Icma.az
close
up
RU
Yaxın Şərq, şair Salam və...

Yaxın Şərq, şair Salam və...

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İndi ən çox müzakirə olunan məsələ həm də prezident Trampın Yaxın Şərqlə bağlı təklifləridir.  

Nə demək olar? Təəssüf ki, bütün təşəbbüslər heç də həmişə sülh gətirmir. Əsr keçib və bu illər ərzində nə qədər təşəbbüs olub Yaxın Şərqlə bağlı. Amma hanı sülh? 

Deyirlər ki, guya ABŞ prezidenti də daha çox Nobel sülh mükafatı almaq istəyir və bəlkə də bu həftə buna da aydınıq gələcək. Belə götürəndə, prinsipcə, niyə də yox axı? Məgər digər Nobel sülh mükafatı alanlar guya sülh gətirmişdilər Yaxın Şərqə? Düzdür, bunun üçün bəzisi (məsələn, Ənvər Sadat) hətta həyatıyla da vidalaşmalı oldu, eləsi oldu ki, yalnız möcüzə nəticəsində sağ qaldı... 

Amma sülh olmadı. Odur ki, tamam bilmək olmaz, görəsən, Yaxın Şərqə sülh gəlir, yoxsa daha bir müharibə: məsələn, ABŞ - İsrail - İran müharibəsi kimi. 

Bilirsiz, siyasət adamlarının ən çox sevdiyi tezis nədir? Sülh istəyirsənsə, müharibəyə hazır ol! Netanyahu da (başa düşmək olmur: adam "böyük İsrail” sevdasıyla "qovrulan” ortodoks sionistdir, yoxsa bunu özünə sipər edən və şəxsi siyasi problemləri ucbatından müharibəni mümkün qədər uzatmağa çalışan "siyasətbaz”?) daha çox bunun əsasında qurur "siyasət”ini. Özü də lap hərfi mənada başa düşür bunu: guya ki, yalnız müharibələr əsl sülh gətirir. 

Bir sözlə, qətiyyən sülh adamına oxşamır, çünki normal, 21-ci əsr siyasətçisi üçün müharibə, olsa-olsa, acı məcburiyyətdir. Hamımız uzaq keçmişi, nə bilim, feeodalizmi-filanı qamçılayırıq, amma qədim müharibələr haqda oxuyanda görürsən ki, onlar daha sivilmiş, o vaxtki hökmdarlar daha ailicənabmış: qoşunla qoşun vuruşarmış, nə uşaqlara toxunan olurmuş, nə qadınlara, nə də qocalara, adi əhali ilə də kiminsə işi olmurmuş. Bir hökmdar başqa ölkəni işğal edəndə onun əhalisindən yalnız loyallıq tələb edərmiş! Həm də bilirsiz, məni daha nə düşündürür? Feodalizm az qala, gerilik simvoluna çevrilib. Amma hətta feodalizmdə də mərdlik, cəngavərlik kodeksi olub! Hara itdi bütün bunlar?     

Qayıdıram Netanyahu həzrətlərinə. Adam haqqında Beynəlxalq Məhkəmə nahaq qərar verməyib. Müharibə bitsə, vəzifəsindən getsə, nəinki Beynəlxalq, bəlkə də yerli məhkəmələr belə rahat buraxmayacaq bu "müharibə qartalı”nı, çünki adam ona yönəlik ittihamlara tükəndirci cavab verməyib və bəlkə də Qəzza müharibəsi olmasaydı, iş böyüyərək istefasınadək gedəcəkdi... 

Ötən həftə deyildi ki, guya HƏMAS da Trampın planına dəstək verir. Ən başlıcasısa, Türkiyə və aparıcı ərəb dövlətləri də buna razıdır. Görək, nə olur. 

Həftə sonunda HƏMAS və İsrail hökumətinin təmsilçiləri arasında Misirdə ilk görüş keçirildi. Amma bizə elə gəlir ki, belə görüşlər hələ çox olacaq.

Həm də soruşula bilər ki, axı niyə burada sülh alınmır? Səmimi şəkildə deyirəm ki, bir ara düşünürdüm, soyuq müharibə bitəndən sonra bu bölgəyə də sülh gələcək, çünki bu bölgə də Sovetlərlə Qərb dünyaası arasında çəkişmə meydanı idi. Amma olmadı. İkinci fərziyyə budur ki, zaman-zaman gah ərəb dünyası radikallıq etdi (ən azı məşhur "Xartum sazişi”ni yada salın!), indi də məncə İsrail radikallıq edir. Ötən dəfə bir yerdə yazmışdım ki, Netanyahu və kabineti hətta bir adi siyasi təhlilçinin hiss edə biləcəyi dərəcədə reallıq hissini itirib.

Həm də ortada çox savaş olub, hər iki tərəf çox acılar yaşayıb, məhrumiyyətlər görüb. Bunların hamısını birdən unutmaq olarmı? Burada yadıma nə düşür? Şair Salamın misraları: "Zaman məlhəm deyil, sarğıdı”! Ötən dəfə də yazmışdım, yenə deyirəm: şairlərdə altıncı duyğu olur: bəlkə düzünü elə Salam deyir?..

Söz düşmüşkən, mənim bir xasiyyətim var. Bir də görürsən hansısa misra təqib edir məni, hətta küçədə gedə-gedə özümə pıçıldayıram. Bir ara Seyyidin bir misrası girinc etmişdi məni: Zahida, bükmə məni ayə yazılmış kəfənə”! Daha sonra Behrudinin "Salam, dar ağacı...” misraları çıxmırdı beynimdəm: bütün bunlar haqqında elə bu saytdaca yazmışdım.    

İndi də Salamın misraları təqib edir məni. O gün başqa bir yerdə də yazmışdım. Salamın daha bir misrası beynimdən çıxmır ki, çıxmır: "Gəl gedək orurub saata baxaq”... 

Yəni burax bu dünyanın işlərini, təlaşını, hətta sevincini, onsuz da düzələn deyil bu dünya! Yenə də Salam demiş: bu yekəlikdə dünya olar? Həm də  saata ona görə baxmaq lazımdır ki, deyəsən, elə ömürdən də sayılı saatlar, günlər, Allahın yazığı gəlsə, bəlkə də illlər qalıb, amma illər də qalsa belə, güman, uzağı iki əlin barmaqları qədər olar...

Hüseynbala Səlimov


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see329

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see274

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see232

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see220

“Ürək ritmi pozuntularının müalicəsində yeni mərhələ: qəfil ölüm riskini azaldan cihaz uğurla implantasiya edildi“ Yeni texnologiya

19 İyun 2026 22:43see212

Motsarta aid 44 səhifəlik əlyazma tapıldı Fotolar

20 İyun 2026 04:52see204

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see196

İranda 17 nəfər ABŞ a görə saxlanıldı

20 İyun 2026 20:41see195

Gəncə polisi Xalq artistinə qarşı törədilən dələduzluqla bağlı araşdırmaya başlayıb

19 İyun 2026 23:39see183

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar Ac qaldıqlarına görə...

20 İyun 2026 02:36see181

65 yaş həddinin ləğvi regionlarda həkim çatışmazlığını aradan qaldıra bilərmi? PROFESSOR AÇIQLADI

19 İyun 2026 16:14see180

GÜNÜN QOROSKOPU: Yeniliklərə açıq olun...

20 İyun 2026 00:31see176

Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb

20 İyun 2026 11:51see175

Kütləvi ixtisarlar Meta da böhran yaradıb

20 İyun 2026 05:44see173

Rubio gələn həftə Yaxın Şərqə səfər edəcək

20 İyun 2026 02:42see173

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see171

Kanada Qətərlə oyunda bir ilki həyata keçirib

20 İyun 2026 06:15see170

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see169

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see166

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri