Icma.az
close
up
RU
Yaxın Şərqdə Gərginlik: İranın Ambisiyaları və Türkiyənin Cavabı

Yaxın Şərqdə Gərginlik: İranın Ambisiyaları və Türkiyənin Cavabı

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“2014-cü ilin iyulunda ABŞ ilə İran arasında əldə olunan razılaşma, Yaxın Şərqdəki siyasi mənzərənin ciddi şəkildə dəyişməsinə səbəb olmuşdur. Bu razılaşma, İranın regionda daha hakim mövqe tutmasına imkan yaratmış, eyni zamanda müsəlman ölkələrinin parçalanması və yox edilməsi məqsədini güdən genişmiqyaslı planın bir hissəsi kimi görülmüşdür. Həmin razılaşmadan sonra Yaxın Şərqdəki müharibələr və qarşıdurmalar sürətlənmiş, İraqın parçalanmasından Yəmənə qədər bir çox bölgədə qanlı hadisələr baş vermişdir. İran, bu qarşıdurmalarda əsas qüvvələrindən  biri olmuş və bu müddət ərzində milyonlarla insanın həyatını itirməsi və öz yurdlarından didərgin düşməsinə səbəb olmuşdur”

Bu fikirləri Moderator.az-a açıqlamasında türkiyəli ekspert Hüsaməttin İnaç deyib.

Politoloq xatırladıb ki,  İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, bu faktı nəzərə alaraq, "Biz olmasaydıq, ABŞ Əfqanıstan və İraqı işğal etməzdi" deyə bildirmişdi. Bu sözlər, İranın regiondakı müdaxilələrinin və geosiyasi maraqlarının nə qədər dərin olduğuna işarə edir:

 "27 noyabrda başlayan  8 dekabra qədər davam edən inqilabi hərəkatda ən çox zərər çəkən ölkə, müharibəni qızışdıran və Suriyanın dövlət olmasına mane olan İran olmuşdur. Bu müddət ərzində İran, Suriyada siyasi balansı dəyişdirmək və öz nüfuzunu qorumaq məqsədilə hərbi müdaxilələr etmiş, buna görə də böyük itkilərə məruz qalmışdır. İranın Suriyadakı məğlubiyyəti, onu bölgədəki təsirini artırmaq üçün yeni yollar axtarmağa məcbur etmişdir. Məğlubiyyətini həzm etməyən İran bunun əvəzini çıxartmağa çalışır. Ona görə də bu mənada, xüsusən də İranla İsrailin Suriya planı ortaqdır və birlikdə hərəkət edirlər. Bu plana görə Suriya müstəqil dövlət olmamalı və bölməlidir. İran etnik-dini məzhəb ayrı-seçkiliyi səbəbindən Suriyanın güclü xalqın iradəsini əks etdirən suveren ərazi bütövlüyünə malik ölkəyə çevrilməsinə mane olur. Ona görə də burada əsas başlıca amil  İsrailin təhlükəsizliyini təmin etməkdir. İran da, yenidən bölgədə söz sahibi olmağa çalışır.  Çünki İran Suriyanın daxilində görünməsə də bölgədə qalmaqda davam edirlər".

Türkiyəli politoloq qeyd edib ki, ABŞ prezidenti Tramp İrana qarşı çox ciddi sanksiyalara başlayacaq. İran ağıllı və rasional dövlət olsa, Türkiyənin dəstəyini alar, amma bu gün İran Türkiyəni qarşısına alan ilk ölkədir:

"Türkiyənin kürdlərlə problemi yoxdur. Əksinə, Əsəd dövründə  şəxsiyyət vəsiqəsi verilməyən, vətəndaşlıq hüquqları tanınmayan kürdlər bu gün Suriyanın bərabərhüquqlu vətəndaşları olacaqlar. Amma PKK-nın Suriya uzantısı olan YPG  özünü kürdlərin nümayəndəsi kimi göstərərək yalan danışır və onları istismar edir. Türkiyədə 40 ildir ki, davam edən PKK faktı var və onlar Türkiyədəki kürd problemini bəhanə  edərək 40 mindən çox insanın ölümünə səbəb olublar.

Sabah Rusiya və İran arasında əldə olunacaq razılaşma Türkiyəyə qarşı çevrilməyəcəkdir. Çünki İran ağıllı olmasa da Rusiya ağıllı dövlətdir. 1979-cu ildə İranda yaradılan  molla rejimi  zərərli bir terror təşkilatına çevrilmişdir. Yəqin ki, bu rejim məhv olacaq.  Bu gün İran xalq çox böyük  haqsızlıqlığa məruz qalır və neftdən qazanılan milyardlarla dollarlar öz torpaqlarında xaos və anarxiya yaratmaq üçün xərclənir. Bölgədə tam separatizm hökm sürür, buna göz yummaq olmaz. Bu gün Rusiya PKK-ya qarşı tam əks mövqe nümayiş edirir və İrandan fərqli  siyasət yürüdür. Türkiyə Rusiya - Ukrayna müharibəsinin əvvəlindən  Rusiyaya qarşı tətbiq edilən sanksiyalara məhəl qoymayıb və Rusiya ilə iqtisadi əlaqələrini davam etdirib. Bu yanaşma, Türkiyənin aktiv neytrallıq siyasətini nümayiş etdirir və bu Ukraynada olan münasibətlərə müdaxilə etmədən həyata keçirilib. Rusiya, Türkiyənin geosiyasi mövqeyinin getdikcə gücləndiyini yaxşı anlayır və bu, regiondakı balansı qorumaq baxımından əhəmiyyətli rol oynayır. İran isə, son üç ildə seçilmiş dövlət olmasa da, bu inkişafı diqqətlə izləyir və Türkiyənin artan gücünü qəbul etməlidir”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:358
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri