Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Yaxın Şərqdə yeni münaqişə...

Yaxın Şərqdə yeni münaqişə...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər Suriya ilə İsrail arasında gərginlik artıb. Buna səbəb Suriyanın yeni hakimiyyət qüvvələri ilə ölkənin cənubunda yaşayan druz icması arasında toqquşmaların baş verməsidir. Xatırladaq ki, Suriyanın cənubunda druzların kompakt yaşadığı Suveyda vilayətində bir neçə gün davam edən döyüşlərdən sonra yeni hökumətin hərbi  qüvvələri vilayətin mərkəzi olan Əs-Suveyda şəhərinə daxil olub. İyulun 15-də müdafiə naziri Məhraf Əbu Qəsra bəyan etmişdi ki, Suveydada vəziyyət nəzarət altına alınıb. Bundan sonra isə İsrail druzları müdafiə etmək üçün hücumlara başlayıb və Dəməşqin hərbi qüvvələrinə zərbələr endirir. 

Druz problemi İsrail ilə Suriya arasında münasibətləri pozur

İsrail Suriyanın cənubunda status-kvonu saxlamaq niyyətindədir

İsrailin müdafiə naziri İsrael Kats iyulun 16-da bildirmişdi ki, Müdafiə Ordusu (IDF) Dəməşqin druzların çoxluq təşkil etdiyi Əs-Suveyda şəhərini tərk etməyəcəyi təqdirdə, Suriyanın hökumət qüvvələrinə zərbələr endirməyə davam edəcək: “Suriya hökuməti çoxluq təşkil edən druzları rahat buraxmalı və öz qoşunlarını çıxarmalıdır. Biz bunu aydın şəkildə bildirdik və xəbərdarlıq etdik. İsrail Suriyadakı druzları yalnız qoymayacaq və Suriyanın demilitarizasiyası siyasətini həyata keçirəcək. Nə qədər ki, rejim qüvvələri bu ərazini tərk etməyib, İsrail Müdafiə Ordusu zərbələr endirməyə davam edəcək”.

İsrail aviasiyası Əs-Suveyda ilə yanaşı, Suriyanın digər ərazilərində hərbi obyektləri hədəfə alıb. Suriya KİV-nin məlumatına görə, hədəflər arasında Dəməşq şəhəri, o cümlədən, Prezident Sarayı və Müdafiə Nazirliyi də var. Hərbi əməliyyatlar nəticəsində çoxlu sayda ölən və yaralananlar var.

İsrailin xarici işlər naziri Gideon Saar keçirdiyi brifinqdə deyib ki, İsrail Suriyanın cənubunda status-kvonu saxlamaq və onun sərhədlərində təhlükəsizliyi təmin etmək niyyətindədir.  O vurğulayıb ki, İsrailin Suriyada maraqlarının hər hansı formada pozulması cavabsız qala bilməz: “Bizim Suriyadakı maraqlarımız bəlli, məhdud və aydındır. İlk növbədə, Suriyanın cənubunda, sərhədimizə yaxın ərazidə status-kvonu saxlamaq və bu sahədə İsrailə qarşı təhdidlərin qarşısını almaq. İkincisi, güclü və davamlı əlaqəmiz olan druz icmasına zərərin qarşısını almaqdır”.

Beynəlxalq ictimaiyyət narahatdır

İyulun 16-da axşam saatlarında tərəflər arasında atəşkəsin əldə olunduğu bildirilsə də, bu razılaşma yalnız bir neçə saat davam edib. ABŞ Prezidenti Donald Trampın administrasiyası isə İsrailə müraciət edərək Suriyaya hava hücumlarını dayandırmağa və gərginliyi azaltmaq üçün Dəməşq hökuməti ilə dialoqa başlamağa çağırıb.

Yaranmış vəziyyətdən Türkiyə də narahatdır. Xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd əş-Şibani ilə telefon danışığında Suriyanın işlərinə kənardan müdaxiləyə qısa zamanda son qoymağın və ölkədə sabitliyin təmin edilməsinin vacibliyini bildirib. Fidan İsrailin Suriyanın cənubuna və Dəməşqə zərbələr endirməsindən narahatlığını ifadə edərək, bu cür hərəkətlərin regional təhlükəsizliyi təhdid etdiyini və vəziyyətin nizamlanması səylərinə mane olduğunu vurğulayıb.

Daha sonra o, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla söhbətində də İsrailin hücumları ilə bağlı vəziyyəti müzakirə edib və onların dayandırılmasının vacibliyini qeyd edib.

BMT-nin Baş katibi Antonio Quterreş də İsrailin Suriya ərazisinə endirdiyi hava hücumlarını pisləyib, ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulmasına son qoymağa çağırıb. Bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. Onun sözlərinə görə, Baş katib İsrailin Əs-Suveyda, Suriyanın paytaxtı Dəməşqə artan hava hücumlarını, həmçinin Colan təpələrində qüvvələrini yenidən yerləşdirilməsi barədə məlumatı pisləyir: “O, Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı bütün pozuntulara dərhal son qoymağa çağırır”.

Druz-Dəməşq probleminin səbəbi nədir?

Xatırladaq ki, druzlar vətəndaş müharibəsi dövründə Bəşər Əsəd hakimiyyətinə qarşı çıxmasalar da, faktiki olaraq icma qaydaları ilə idarə olunub və hökumətlə məsafəli davranıb. Bəşər Əsədin devrilməsindən sonra da druzlar yeni hakimiyyətə qarşı məsafəli davranıb və faktiki olaraq Dəməşqi qəbul etməyib. Bu ilin yazında yerli druz silahlıları ilə hökumət qüvvələri arasında qısamüddətli toqquşmalar baş verib. Ancaq beynəlxalq təşkilatların, yerli druz ağsaqqalları və Dəməşq rəsmiləri arasında danışıqlardan sonra uzlaşma əldə olunmuşdu.

Bəs druzlar kimdir? Druzlar şiə-ismaili icmasını təmsil edən ərəblərdir.  Druz xalqı əsasən Yaxın Şərqin 3 ölkəsində - Suriya, Livan və İsraildə yaşayır. Ən böyük druz icması təxminən 700 min nəfər Suriyada, əsasən də Suveyda vilayətində yaşayır. 150 minə yaxın druz isə Livanda yaşayır. Ən kiçik druz icması isə İsraildə, əsasən də Colan təpələri bölgəsində yerləşir. Druzlarla yəhudi icması arasında yaxınlıq var və bu səbəbdən də druzlar İsrail cəmiyyətinə inteqrasiya olunub, İsrail ordusunda ayrıca elit Colani briqadası var ki, onlar druzlardan ibarətdir. Suriyada Bəşər Əsədin devrilməsindən sonra druzlarla İsrail arasında əlaqə daha da dərinləşib. Druz icması yeni islamçı Dəməşq hökumətinə qarşı İsrailin timsalında özünə müdafiəçi axtarır, İsrail isə druzları Suriya və İsrail arasında bufer zona olaraq görür və bu səbəbdən də druz icmasına hərbi, siyasi və maliyyə dəstəyi verir.

Əhməd əş-Şəraa müharibədən qorxmadığını bəyan edib

Hazırda faktiki olaraq Suriya mərkəzi hökumətinə tabe olmayan iki bölgə var: şimal-şərqdə kürdlər, cənub-qərbdə isə druzlar. Suriyanın yeni hakimiyyəti üçün druz amili, xüsusən də İsraillə yeni danışıqlar fonunda ciddi maneəyə çevrilib. Hadisələr fonunda Livan druzlarının liderlərindən biri Vəlid Cunbulat İsrailin Dəməşqə son hücumlarını pisləyib, onu Suriyanın milli təhlükəsizliyinə açıq təcavüz adlandırıb. Suriyanın SANA agentliyinin məlumatına görə, Cunbulat Suriyanın mərkəzi dövlət institutlarının druzların sıx məskunlaşdığı Cəbəl əl-Arabda sabitliyin yaradılmasında rolunun vacibliyini vurğulayıb.

Suriya hökumətinə qarşı çıxan bəzi yerli druz liderlərini ehtiyatlı olmağa səsləyən Cunbulat problemlərin zor gücü ilə deyil, müzakirə masasında Suriyanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini qeyd edib: “İsrail Suveydada druzları himayə etmir. Baxmayaraq ki, bunu iddia edir. Əksinə, öz müdaxilələrini həyata keçirmək üçün bəzi yerli liderlərdən istifadə edir”. Suveyda vilayətində baş verən son hadisələrə toxunan druz lideri böhranın həqiqi milli barışıq və razılıq əsasında islahatların aparılmasında həll edilə biləcəyinə inamını ifadə edib.

Suriya keçid dövrünün Prezidenti Əhməd əş-Şəraa isə  İsrailin hücumları fonunda ölkəsinin müharibədən qorxmadığını və öz ləyaqəti uğrunda döyüşməyə hazır olduğunu bəyan edib. “Biz bütün həyatımız boyu çağırışlarla mübarizə aparırıq və xalqımızı müdafiə edirik. Ancaq biz suriyalıların maraqlarını xaos və dağıntıdan üstün tutduq. Suriya xalqı müharibədən qor?mur və əgər onun ləyaqətinə təhdid yaranarsa, mübarizə aparmağa hazırdır”, deyə, əş-Şəraa vurğulayıb.

Bütövlükdə, Yaxın Şərqdə yeni bir münaqişənin alovlanması region xalqları üçün arzuolunan deyil. Ona görə də, beynəlxalq ictimaiyyət tərəflər arasında münaqişənin sonlandırılması üçün təşəbbüslərini gücləndirməlidir.  

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyul 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see268

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see237

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see213

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see185

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see185

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see181

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see181

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see178

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see177

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see177

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see171

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see169

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see168

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see167

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see165

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see157

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see156

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri