Yaxın Şərqdə nə baş verir? Dubaya uçuşlar ləğv olunur
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi fonunda "Air Astana" aviaşirkəti Dubaya uçuş cədvəlində dəyişiklik edib.
"AzPolitika" xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Aviaşirkətin məlumatına görə, 12 iyul, yerli vaxtla saat 7:10-da Astanadan Dubaya təşkil olunan KC205 reysi geri, hava limanına yönləndirilib. Bundan əlavə, saat 8:50-də Almatıdan Dubaya uçması planlaşdırılan KC897 reysi ləğv edilib.
"Air Astana" onu da bəyan edib ki, cədvəldəki əlavə dəyişikliklər barədə məlumat da dərc olunacaq.
Xatırladaq ki, 12 iyulda BƏƏ Müdafiə Nazirliyi İran raketləri və dronlarının vurulması barədə məlumat yayıb. Raket hücumları həmçinin Qətər və Bəhreynin hava məkanında da qeydə alınıb.(Publika.az)
Baxış sayı:131
Bu xəbər 12 İyul 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















