Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Yaxın Şərqdə üçüncü dünya savaşının önü açılır

Yaxın Şərqdə üçüncü dünya savaşının önü açılır

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həm İsraili, həm də İranı dəstəkləyə biləcək dövlətlər hazırda aktiv müşahidəçi statusuna üstünlük verirlər... İrana dəstək verə biləcək dövlətlərin qərarları böyük ölçüdə İsrailin müttəfiqlərinin davranışlarından asılı olacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Yaxın Şərq onilliklər boyu dünyanın əsas xaos məkanı olub. Ancaq hazırda bu region öz tarixinin ən təhlükəli mərhələsindən keçməyə məhkum edilməkdədir. Böyük ehtimalla hazırda Yaxın Şərqdə cərəyan edən hərbi-siyasi proseslər bu regionun gələcək taleyini birmənalı şəkildə müəyyən edəcək. Və Yaxın Şərqin yenidən dizayn olunmasında hansı strateji hədəflərin ön planda tutulduğu dəqiqləşmiş olacaq.

Onu da qeyd etmək lazımdır ki, İsrailin İrana nə vaxtsa, hücum edəcəyi qətiyyən şübhə doğurmurdu. Əslində, rəsmi Tel-Aviv uzun müddətdən bəri buna hazırlaşdığını da gizlətmirdi. Böyük ehtimalla əvvəlcə HƏMAS-a, ardınca da Hizbullaha qarşı hərbi əməliyyatlar İranın vurulmasına hazırlıq xarakteri daşıyırdı. Çünki həmin hərbi əməliyyatlar İranın proxy qüvvələrinin böyük ölçüdə sıradan çıxarılması ilə nəticələndi. Və İran İsrail qarşısında demək olar ki, kənar müttəfiqsiz qalmış oldu.

Məsələ ondadır ki, İsrailin İrana qarşı hərbi zərbələrinə sadəcə, qınaq bəyanatlarından başqa elə bir ciddi beynəlxalq reaksiya müşahidə edilmir. Yəni, hazırda İran hələlik İsrail qarşısında müəyyən mənada, təklənmiş duruma düşmüş kimi görünür. Ona görə də, rəsmi Tehran bütün hərbi resursları ilə müqavimət göstərməyə çalışsa da, İsrail hələlik müəyyən üstünlüyə malik tərəf təsiri bağışlayır. Və bu baxımdan, Yaxın Şərqin gələcək taleyini müəyyən edə biləcək İran-israil savaşının necə nəticələnəcəyi müəmmalı xarakter daşıyır.

Maraqlıdır ki, İran İsrail savaşı ilə bağlı bir neçə ehtimal mövcuddur. Əsas ehtimal Yaxın Şərqin yenidən dizayn olunmasına qərar vermiş ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın bu savaşa aktiv müdaxilə etməsi ilə bağlıdır. Belə ki, İsrailin İrana hücum planının məhz ABŞ-la ortaq hazırlandığı qətiyyən şübhə doğurmur. Xüsusilə də, Ağ Evin hələlik aktiv müşahidəçi rolunda çıxış etməsi də belə düşünməyə əsas verir. Və ona görə də, İranın hərbi müqavimət immunitetinin səviyyəsi ABŞ-ın savaşa müdaxilə qərarına birbaşa təsir göstərə bilər.

Belə anlaşılır ki, əgər, İran İsrail ilə hərbi qarşıdurmada effektiv nəticə qazanarsa, onda ABŞ öz hərbi potensialı ilə savaşa qatılacaq. Hətta İsrailin hərbi zərbələri savaş planının hədəflərindən uzaq qalacağı təqdirdə belə, ABŞ bu müharibənin iştirakçısına çevrilə bilər. Ona görə də, Ağ Ev hər imkanda ABŞ-ın savaşa hər an qoşulmağa hazır müşahidəçi olduğunu qabardır. Əks halda, Ağ Ev İsrailə təzyiq göstərməklə, savaşı dərhal dayandıra bilərdi.

Təbii ki, ABŞ-ın İran-israil savaşına hansısa bəhanə ilə müdaxilə ehtimalı ən təhlükəli variantdır. Çünki bu halda, savaşın qlobal xarakter alma ehtimalının da önü açılmış olacaq. ABŞ-ın ardınca Böyük Britaniya, Almaniya və Fransa da bu müharibədə müxtəlif keyfiyyətdə qatılmaq məcburiyyətində qalacaq. Və bu, birmənalı şəkildə müharibənin əhatə dairəsinin daha geniş areala yayılması ilə bağlı təhlükəni ön plana keçirmiş olacaq.

Məsələ ondadır ki, hələlik aktiv müdaxiləyə həvəs göstərməyən Çin və Rusiya hərbi proseslərin davamında İranın yanında yer almaq məcburiyyətində qala bilər. Əslində, Rusiyanın İsrailə qarşı qınaq bəyanatına paralel olaraq, Çin İrana dəstək verə biləcəyini qətiyyən gizlətmir. Belə ki, bəzi məlumatlara görə, rəsmi Pekin artıq İrana silah-sursat göndərməyə başlayıb. Bunun ardınca isə Çinin öz müasir hərbi texnologiyası ilə savaşa qatılaraq, ABŞ və İsrailə ciddi problemlər yarada biləcəyi qətiyyən istisna deyil. Və bu, baş verərsə, Ukrayna savaşından daha dəhşətli qlobal müharibə qaçılmaz olacaq.

Onu da nəzərə almaq lazımdır ki, nüvə dövləti olan Çinin bu savaşa açıq müdaxilə məcburiyyətində qalması hərbi prosesləri növbəti təhlükəli mərhələyə keçirə bilər. Belə ki, bu halda, ABŞ və Qərbin çəkildiyi digər nüvə dövləti Şimali Koreyanın da İrana dəstək düşərgəsinə yerləşə biləcəyi qətiyyən istisna deyil. Belə olacağı təqdirdə, qüvvələr nisbəti ABŞ və müttəfiqlərinin əleyhinə də çevrilə bilər. Və bu baxımdan, ABŞ-ın hələlik aktiv müşahidəçi mövqeyinin arxasında da məhz bu önəmli faktor gizlənir.

Nəhayət, Rusiyanın da İranı fəal müdafiə etmə ehtimalı qətiyyən istisna deyil. Belə ki, bu iki dövlət arasında strateji tərəfdaşlıq müqaviləsi mövcuddur. Rəsmi Tehran İsrailin hücumundan dərhal sonra həmin sənədi ratifikasiya etdi. Düzdür, bu sənəd tərəflərin üzərinə hərbi müdafiə öhdəliyi yükləmir. Ancaq xarici hərbi müdaxiləyə qarşı ortaq fəaliyyət imkanlarının səfərbər olunmasına münbit şərait yaradır. Və bu baxımdan, Rusiya qlobal məkanda İranın strateji maraqlarını təmsil etmək hüququ qazanmış kimi görünür.

Təbii ki, bütün bunlar hələlik yalnız ehtimallardır. Çünki həm İsraili, həm də İranı dəstəkləyə biləcək dövlətlər hazırda aktiv müşahidəçi statusuna üstünlük verirlər. İrana dəstək verə biləcək dövlətlərin qərarları böyük ölçüdə İsrailin müttəfiqlərinin davranışlarından asılı olacaq. Əgər, Çin, Rusiya və Şimali Koreya İran ətrafında baş verən hərbi prosesləri öz gələcək talelərinə qarşı real təhlükə olaraq, görərlərsə, onda yeni qlobal savaş qaçılmaz ola bilər. Və bu halda, Yaxın Şərqdə müharibənin uzun müddət davam edəcəyi təqdirdə, üçüncü dünya savaşına çevrilmə ehtimalı artmış olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 İyun 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri