Yaxın zamanda 6 cı Yüksəliş müsabiqəsinə qeydiyyat tarixləri açıqlanacaq
Icma.az bildirir, Sia Az portalına istinadən.
Yaxın zamanda altıncı "Yüksəliş" müsabiqəsinə qeydiyyat tarixləri açıqlanacaq.
SİA-nın məlumatına görə, həmçinin müsabiqənin qeydiyyat prosesi barədə də ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev 2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Növbəti "Yüksəliş" müsabiqəsi sayca keçirilən 6-cı müsabiqə olacaq.
Xatırladaq ki, 2019-2021-ci illərdə keçirilmiş ilk müsabiqədə 27, 2022-ci il ikinci müsabiqədə 22, 2023-cü il üçüncü müsabiqədə 22, 2024-cü il dördüncü müsabiqədə 25 və 2025-ci il beşinci müsabiqədə 20 qalib müəyyən olunub. Beləliklə, ötən beş müsabiqə üzrə ümumilikdə 70 minə yaxın müraciət qəbul edilib, 40 minə yaxın Azərbaycan vətəndaşı prosesdə iştirak etmiş və nəticədə 116 nəfər qalib elan edilib.
"Yüksəliş" müsabiqəsi İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat məbləğində mükafat qazanırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 11 Dekabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















