Icma.az
close
up
RU
Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Yay istirahət, səyahət və açıq havada daha çox vaxt keçirmək üçün əlverişli olsa da, bu dövr müxtəlif allergik reaksiyaların artdığı mövsüm hesab olunur. Günəş şüaları, bitki polenləri, həşərat sancmaları, hovuzlarda istifadə olunan xlor, bəzi meyvələr və hətta ev tozu gənələri yay aylarında allergiyanın yaranmasına səbəb ola bilər. Mütəxəssislər bu riskləri azaltmaq üçün sadə, lakin effektiv qorunma qaydalarına əməl etməyi tövsiyə edirlər.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasının allergoloqu Aynur Məmmədova bildirib ki, yayda daha çox rast gəlinən allergiyalardan biri günəş allergiyasıdır: “Bu zaman günəş şüalarının təsiri nəticəsində dəridə qızartı, səpkilər, qabarcıqlar və qaşınma yarana bilər. Əlamətlərin şiddəti günəş altında qalma müddətindən və insanın fərdi həssaslığından asılı olaraq dəyişir. Bəzi hallarda isə günəşə çıxmazdan əvvəl istifadə edilən ətir, losyon və ya kremlər də allergik reaksiyaya səbəb ola bilər. Bu səbəbdən günəş şüalarının daha intensiv olduğu saat 10:00–dan 16:00-dək açıq havada uzun müddət qalmamaq, gün eynəyi və papaqdan istifadə etmək, günəş şüaları düşən nahiyələrə ətir və losyon vurmamaq, uzunqol geyimlərə üstünlük vermək, həmçinin günəşdən qoruyucu kremi çölə çıxmazdan 30 dəqiqə əvvəl çəkmək və hər 2–3 saatdan bir yeniləmək tövsiyə olunur”.

O deyib ki, yayın gəlişi ilə havada polenin miqdarı artır. Çəmən, ot və taxıl polenləri mövsümi allergiyanın ən geniş yayılmış səbəbləri hesab edilir. Polenə qarşı həssaslığı olan şəxslər onun daha çox olduğu səhər və günorta saatlarında pəncərə və qapıları bağlı saxlamalı, mümkün olduqda açıq havada uzun müddət qalmamalı, çöldən qayıtdıqdan sonra paltarlarını dəyişərək duş qəbul etməli, paltarları isə açıq havada deyil, qapalı şəraitdə qurutmalıdırlar.

Aynur Məmmədova, həmçinin diqqətə çatdırıb ki, yay aylarında təbiətdə daha çox vaxt keçirilməsi həşərat sancmaları ilə bağlı allergik reaksiyaların da artmasına səbəb olur: “Arılar, qarışqalar və digər sancan həşəratlar bəzi insanlarda sadə qızartı və şişkinlikdən tutmuş qarın ağrısı, qusma, nəfəs darlığı və hətta anafilaksiya kimi həyati təhlükəli vəziyyətlər yarada bilər. Arı sancmasına qarşı allergiyası olan şəxslərdə bədən və üzdə güclü şişkinlik, arterial təzyiqin enməsi və huşun itməsi kimi əlamətlər yaranarsa, dərhal təcili tibbi yardım göstərilməlidir. Parlaq rəngli və çiçək naxışlı geyimlərdən, eləcə də çiçək ətirlərindən uzaq durmaq, açıq havada şirin içkiləri ehtiyatla istifadə etməmək və həşəratqovucu vasitələrdən yararlanmaq lazımdır”.

Onun sözlərinə görə, isti havalarda hovuzlardan istifadə edən insanların bir hissəsində isə dezinfeksiya məqsədilə istifadə olunan xlor allergik reaksiyalara səbəb ola bilər: “Belə hallarda dəridə və gözlərdə qızartı, qaşınma, burun tutulması, asqırma və göz yaşarması müşahidə edilir. Xlora qarşı həssaslığı olan şəxslərin hovuzdan istifadə etməməsi, digər insanların isə hovuzdan sonra mütləq duş qəbul etməsi və gigiyenik vəziyyətinə əmin olmadıqları hovuzlardan uzaq durması tövsiyə olunur”.

Allergoloq qeyd edib ki, yay mövsümünün sevilən meyvələri də bəzi insanlar üçün allergiya mənbəyi ola bilər: “Xüsusilə çiyələk, şaftalı və qarpız allergik xüsusiyyəti daha yüksək olan meyvələr hesab edilir. Allergiya yaradan qidanın qəbulundan sonra burun axması, burun tutulması, dəri səpkiləri, qarın ağrısı, ishal və köp yarana, ağır hallarda isə anafilaksiya inkişaf edə bilər. Bu səbəbdən qida allergiyası olan şəxslər allergiya yaradan məhsullardan uzaq durmalı, hazır qidaların tərkibini diqqətlə oxumalı və ictimai iaşə müəssisələrində allergiyaları barədə əvvəlcədən məlumat verməlidirlər”.

Mütəxəssis yay aylarında ev tozu gənələrinin də allergiyanın yaranmasında mühüm rol oynadığını bildirib: “Qapı və pəncərələrin daha çox açılması, həmçinin vaxtında təmizlənməyən kondisionerlər toz gənələrinin çoxalmasına şərait yaradır. Allergiya riskini azaltmaq üçün hava filtri olan kondisionerlərdən istifadə etmək, filtrləri mütəmadi təmizləmək, yatağa gündəlik geyimlə girməmək, yataq dəstlərini tez-tez dəyişmək və ev tozu gənəsinə qarşı həssaslığı olan şəxslərin xalçasız otaqlara üstünlük verməliyik”.

Aynur Məmmədova xüsusi olaraq vurğulayıb ki, allergik reaksiyaların qarşısını almağın ən effektiv yolu allergenlərdən mümkün qədər uzaq durmaq, fərdi qoruyucu tədbirlərə əməl etmək və ciddi əlamətlər yarandıqda vaxt itirmədən həkimə müraciət etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Avqust 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see285

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see254

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see243

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see212

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see205

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see203

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see202

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see199

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see197

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see194

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see190

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see188

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see186

“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib

10 Avqust 2026 19:00see185

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see177

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see177

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see173

Messi atası ilə vida mərasimində görüntüləndi FOTO/VİDEO

10 Avqust 2026 01:31see164

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see157

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA sı vurulub

09 Avqust 2026 22:42see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri