Icma.az
close
up
RU
Trampın husilərə qarşı əməliyyatı Yaxın Şərqdə ABŞ İran savaşının mümkün sonu

Trampın husilərə qarşı əməliyyatı Yaxın Şərqdə ABŞ İran savaşının mümkün sonu

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sovet İttifaqı dağılandan sonra İran İslam Respublikası ABŞ-nin başlıca hədəfinə çevrilib. Elə Tehran hakimiyyəti də "ABŞ-yə ölüm!", "İsrailə ölüm!" şüarları ilə ona qarşılıq verir.

Bu baxımdan, onlar arasında sosial, siyasi, iqtisadi, hərbi və s. istiqamətdə mübarizə 46 ilə yaxındır davam edir. 1979-cu il noyabrın 4-də ayətullah Xomeyninin "İmam yolu"nun tərəfdarları ABŞ-nin İrandakı səfirliyinə hücum edərək missiyanın 53 əməkdaşının 444 gün, 1981-ci il yanvarın 20-dək girov saxlanılması ilə tərəflər arasında ziddiyyətin bünövrəsi qoyulub. Sonrakı illərdə Vaşinqton və Tehran dünyanın müxtəlif bölgələrində bir-birinin fəaliyyətini izləyib, yeri gəldikcə mənafelərinə zərbələr endiriblər.

ABŞ ilə İslam Respublikası arasında münaqişə Yaxın Şərqdə ən açıq və iddialı şəkildə görünür.

2023-cü il oktyabrın 7-də Fələstinin Qəzza zolağında HƏMAS qruplaşmasının İsrailə hücumu zamanı ABŞ-İran qarşıdurması aydın görünürdü.

İran Livanda "Hizbullah", Suriyada Bəşər Əsəd rejimi vasitəsi ilə bu ölkənin ərazisindən HƏMAS-a dəstək verirdi. Onda "Hizbullah"ın sonralar Beyrutda İsrailin hava zərbələri nəticəsində bunkerdə ölmüş lideri Həsən Nəsrullah da İsrailə qarşı müharibəyə qoşulduqlarını bəyan etmişdi. Onun ardınca Yəməndə iranyönümlü husi qiyamçılar da İsraillə müharibə aparacaqlarını bildirdilər.

HƏMAS, "Hizbullah", Bəşər Əsədin bir-birinin ardınca çökməsi İranın regiona təsirini azaldıb. Deməli, bu savaşda ABŞ Tehran hakimiyyətini həmin cəbhədə məğlubiyyətə uğradıb.

Bu hadisələr Coz Baydenin prezidentliyi dönəmində baş versə də, həmin vaxt Donald Tramp seçilmiş prezident statusunda idi. Beynəlxalq səviyyədə nüfuzunun sələfindən daha çox olmasına, habelə prezidentliyinin birinci dövründə regionda hərbiləşməyə diqqət artırdığı üçün ABŞ-İsrail cütlüyünün bu uğurunda Trampın da payının olduğu bildirilirdi.

Donald Trampın İranın ali rəhbəri ayətullah Əli Xameneiyə məktubu ilə ölkələr arasında gərginliyin azalacağına, eləcə də bunun regional problemlərin həllinə təsir göstərəcəyinə ümidlər az da olsa var idi.

Tramp İslam Respublikası liderinə ismarışında bildirmişdi: "Seçim sizindir: İran xalqına firavanlıq gətirəcək sülh, yoxsa dağıntı gətirəcək qarşıdurma. Amerika həmişə danışıqlara hazırdır, amma bunu etməsəniz, tarix heç vaxt səhvlərinizi bağışlamayacaq".

Məktubdan əvvəl isə o, jurnalistlərə "İranla bağlı tezliklə nə isə olacaq, bunu eşidəcəksiniz. Biz bu ölkə ilə bağlı son ana gəlmişik" açıqlamasını vermişdi.

Elə zənn edilirdi ki, Xamenei ABŞ liderinin məktubunu müsbət qarşılayacaq və ona şəraitə uyğun cavab verəcək. Ancaq bu, hələ də baş verməyib.

Cavabın yerinə İranın proksi qüvvələri Qəzza, Livan və Yəməndə fəallaşıb. Ötən gün HƏMAS girov və əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşmanı pozduğu üçün İsrail mövqelərinə havadan zərbə endirib.

Yeri gəlmişkən, fevralın 11-də Donald Tramp bu ayın 15-i saat 12-dək israilli girovların hamısının azad edilməsi tələbi ilə HƏMAS-a ultimatum vermişdi. Ancaq bu tələb reallaşmasa da, girov və əsirlərin mübadiləsi prosesi bərpa olunmuşdu.

Onda Tramp tələbinə əməl edilməyəcəyi halda HƏMAS-a "cəhənnəm" vəd etmişdi.

Son günlər "Hizbullah" və Əsəd rejimi qalıqlarının Suriyada hərbçilərə hücumu, qiyamı İranın ABŞ-yə qarşı mübarizəsinin davamı kimi də dəyərləndirilə bilər. Tehran həmin qüvvələr məğlub olduqdan sonra onlarla əlaqələrinin olduğunu rədd edirdi. Son hadisələr bu iddianın isbatı kimi də sayıla bilər. Yəni, İranın iştirakı olmadan da "Hizbullah" əməliyyat keçirər.

HƏMAS və Livandakı iranyönümlü qruplaşmanın fəaliyyətini husilərə dəstək aksiyası da saymaq olar.

Çünki bir müddət öncə qiyamçılar İsrailə hücuma keçəcəklərini bəyan etmişdi.

Martın 17-də Donald Tramp "Truth Social" hesabında yazmışdı: "Bu andan etibarən husilər tərəfindən atılan istənilən bir atəş İran silahları və rəhbərliyi tərəfindən atılan güllə sayılacaq. İran cavabdehlik daşıyacaq, bunun nəticələrini çəkəcək. Bunun nəticələri ciddi olacaq".

ABŞ prezidenti daha sonra "heç kim aldanmamalıdır, bunların hamısı İrandan qaynaqlanır. Onları İran idarə edir".

Bundan sonra husilər Qırmızı dənizdə, Bab-əl-Məndəb boğazında, Ədən körfəzində ABŞ-yə məxsus gəmilərə hücum ediblər. Ştatlar isə Yəməndə husilərin mövqelərinə zərbə endirib. Bəzi mənbələr iddia edirlər ki, hərbi qarşıdurmanın miqyası Hind okeanınadək genişlənib. Husilər İsrail ərazisini də bir neçə dəfə vurmağa cəhd ediblər.

Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uolts bildirib ki, Vaşinqton İranın Yəməndəki hədəflərinə hücumu nəzərdən keçirir. Müşavir onları aşağıdakı kimi təsnif edib:

- Yəmən sahillərində husilərə kəşfiyyat dəstəyi verən İran gəmiləri;

- İranın bu ölkədəki hərbi təlimatçıları və onların yerləşdiyi məntəqə;

- Tehranın Yəməndə husiləri təchiz etdiyi avadanlıq və hərbi texnika.

O, nüvə proqramından əl çəkməyəcəyi təqdirdə İranı başqa ağır nəticələrlə hədələyib.

İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus informasiya kanalı bildirib ki, İslam Respublikasının Hərbi Hava Qüvvələri ABŞ-nin "MQ-4C" pilotsuz müşahidə təyyarəsi İranın hava məkanı yaxınlığında "F-14" qırıcıları və müşahidə pilotsuz təyyarələri ilə qarşılaşdıqdan sonra dərhal geri çəkilib.

Məlumata görə, İranın Silahlı Qüvvələri istənilən təcavüzü dəf etməyə və Yaxın Şərqdə düşmənlərin maraqlarına sarsıdıcı zərbələr endirməyə tam hazır olduqlarını bəyan edib.

Sepahın Aerokosmik Qüvvələri də bunları vurğulayıb:

- İranın hava məkanını keçən, pilotlu və ya pilotsuz istənilən düşmən təyyarəsi vurulacaq;

- Biz düşməni istənilən təxribatçı hərəkətinin nəticələri barədə xəbərdar edirik.

Husilərin ABŞ gəmilərinə hücumunu müəyyən mənada Xameneinin Trampın məktubuna cavabı kimi də qiymətləndirmək olar. Bununla İran lideri qarşı tərəfə sanki "gələcəyin varsa, görəcəyin də var" ismarışını göndərir.

İran ABŞ ilə bu dəfə Yəməndə və Qırmızı dənizdə müharibə aparır. HƏMAS-ın, "Hizbullah"ın zəifləməsi və Bəşər Əsəd rejiminin süqutu ilə Tehran hakimiyyəti Fələstin, Livan və Suriyadan sıxışdırılaraq çıxarılıb, yaxud zəiflədilib.

İndi belə növbə husi proksi qüvvələrinindir. Bu əməliyyat uğurla başa çatarsa, Tehran hakimiyyəti içərilərinə doğru tam sıxılmış vəziyyətə salınacaq.

ABŞ-nin Yəməndə apardığı əməliyyatın əmrini Donald Tramp verib. Deməli, onun uğur və uğursuzluğunun məsuliyyətini də prezident daşıyacaq. ABŞ Yəməndə husiləri təslim edəcəyi halda regionda İran və onun arxasında gizlənən qüvvələr üzərində böyük qələbə qazanacaq. Bununla Ştatlar və müttəfiqləri Yaxın Şərqdə əsas söz sahibi sayılacaq.

Məğlub olacaqları, yaxud əməliyyat uzanacağı halda vəziyyət nə Donald Trampın, nə də ABŞ-nin xeyrinə olacaq. Onun seçiciləri, Avropa və NATO-dakı müttəfiqləri, elə Fransanın timsalında Avropa İttifaqındakı rəqibləri arasında nüfuzu kəskin düşəcək. Belə bir şəraitdə bu savaş müəyyən çalarları ilə Vyetnamdakı 30 illik müharibənin nəticələrini xatırlada bilər.

Odur ki, Trampın Yəməndə husilərə qarşı əməliyyatını ABŞ-nin regionda İrana qarşı sonuncu savaşı da saymaq olar. Çünki İslam Respublikası bu şəraitdə xaricdəki təsiredici qüvvələrdən daha birindən məhrum olar. Bu döyüşdə uğur Vaşinqtona Tehranı İranda məğlub etməyə geniş imkanlar aça bilər.

Yəməndəki husilər İranın Yaxın Şərqdə qalması üçün son ümidi sayılır. ABŞ-yə görə onlar Tehrana aid qruplaşmanın sıradan çıxarılacağı axırıncı qərargah olacaq. Bunu regionda ABŞ-İran müharibəsinin başa çatması kimi də dəyərləndirmək olar.

"Report" İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Mart 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see257

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see199

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see183

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see169

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see139

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see137

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see137

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see136

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see133

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see131

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see131

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see131

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see130

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see127

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see127

“Qarabağ” iki pillə gerilədi gecənin nəticələri

05 Noyabr 2025 02:05see126

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see122

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see121

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see121

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri