Yatmaq üçün ən təhlükəli poza hansıdır? FOTO
Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.
Qarnı üstə yatmaq onurğa üçün ən zərərli pozalardan biridir.
Bu barədə Rusiyada ixtisaslı nevroloq və manual terapevt, ali dərəcəli həkim, həmçinin “Jit zdorovo!” (“Yaşamaq gözəldir!”) verilişinin aparıcısı Dmitriy Şubin xəbərdarlıq edib.
“Tövsiyə etməyəcəyim poza - qarnı üstə yatmaqdır. İstənilən mütəxəssis bu məsələdə mənimlə razılaşar”, - deyə o bildirib.
Şubinin sözlərinə görə, ya kürəyi üstə, ya da böyrü üstə yatmaq məsləhətdir.
“Böyrü üstə yatarkən yastığın biri qulağın altında, digəri isə dizlərin arasında sıxışdırılmalıdır. Kürəyi üstə yatırsa, o zaman yastıqda çiyin deyil, baş və boynun olması çox vacibdir. Bu zaman ikinci yastıq belin altında olmalıdır”, - deyə o əlavə edib.

Saglamolun.Az
Baxış sayı:148
Bu xəbər 17 Noyabr 2024 06:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















