Icma.az
close
up
RU
Azərbaycanda yay düşərgələri əl yandırır SİYAHI

Azərbaycanda yay düşərgələri əl yandırır SİYAHI

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yay tətilinin başlaması ilə minlərlə valideyn övladının vaxtını səmərəli keçirməsi üçün düşərgə axtarışına çıxır. Lakin builki qiymətlər xidmətin artıq hər büdcəyə uyğun olmadığını göstərir.

“Yeni Sabah”ın araşdırmasına görə, Azərbaycanda fəaliyyət göstərən özəl düşərgələrdə cəmi 2 həftəlik proqramların qiyməti 1500 manata qədər yüksəlir.

Ən bahalı proqramlardan biri “Tredu” yay düşərgəsidir. Toyuqlu pizza

“Sea Breeze” ərazisində yerləşən “Landau School”un təşkil etdiyi düşərgə 15 iyundan avqustun 24-nə qədər fəaliyyət göstərəcək. Proqram həftədə 5 gün davam edir və 5-17 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

İştirakçılar hər həftə fərqli ölkələrin mədəniyyəti, adət-ənənələri, mətbəxi və dili ilə tanış olurlar. Bir həftəlik proqramın qiyməti 750 manat, iki həftəlik proqramın qiyməti isə 1500 manatdır.

Qiymət siyahısında növbəti yerdə “CAMPHOOD 2026 Summer Camp” qərarlaşır. Bilgəh qəsəbəsində keçiriləcək düşərgə iyunun 22-dən avqustun 31-ə qədər müddəti əhatə edəcək. 5-17 yaşlı uşaqlar üçün nəzərdə tutulan proqram komanda oyunları, yarışlar, hovuz fəaliyyətləri, ekskursiyalar və şəxsi inkişaf məşğələlərini əhatə edir. Bir həftəlik gündəlik proqram 490 manat, “yatılı proqram” 650 manatdır. İki həftəlik proqramlar isə müvafiq olaraq 980 və 1300 manat təşkil edir.

“Summer Schools Azerbaijan” düşərgəsi də ən yüksək qiymətli proqramlar sırasındadır. Bilgəhdə yerləşən “Xəzri İstirahət Mərkəzində” təşkil olunan düşərgə iyunun sonundan avqustun sonunadək müxtəlif növbələrlə keçiriləcək. 5-16 yaşlı uşaqlar üçün nəzərdə tutulan proqramda həm gündəlik, həm də qalmaqla iştirak imkanı yaradılıb. 5 günlük gündəlik proqramın qiyməti 790 manat, “yatılı proqram”ın qiyməti isə 1190 manatdır.

Şamaxıda yerləşən “Shamahouse” istirahət mərkəzində keçiriləcək “Tusi Science Academy” yay düşərgəsi astronomiya və astrofizikaya maraq göstərən uşaqlar üçün nəzərdə tutulub. Düşərgə 7 gecə, 8 gün davam edir və 11-16 yaşlı uşaqları əhatə edir. Burada teleskop müşahidələri, elmi təcrübələr və komanda fəaliyyətləri təşkil olunur. Qiymət qeydiyyat vaxtından asılı olaraq 849-899 manat arasında dəyişir.

Şəki şəhərində yerləşən “Art Hotel”də keçiriləcək “White Academy” yay düşərgəsi 6 gün, 5 gecə davam edəcək. Proqram robototexnika, dronların hazırlanması, ekskursiyalar və müxtəlif yaradıcı fəaliyyətləri əhatə edir. 10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan düşərgənin qiyməti isə 700 manatdır.

“Ramada by Wyndham Baku” otelində təşkil olunan “İngla Summer Camp” da bahalı proqramlar sırasındadır. Düşərgədə idman oyunları, ingilis dili, riyaziyyat və elm dərsləri, həmçinin şəxsi inkişaf təlimləri keçirilir. Beş günlük proqram 500 manat, on günlük proqram isə 700 manat təşkil edir.

Mərdəkanda keçiriləcək “Sciencely Baku” yay elmi düşərgəsi elmi istiqamətli proqramları ilə seçilir. Burada tibb, kimya, biologiya, emosional intellekt və tənqidi düşüncə üzrə beşgünlük kurslar təşkil olunacaq. Hər proqram 09:00-dan 18:00-dək davam edir. 5-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan düşərgənin qiyməti 620 manatdır.

“Blue Camp” yay düşərgəsi də Mərdəkan ərazisində fəaliyyət göstərəcək. Hovuz, akvapark, idman yarışları, ekskursiyalar və yaradıcılıq məşğələlərini əhatə edən proqram 5, 7 və 14 günlük formatlarda təklif olunur. Qiymətlər seçilən paketdən asılı olaraq 325 manatdan başlayaraq 795 manata qədər yüksəlir.

Texnologiyaya maraq göstərən uşaqlar üçün təşkil olunan “Div Academy İT” yay düşərgəsi Bakı şəhərində, Nəriman Nərimanov ərazisində keçiriləcək. Burada uşaqlar Scratch proqramlaşdırması, süni intellekt, VR texnologiyaları və məntiq oyunları ilə tanış olacaqlar. 8-13 yaşlı iştirakçılar üçün nəzərdə tutulan proqramın qiyməti yarımgünlük format üzrə 390 manat, tam günlük format üzrə isə 490 manatdır.

“Happy Camp” yay düşərgəsi 29 iyun-31 iyulda Mərdəkanda fəaliyyət göstərəcək. 5-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan proqram oyunlar, yarışlar və müxtəlif əyləncələrlə müşayiət olunur. Beş günlük proqramın qiyməti 325 manatdır.

Ən aşağı qiymətlərdən biri “Most Kids City” yay düşərgəsindədir. Bilgəhdə yerləşən proqram 2-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Burada üzgüçülük, açıq hava oyunları, inkişafetdirici fəaliyyətlər və dil məşğələləri təşkil edilir. Həftəlik yarımgünlük proqramın qiyməti 165 manat, tam günlük proqramın qiyməti isə 275 manatdır.

Beləliklə, 2026-cı ilin yay mövsümü üçün Azərbaycanda fəaliyyət göstərən düşərgələrdə qiymətlər 165 manatdan başlayaraq 1500 manata qədər yüksəlir. Təklif olunan proqramlar müxtəlif istiqamətləri əhatə etsə də, qiymətlər göstərir ki, yay düşərgəsi seçimi valideynlər üçün təkcə təhsil və istirahət deyil, həm də ciddi maliyyə qərarına çevrilir.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyun 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see240

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see187

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri