Yaxın Şərqdə güc düzəninin dəyişməsi: İran hadisələrinin geniş regional effekti
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
İranda son həftələrdə baş verənlər yalnız ölkənin daxilindəki idarəetmə böhranının nəticəsi kimi deyil, Yaxın Şərqdə artıq formalaşmağa başlayan yeni güc düzəninin katalizatoru kimi oxunmalıdır.
ABŞ-də İrana qarşı hansı taktikanın seçilməsi ilə bağlı fikir ayrılığı zahirən parçalanma təsiri yaratsa da, əslində Vaşinqtonun bir neçə paralel ssenarini eyni anda işlətməyə çalışdığını göstərir. Trampın sərt bəyanatları, Rubio kimi fiqurların rəhbərliyin tam neytrallaşdırılması çağırışı və eyni zamanda diplomatiya tələbləri ABŞ-nin İranın gələcək siyasi arxitekturasını müəyyən edə biləcək imkan pəncərəsinin yetişməsini gözlədiyini göstərir.
Bununla yanaşı, İranla ticarət edən ölkələrə 25 faiz tarif tətbiqi region dövlətlərini real tərəf seçməyə məcbur edəcək qədər ciddi iqtisadi təzyiq vasitəsinə çevrilir. Bu, təkcə sanksiya deyil, yeni Yaxın Şərq nizamına keçidin iqtisadi giriş mərhələsidir.
Həmçinin Rusiya və İsrailin davranışları göstərir ki, İran ətrafında yaranan vəziyyət tək-tərəfli deyil, çoxqatlı qarşıdurmanın nüvəsinə çevrilib. Moskva Tehranı hərbi asılılıqda saxlayaraq öz manevr imkanlarını artırır və bunun qarşılığında həm siyasi, həm hərbi dividendlər əldə edir. İsrail isə davamlı lobbi fəaliyyəti ilə ABŞ-dəki müdaxilə tərəfdarlarının sayını çoxaldır və İranın sərt repressiyalarını beynəlxalq legitim əsas kimi təqdim edir.
Ermənistanın Vaşinqtonla yaxınlaşması, bölgədə yeni siyasi xəttin çəkilməsi və İranın geosiyasi buferlərinin daralması Tehranın regional dayaqlarını daha da zəiflədir. Bütün bu proseslərin birləşməsi göstərir ki, İran hadisələri artıq lokal böhran deyil.
Yaxın Şərqdə yeni güc bölgüsünün, yeni ittifaqların və yeni qarşıdurmaların formalaşdığı mərhələnin başlanğıcıdır. Bu mərhələ bölgə ölkələrini daha açıq şəkildə seçim etməyə məcbur edəcək və yaxın illərdə regionu əvvəlkindən daha mürəkkəb və qeyri-sabit bir siyasi orbitə daxil edəcək.
Ruslan Zəngəzur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 13 Yanvar 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















