Icma.az
close
up
RU
Yaxın gələcəkdə hansı ixtisaslar öz aktuallığını itirəcək?! QURUM VƏ EKSPERTDƏN AÇIQLAMA

Yaxın gələcəkdə hansı ixtisaslar öz aktuallığını itirəcək?! QURUM VƏ EKSPERTDƏN AÇIQLAMA

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya sürətlə dəyişir – texnologiya inkişaf etdikcə, süni intellekt və avtomatlaşdırma bir çox sahələri kökündən dəyişir. Bir vaxtlar çox tələb olunan ixtisaslar bu gün tədricən öz əhəmiyyətini itirir. 2025–2035-ci illər arasında əmək bazarında böyük transformasiyalar gözlənilir və bəzi peşələr artıq “risk altında” hesab olunur.

Avtomatlaşdırma və texnologiyanın təsiri danılmazdır: Xarici mənbələrdən, World Economic Forum-un “Future of Jobs” (Gələcəyin Peşələri) 2025 və 2027 əldə olunan məlumat hesabatlarına əsasən, dünyada işlərin təxminən 43%-i avtomatlaşdırma riski altındadır. Xüsusilə rutin, təkrarlanan işləri əhatə edən sahələrdə azalma müşahidə olunacaq.

Gələcəkdə aktuallığını itirəcək ixtisaslar bunlardır:

Kassirlər və bank işçiləri: Onlayn ödənişlər, mobil bankçılıq və süni intellekt əsaslı xidmətlər bu ixtisasların yerini tədricən alır.

Katiblər və ofis administratorları: Rəqəmsal idarəetmə sistemləri və avtomatik sənəd dövriyyəsi ofis işçilərinə olan ehtiyacı azaldır.

Telemarketinq və çağrı mərkəzi operatorları: Çat-botlar və AI səs texnologiyaları bu xidmətləri avtomatlaşdırır.
Jurnalistikanın bəzi sahələri: Avtomatik mətn generasiyası və süni intellekt alətləri sadə xəbər və hesabat yazılarını əvəz edə bilir.

Anbardar və logistika işçiləri: Robotlaşdırılmış sistemlər artıq bir çox anbarda insan əməyini minimuma endirib.

Mühasiblər və vergi mütəxəssisləri: Rəqəmsal platformalar və proqramlar insan faktorunu xeyli azaldır.
Müəyyən texniki ustalar (məsələn, sadə mexaniklər, çap operatorları): 3D printerlər və avtomatik təmir sistemləri bu peşələri daha az tələb olunan edir.

Niyə bu peşələr azalır?
Süni intellekt və robot texnologiyaları rutin işləri daha tez və dəqiq yerinə yetirir.
Rəqəmsallaşma və bulud sistemləri sənədləşmə və idarəetməni avtomatik hala gətirir.
İqtisadi səmərəlilik baxımından şirkətlər insan əməyini minimuma endirməyə çalışır.

Yeni yaranan və inkişaf edəcək sahələr, eyni zamanda, bəzi ixtisaslar daha da önəm qazanacaq:
Süni intellekt mühəndisləri
Kibertəhlükəsizlik mütəxəssisləri
Data analitikləri
Enerji səmərəliliyi və ekoloji mütəxəssislər
Psixoloqlar və sosial işçilər (emosional və sosial dəstəyə ehtiyac artacaq)
Sağlamlıq və biotexnologiya sahəsində mütəxəssislər

Gələcəyin əmək bazarı artıq yalnız “nə bildiyin”lə deyil, “necə uyğunlaşa bildiyin”lə ölçülür. Rutin, təkrarlanan işlər yox olur, amma yaradıcı, analitik və texnoloji bacarıqları olan insanlar üçün yeni imkanlar açılır.
Bu səbəbdən gənclər gələcək ixtisas seçimini edərkən texnologiya, yaradıcılıq və insan faktoru ilə bağlı peşələrə üstünlük verməlidirlər.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Observatoriyanın açıqlamasına görə, dünyada olduğu kimi ölkəmizdə də əmək bazarının dinamikası sürətlə dəyişir: "Müasir texnologiyalar, rəqəmsallaşma və yeni iqtisadi trendlər bəzi peşələri ön plana çıxarır, digərlərinin isə aktuallığını azaldır.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aparılan təhlillərə əsasən kənd təsərrüfatı, data analitika, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, səhiyyə kimi sahələr üzrə kadrlara əmək bazarında daha çox tələbat var. Yəni bu istiqamətlərdə ixtisaslı kadrlara ehtiyac var.

Avtomatlaşdırma, rəqəmsallaşma və süni intellektin təsirindən bəzi peşələrə olan tələbat azalır. Ənənəvi ofis işləri, fiziki əməyə əsaslanan sahələr və təkrarlanan funksiyaları yerinə yetirən peşələr bu prosesdən daha çox təsirlənir. Bu isə o deməkdir ki, əmək bazarında uğur qazanmaq üçün müasir bacarıqlara yiyələnmək, texnoloji trendləri izləmək və çevik peşə hazırlığına üstünlük vermək zəruridir.

Milli Observatoriyanın təhlilləri göstərir ki, əmək bazarının gələcək inkişafı üçün peşəkarların yalnız texniki biliklərə deyil, həm də yumşaq bacarıqlara – yəni analitik düşüncə, ünsiyyət qurma, komanda ilə işləmə, liderlik, emosional intellekt və dəyişən şəraitə uyğunlaşma qabiliyyətinə malik olması vacibdir. Bu bacarıqlar müasir iş mühitində uğurlu karyera qurmaq üçün mühüm amillərdən biri kimi qiymətləndirilir”.

Mövzuya münasibət bildirən IT eksperti Fərid Kazımov qeyd edib ki, son illərin texnoloji inkişafı göstərir ki, süni intellekt (AI) təkcə texnologiya deyil, həm də əmək bazarını köklü şəkildə dəyişdirən bir inqilabdır: "Artıq bir çox peşələr, xüsusilə sadə və təkrarlanan tapşırıqlarla məşğul olan sahələr, süni intellekt sistemləri tərəfindən əvəz olunmaq üzrədir. Bu dəyişikliklər ilk baxışda qorxulu görünsə də, əslində, tarixdəki digər texnoloji sıçrayışlar kimi, yeni imkanların yaranmasına da yol açır.

Çağrı mərkəzlərinin süni intellektlə əvəzlənməsi:

İlk zərbə ən çox çağrı mərkəzlərinə dəyəcək. Hazırda həm dünyada, həm də Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılır. Süni intellekt əsaslı “chat-bot”lar və səsli cavab sistemləri artıq müştəri suallarını cavablandırmaq, şikayətləri qəbul etmək və hətta sadə texniki problemləri həll etmək gücünə malikdir. Yaxın illərdə bir çox çağrı operatorlarının yerini bu sistemlərin alacağı gözlənilir.

Hüquqşünas köməkçiləri-artıq axtarışları süni intellekt edəcək

Süni intellekt həm də hüquq sahəsində dəyişikliklər yaradır. Qərb ölkələrində hüquqşünaslara yardım edən köməkçilər məhkəmə qərarlarını və qanunları analiz edərək nəticələr çıxarırlar. Lakin süni intellekt artıq bu işi saniyələr ərzində görə bilir. Rəqəmsallaşmış hüquqi bazalar əsasında o, minlərlə sənədi analiz edir və lazımi məlumatı dərhal təqdim edir. Azərbaycanda bu proses bir qədər ləng getsə də, yaxın gələcəkdə hüquq sahəsində də belə sistemlərin tətbiqi qaçılmaz olacaq.

Mühasibatlıq - avtomatlaşmanın mərkəzində

Avtomatlaşdırma ən çox sadə mühasiblərə təsir edəcək. Müxtəlif proqramlar artıq maliyyə hesabatlarını avtomatik hazırlayır, vergiləri hesablayır və nəticələri dövlət sistemlərinə göndərir. Bu, xüsusilə kiçik sahibkarlarla çalışan mühasiblərin fəaliyyətini əvəz edə bilər. Lakin burada bir istisna var: analitik düşünmə və strateji qərarvermə bacarığına malik peşəkar mühasiblər gələcəkdə də yüksək dəyər daşıyacaq.

Proqram testçiləri - süni intellekt sınaqdan keçirəcək

Proqram təminatını yoxlayan testçilər də süni intellektin təsirinə məruz qalacaq. AI sistemləri artıq proqramlarda xətaları aşkarlayır, nəticələri analiz edir və həll yolları təklif edir. Yəni bu sahədə insan müdaxiləsinə ehtiyac azalacaq.

Kadr mütəxəssisləri (HR) , rekrutinqin(kadr seçimi) yeni mərhələsi

Kadrların idarə olunması sahəsi də dəyişir. Əvvəllər yüzlərlə CV-ni əl ilə yoxlayan HR mütəxəssislərinin yerini artıq süni intellekt alır. Müasir platformalar vakansiya tələblərinə əsaslanaraq uyğun namizədləri avtomatik seçir, testlər hazırlayır və ilkin qiymətləndirmə aparır. İnsan yalnız son mərhələdə – qərarverici kimi iştirak edir. Beləcə, bəzi HR və rekrutinq ixtisasları tədricən sıradan çıxacaq.

Yeni peşələrə doğru addımlar zamanın bütün mərhələlərində baş verib. Bütün bu dəyişikliklər faciə kimi qəbul edilməməlidir. Tarix sübut edib ki, texnoloji irəliləyişlər müəyyən peşələri yox etsə də, eyni zamanda yenilərini yaradır. Faytonçuları taksi sürücüləri əvəz etdiyi kimi, indi də süni intellekt köhnə ixtisasların yerinə AI mühəndisliyi, data analitikası, etika və süni intellekt hüququ kimi yeni sahələr gətirəcək.
Gələcəyin insanı texnologiyadan qorxmamalı, əksinə, ona uyğunlaşmağı öyrənməlidir.

Süni intellekt təkcə bəzi peşələri aradan qaldırmır, o, iş anlayışını dəyişdirir. Bu prosesin əsas dərsi budur: gələcəkdə uğurlu olmaq üçün insan təfəkkürünü texnologiya ilə birləşdirmək lazımdır. Sadə əməliyyatlar yox, yaradıcılıq, analitik düşüncə və innovativ yanaşma dəyər qazanacaq. Yəni texnologiyanın inkişafı, əslində, insanı yox etmir - onu daha ağıllı düşünməyə məcbur edir”.

Günay Hacıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:413
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri