Icma.az
close
up
RU
Yatmış nəhəng oyandı: 15 milyon insan risk altında Nüvə bombasından 90 dəfə güclüdür

Yatmış nəhəng oyandı: 15 milyon insan risk altında Nüvə bombasından 90 dəfə güclüdür

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqlim böhranı və onunla müşayiət olunan ekstremal hava hadisələri dünyanın müxtəlif bölgələrində insan həyatını təhlükə altında qoymağa davam edir. Artıq yüksək temperatur və leysan yağışların yaratdığı fəsadlara hamımız bələdik, lakin çox da diqqət edilməyən bir təhlükə var ki, bu, dünya üzrə 15 milyondan çox insanı təhdid edir.

Qaynarinfo xəbər verir ki, son günlər ABŞ-da baş verən ani daşqınlar diqqət mərkəzindədir. Texasda çayların daşması nəticəsində onlarla insan həyatını itirib, ardınca Nyu-York metrosunun tunelləri su altında qalıb. Bu hadisələr təkcə ABŞ-da deyil, bütün dünyada günlərlə manşetləri bəzəyib.

Bütün bu yaşananlar, ekstremal hava şəraitinin səbəb olduğu daşqınların nə qədər dağıdıcı ola biləcəyini bir daha göstərir. Lakin alimlər bildirir ki, qarşıda daha böyük təhlükə dayanır.

"Daily Mail"in xəbərinə görə, "yatmış nəhəng" olaraq təsvir edilən və "buzlaq gölünün daşması" (glacial lake outburst flood-GLOF) adlandırılan bu hadisələr, tarixdəki ən güclü nüvə bombası ilə müqayisədə 90 dəfə daha dağıdıcı gücə malik ola bilər. Bu tip daşqınlar alimlər üçün yeni deyil, lakin onların miqyası və başvermə tezliyi son illərdə kəskin şəkildə artmaqdadır.

Missoula daşqınları: Tarixin ən güclü fəlakətlərindən biri

Təxminən 15 min il əvvəl, Sonuncu Buz Dövrünün sonlarında baş verən Missoula daşqınları Şimali Amerikanın şimal-qərb hissəsini tamamilə silib-süpürmüşdü. Buz bəndlərinin dağılması ilə nəticələnən bu daşqınlar, havaların isinməsi ilə əriməyə başlayan buzlaqların yaratdığı göllərin böyüməsi nəticəsində yaranmışdı.

Sonda göl öz ilkin həcmindən 12 dəfə böyük hala gəlmiş, toplanan suyun yaratdığı təzyiq nəticəsində partlayaraq, 18 metrə qədər hündürlüyə çatan su divarları vadini bürümüşdü.

Bu proses zamanı 400-dən çox daşqın qeydə alınmış, hər biri 4.500 megaton TNT partlayışına bərabər enerji ortaya çıxarmışdı. Bu, SSRİ-yə məxsus olan və tarixdəki ən güclü nüvə silahı sayılan "Çar bombası"ndan təqribən 100 dəfə artıq güc deməkdir.


Hindistanda 2023-cü ildə baş verən faciə

Son illərdəki ən yaddaqalan GLOF hadisəsi 2023-cü ildə Hindistanın Şikkim bölgəsində yaşanmışdı. Uzun müddət ərzində ərimiş buzlaqların yaratdığı göl partlayaraq daşmış, onlarca insanın ölümünə və yüzlərlə şəxsin evsiz qalmasına səbəb olmuşdu.

Hazırda oxşar təhlükənin ABŞ-da, xüsusilə də Alyaska, Vaşinqton və Vayominq ştatlarında baş verə biləcəyi barədə xəbərdarlıqlar edilir.

Alyaskada yerləşən və "İntihar hövzəsi" adlandırılan bir göl son iki ildə iki dəfə daşaraq Juneau şəhərinin küçələrini 22 min olimpiya ölçülü üzgüçülük hovuzu həcminə bərabər su ilə doldurmuş, şəhərin təxliyəsinə səbəb olmuşdu. 2011-ci ildən bəri bölgədə artan daşqın halları, təbiətdə baş verən dəyişikliklərin miqyasını göstərir.

ABŞ-da yeni risk bölgələri

Alimlər bildirirlər ki, Alyaskada yerləşən 120 buzlaq gölündən 106-sı 1985-ci ildən bəri ən azı bir dəfə boşalıb və buzlaqların çəkilməsi nəticəsində yeni göllər yaranmağa başlayıb.

Alimlər araşdırmalarında qeyd ediblər: "Təhlükə artır. Buzsuz qalan hövzələr su ilə dolur və nəticədə bir qırılma nöqtəsinə çatır. Bu təzyiq, buzun davam gətirə bilməyəcəyi nöqtəyə çatdıqda, ani və şiddətli su axını baş verir".

Bu tip daşqınlar çox zaman öncədən təxmin edilə bilmir və artıq dünya üzrə ciddi insan tələfatı və infrastruktur dağıntılarına səbəb olub.

Missoula ssenarisi təkrarlana bilərmi?

Mütəxəssislər ABŞ-ın Vaşinqton ştatında yerləşən 47 buzulun da risk altında olduğunu qeyd edirlər. 1947-ci ildə yağış və buz əriməsi nəticəsində Kautz buzlağında GLOF baş vermiş və nəticədə 1,4 milyard ton palçıq və dağıntı 10 kilometr boyunca sürüklənmiş, 90 metr dərinliyində kanyon yaranmışdı. Hazırda ştatın şimal-şərq hissəsi riskli bölgə sayılır və daha yaxından müşahidə edilməlidir.

Yeni müşahidə texnologiyaları çağırışı

Son aylarda bir qrup buzlaq mütəxəssisi bu tip fəlakətləri baş vermədən əvvəl müəyyən edə bilmək üçün bölgəyə seysmik sensorlar və real vaxtlı hava monitorinq stansiyaları yerləşdirilməsini təklif edib.

"Nature" jurnalında yayımlanan məqalədə qeyd olunub ki, texnoloji irəliləyişlərə baxmayaraq, siyasi qərarsızlıq, xəbərdarlıq sistemlərinin zəifliyi və ictimai hazırlığın azlığı səbəbilə bu daşqınlar genişmiqyaslı fəlakətlərə səbəb olmağa davam edir.


Buz dövründən bəri görünməmiş dinamika

Vayominqdə yerləşən Vind River və Absaroka dağlarında da bir neçə GLOF hadisəsi qeydə alınıb. Hərçənd bu bölgə Alyaska qədər təhlükəli olmasa da, burada da təcili tədbirlər görülməsi zəruridir.

2003-cü ildə Qrasşopper buzlağından daşan 3,2 milyon kubmetr su yaxınlıqdakı infrastruktura ziyan vurmuşdu. NASA-nın Landsat peykindən istifadə edilərək aparılan tədqiqatlarda, 1994-2007-ci illər arasında 13 müxtəlif GLOF hadisəsi qeydə alınıb.

Bu bölgədə, Missoula daşqınlarından bəri ilk dəfə bu qədər intensiv GLOF hadisələrinin baş verməsi alimləri narahat edir.

15 milyon insan təhlükə altındadır

Birləşmiş Millətlər Universitetinin 2023-cü il hesabatına əsasən, hazırda dünya üzrə 15 milyondan çox insan bu tip daşqınların təsir göstərə biləcəyi riskli ərazilərdə yaşayır.

ABŞ-da mütəxəssislər riskli bölgələrin xəritələndirilməsinin vacib olduğunu, erkən xəbərdarlıq sistemlərinə sərmayə qoyulmasının və risk altındakı icmaların maarifləndirilməsinin zəruri olduğunu bildirirlər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyul 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see179

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see153

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see132

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri