Icma.az
close
up
RU
Yaxın Şərqdə yeni oyunçular

Yaxın Şərqdə yeni oyunçular

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Türkiyə və Səudiyyə Ərəbistanın əhəmiyyəti artmaqdadır 

Almaniya Avropa İttifaqının (Aİ) lideri olduğunu yenidən sübut etməyə başlayıb. Post-Merkel dövründə Avropanın siyasi məkanında Fransanın önə çıxmasına baxmayaraq, son otuz ildə Almaniya Aİ-nin iqtisadi-enerji siyasətinin formalaşması, enerji təhlükəsizliyinin təmin olunması və diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər sisteminin müəyyən olunmasında aparıcı rol oynayıb  - doğrusunu desək, Parisdən fərqli olaraq, Berlin hər zaman ittifaqın ən ağır yükünü çiyinlərində daşıyıb.  Trampın ikinci hakimiyyəti dövründə Almaniyanın həm regional, həm də beynəlxalq məkanda bir daha önə çıxacağı ehtimal olunur.

Fevralın ilk həftəsində Yaxın Şərq ölkələrinə - Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyəyə rəsmi səfər edən Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Məhəmməd bin Salman və İordaniya kralı  Abdullah bin Al Hüseyn ilə görüşüb. “Arab news” və “Jordan Times” ın məlumatına görə, görüşdə  ikitərəfli diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər, o cümlədən regionda hazırki proseslər ilə bağlı müzakirələr aparılıb.  İordaniya kralı ilə görüşdən sonra Almaniya prezidenti İordaniyanın “Al-Arzaq” hərbi hava qüvvələri bazasında Alman hərbi kontigentinə baş çəkib - kontingent İŞİD terror təşkilatına qarşı yaradılan beynəlxalq missiyanın tərkibində fəaliyyət göstərir.

Türkiyə bölgədə sülh və sabitliyin təminatına töfhə verir

Ştaynmayer son səfərini fevralın 5-də Türkiyəyə edib - “Yeni Safak” bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə də Yaxın Şərqdəki proseslər, xüsusilə Suriya və Qəzzada mövcud vəziyyət barədə ətraflı müzakirə aparılıb. Hər iki liderin görüşündə Almaniya-Türkiyə və Aİ-Türkiyə münasibətlərinə də toxunulub. Görüşdən sonra hər iki prezident mətbuat konfransında çıxış ediblər.

Yüksək səviyyəli səfərlərin və beynəlxalq platformalarda keçirilən ikitərəfli görüşlərin iki ölkə arasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əlaqələrin inkişafına töfhə verdiyini deyən Ərdoğan Türkiyənin Almaniya ilə xarici ticarət dövriyyəsini artırmaqda və qarşılıqlı investisiyalar təşviq etməkdə, eləcə də terror və qeyri-qanuni miqrasiyaya qarşı  birgə mübarizə aparmaqda maraqlı olduğunu vurğulayıb.

Ərdoğan, həmçinin Ankaranın Suriya, Qəzza və Ukrayna ilə bağlı məsələlərdə Berlin ilə əməkdaşlıq etməyə hazır olduğunu da bəyan edib. Ştaynmayer isə öz növbəsində Türkiyənin Yaxın Şərqdə sülh və sabitliyin təminatına töfhə verən aparıcı ölkə olduğunu və Berlinin Ankara ilə bu məsələdə eyni maraqları bölüşdüyünü bildirib. Almaniyanın dövlət rəhbəri hesab edib ki, Suriya və Qəzzada mövcud problemlərin yalnız danışıqlar və dialoq, bütün tərəflərin iştirakı və qarşılıqlı maraqların nəzərə alınması fonunda  əldalətli prinsiplər çərçivəsində həll oluna bilər. Eyni zamanda, həm Ərdoğan, həm də Ştaynmayer ABŞ-ın yeni prezidenti Donald Trampın Qəzza ilə bağlı təkliflərinin qəbuledilməz olduğunu və İsrail ilə Fələstin arasındakı münaqişənin yalnız ikili dövlət planına əsasən həll olunmasının zəruriliyini də nəzərə çatdırıblar.

Berlin Suriyanın yenidən qurulmasına dəstək vermək niyyətindədir

Son zamanlar Yaxın Şərq beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib - istər Suriyada post-Əsəd dövrünün formalaşması, istərsə Qəzzada uzunmüddətli müharibədən sonra atəşkəsin təmin olunması, istərsə də Trampın Qəzza ilə bağlı təklifləri bu regiona diqqətin artırılmasına gətirib çıxarıb. Qeyd etmək lazımdır ki, Yaxın Şərq məkanında regional aktorların, xüsusilə Türkiyə və Səudiyyə Ərəbistanın önə çıxması və hər iki ölkənin regionun aparıcı qüvvəsinə çevrilməsi bir sıra Qərb ölkələrini bu iki ölkə ilə hesablaşmağa vadar edib - Frank-Valter Ştaynmayerin regiona üç günlük səfəri bunu sübut edir. Bütövlükdə, Yaxın Şərqdə baş verən son proseslər onu deməyə əsas verir ki, Qərb güc mərkəzləri, hətta ABŞ-ın özü belə regionda proseslərdə yaxından iştirak etmək üçün Türkiyə və Səudiyyə Ərəbistanın, habelə müəyyən ərəb ölkələrinin maraqlarını nəzərə almaq, onlarla təmaslar qurmaq və koordinasiyalı şəkildə fəaliyyət göstərmək məcburiyyətində olacaqlar.

Ümid etmək olar ki, Almaniyanın gələcək rəhbərliyi bunu başa düşəcək və Yaxın Şərq siyasətində Ankara və Ər-Riyadın siyasi çəkisini nəzərə alacaq və öz addımlarını hər iki ölkənin mövqeyinə uyğun atacaq.  Şübhəsiz ki, digər Qərb ölkələri kimi Almaniya da Suriyada gələcək prosesləri izləməyə çalışacaq - Berlin bu ölkənin yenidən qurulmasına və hərbi-təhlükəsizliyinin formalaşmasına dəstək vermək niyyətində də ola bilər, sözsüz ki, Türkiyə ilə birgə fəaliyyət çərçivəsində bu istiqamətdə addımlarını atacaq  - ən əsası da radikal terror qruplaşmalarına qarşı mübarizə prioritet olacaq.

Avropanın enerji asılılığında ərəb regionunun rolu arta bilər

Bildiyimiz kimi, Almaniya Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçısı qismində çıxış edən ən aparıcı ölkədir. Berlin çox yaxşı bilir ki, post-Əsəd Suriyası dövründə  Səudiyyə Ərəbistan? və Körfəz ölkələrinin, həmçinin Şərqi Aralıq dənizindəki neft-qaz ehtiyatlarının Avropa bazarına daşınması na əlverişli şərait yaranıb.  Rəsmi Berlinin bu məsələnin ciddiliyinə varacağına şübhə yoxdur.  Bu baxımdan ehtimal etmək olar ki,  yaxın gələcəkdə Almaniya Körfəz ölkələri və Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Yaxın Şərq və Şərqi Aralıq dənizindəki təbii enerji resurslarının Avropa bazarına çıxışını təmin etmək üçün böyük infrastruktur və investisiya layihələri həyata keçirəcək. 

Məhz Almaniyanın təşəbbüsü ilə Aİ bu məsələdə aktiv rol oynamağa - yeni enerji proqramları irəli sürməyə razı olacaq.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Fevral 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri