiyacı olan vətəndaşlar müraciət etmədən müəyyənləşdirilməli və onlara yardımın göstərilməsi təmin olunmalıdır.
Onun sözlərinə görə, hazırda vətəndaşlar ünvanlı sosial yardım almaq üçün özləri müraciət edir, ehtiyaclarını sübut etməyə çalışırlar. Halbuki, dövlətin vətəndaşların məşğulluq imkanları və ailə vəziyyəti barədə dəqiq məlumatları olmalı, yardımın təyin olunması zamanı süründürməçiliyə yol verilməməlidir.

Fazil Mustafa qeyd edib ki, mövcud mexanizm səbəbindən yardıma ehtiyacı olan bəzi ailələr bu imkandan yararlana bilmirlər: “Məsələn, vətəndaşın torpaq sahəsinin və ya avtomobilinin olması, həmin əmlak faktiki gəlir gətirməsə belə, sosial yardımın təyin edilməsindən imtina üçün əsas ola bilir. Əsas meyar vətəndaşın real maddi vəziyyəti və ailəsinin ehtiyacları olmalıdır. Xüsusilə uşaqları olan və gəlirləri gündəlik tələbatlarını qarşılamağa kifayət etməyən ailələrə dəstək göstərilməli, onların yoxsulluq və aclıq həddində yaşamasının qarşısı alınmalıdır”.
Deputat, kredit öhdəliklərinin də vətəndaşın maddi vəziyyəti qiymətləndirilərkən nəzərə alınmasının vacibliyini vurğulayıb: “Bəzi insanlar məhz maddi çətinlik səbəbindən kredit götürməyə məcbur olurlar. Buna görə də sosial yardımın təyin olunması mexanizmi müxtəlif həyat şəraitlərini və vətəndaşların real imkanlarını nəzərə alacaq şəkildə qurulmalıdır”.
Millət vəkili sonda hesab edir ki, imkanı məhdud olan vətəndaşlara ünvanlı sosial yardımın göstərilməsi onların minimum yaşayış səviyyəsini təmin etmək və yoxsulluqdan əziyyət çəkmələrinin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.
Oğuz Ayvaz
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Oktyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















