Icma.az
close
up
RU
Türkiyənin Yaxın Şərqdə mövqeləri güclənir

Türkiyənin Yaxın Şərqdə mövqeləri güclənir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Rəsmi Dəməşq Türkiyəni təhlükəsizlik təminatçısı kimi qəbul edir 

Suriyada Əsəd rejimi devrildikdən sonra ölkə hələ də qeyri-sabitlik şəraitindədir. Yeni hakimiyyət indiyədək daxili sabitliyi təmin edə bilməyib. Ona görə də, rəsmi Dəməşq regionda böyük güc sahibi olan Türkiyəyə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən İŞİD terrorçuları ilə mübarizədə dəstək xahişi ilə müraciət ediblər. Bu barədə iyulun 23-də Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr məlumat verib. Müdafiə Nazirliyi Türkiyənin Suriyanın müdafiə potensialına töhfə verməyə davam etdiyini qeyd edib: “Ankara Suriyanın yeni hökuməti ilə sıx əlaqədədir. Suriya hərbçilərinin təlimi, həmçinin orduya məsləhət və texniki dəstək göstərilməsinə dair addımlar atılır”.

Hərbi əməkdaşlıq sazişi imzalana bilər

Türkiyə Müdafiə Nazirliyi qonşu ölkənin siyasi birliyi və ərazi bütövlüyünün Türkiyə üçün prioritet olaraq qaldığını vurğulayıb. “Ankara regionda davamlı sülh və sabitliyin təmininə töhfə verməyə davam edəcək”, - deyə Müdafiə Nazirliyindəki mənbələr əmin ediblər. Vurğulanıb ki, Türkiyə Suriyada, o cümlədən qonşu ölkənin şərq və şimal-şərq bölgələrində baş verən prosesləri diqqətlə izləyir.

“Hürriyyət” qəzeti isə yazır ki, Türkiyə və Suriya hərtərəfli hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq. Qəzet bu sənədin nə vaxt imzalanmasının nəzərdə tutulduğunu açıqlamayıb. Yazıda Ankara və Dəməşqin İsraildən Suriyanın təhlükəsizliyinə təhdidlər fonunda bu mühüm addımı atdığı qeyd edilir. “Hürriyət” xatırladır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bundan əvvəl ölkəsinin Suriyada sabitliyi pozmaq və onu parçalamaq planlarına imkan verməyəcəyini bəyan etmişdi. Nəşr həmçinin qeyd edir ki, Suriyanın yeni hakimiyyət orqanları terrorla mübarizədə kömək üçün Türkiyəyə üz tutub.

Əslində, Suriya Türkiyədən dəstək istəyən ilk dövlət deyil. İllər öncə Liviyanın qanuni hökuməti də rəsmi Ankaradan dəstək istəyib və tərəflər arasında imzalanmış sənədə əsasən türk ordusu həmin ölkədə mühüm əməliyyatlar həyata keçirib. Müəyyən imperialist güclər Türkiyənin Liviyada varlığına əngəl olmağa çalışsalar da, buna nail ola bilmədilər. 

Vaşinqtonun mövqeyi nədir?

İndi də  Suriyada xaos yaratmağa, pozuculuq fəaliyyəti ilə məşğul olmağa çalışan qruplar var. Onlar bu yolla Suriyanı zəif salmağa, mərkəzi hakimiyyəti devirməyə, nəticədə Suriyanın parçalanmasına zəmin hazırlamağa səy göstərirlər. Türkiyənin xarici işlər naziri Hakan Fidan belə qüvvələrə xəbərdarlıq edərək deyib ki, ölkəsinin təhlükəsizliyinə təhdid olarsa, Türkiyə müdaxilə edəcək: “Xaosdan muxtariyyət, müstəqillik çıxarmağa çalışan və bunun üçün də hər şeyi yandırıb yıxmağa hazır olan bir perspektivdə olmayın”. H.Fidan diplomatiya yolu ilə danışılacaq çox şey olduğunu da vurğulayıb: “Zorakılıqdan istifadə edərək bölgədə sabitliyi pozsanız, biz bunu öz milli təhlükəsizliyimizə birbaşa təhdid olaraq qəbul edib müdaxilə edərik”.

Türkiyənin Suriyaya mümkün müdafiə dəstəyi ilə bağlı ABŞ-ın Ankaradakı səfiri Tom Barrak deyib ki, Vaşinqtonun Suriya ilə Türkiyə arasında müdafiə sazişinin bağlanması imkanı ilə bağlı heç bir mövqeyi yoxdur: “ABŞ qonşu ölkələrə nə etməli olduqlarını göstərməkdə maraqlı deyil”. Bu, Türkiyənin perspektivdə Suriyada təhlükəsizliyini qorumaq üçün əsas da sayıla bilər.

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Züriyə Qarayeva deyib ki, Suriya hökumətinin Türkiyədən rəsmi şəkildə hərbi və texniki dəstək istəməsi regionda təhlükəsizlik və diplomatik dinamikanın yeni mərhələyə keçdiyini göstərir. Dəməşqin bu addımı xüsusilə İŞİD və digər radikal silahlı qrupların yaratdığı təhdidlərin fonunda atılıb. Bu çərçivədə Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın ərazi bütövlüyünü və siyasi birliyini dəstəklədiyini vurğulayaraq, terror təşkilatlarına qarşı mübarizədə konkret əməkdaşlıq mexanizmlərinin qurulduğunu bəyan edib.

Politoloq: Türkiyənin dəstəyi  bölgədə sabitliyi gücləndirəcək

Onun sözlərinə görə, son dövrlərdə İsrailin, xüsusilə Suveyda bölgəsindəki hərbi fəaliyyəti və druz icması ilə mərkəzi hakimiyyət arasında artan gərginlik Suriyanın daxili sabitliyini daha da kövrəkləşdirib. Məhz bu fonda Ankara ilə Dəməşq arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi praktiki zərurət kimi dəyərləndirilir. Türkiyə tərəfi Suriyanın müdafiə qabiliyyətinin artırılması məqsədilə təlim, texniki məsləhət və digər dəstək vasitələrinin göstərilməsinə hazır olduğunu bildirib. “Bu cür əməkdaşlıq təkcə iki dövlət arasında ikitərəfli münasibətlərin normallaşması deyil, həm də bölgədə daha genişmiqyaslı sabitlik amilinin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Ankara üçün bu, həm sərhəd təhlükəsizliyinin təminatı, həm də terror təhlükəsinin mənbəyində neytrallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Suriya üçün isə bu dəstək daxildə sabitlik yaratmaq və beynəlxalq təcriddən çıxış üçün yeni bir fürsət ola bilər”,-deyə politoloq vurğulayıb.

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:284
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri