Icma.az
close
up
RU
Yay turizm mövsümü Azərbaycanda başladı FOTO

Yay turizm mövsümü Azərbaycanda başladı FOTO

Icma.az, Dogru.az saytına istinadən bildirir.

İyunun 13-də Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib.

Doğru.az xəbər verir ki, mediaturun əsas məqsədi Azərbaycanda yay turizminin inkişafı və təbliğinə dəstək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən tədbirləri, o cümlədən mövcud turizm destinasiyalarını və xidmətləri geniş ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin “Şahdağ” Turizm Mərkəzində aparılan infrastruktur yenilikləri və ziyarətçilər üçün yaradılan yeni imkanlarla bağlı məlumat verməkdir.

Tədbir çərçivəsində turizm sənayesinin yay turizm mövsümünə hazırlığını, eləcə də “Şahdağ” Turizm Mərkəzində yay mövsümündə turistlər üçün nəzərdə tutulan mövcud və yeni turizm məhsullarını əhatə edən təqdimatlar nümayiş olunub.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə 2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manata, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8.2 faizə, turizm üzrə daxilolmaların 7.4 milyard manata çatacağının proqnozlaşdırıldığını bildirib. DTA sədrinin müşaviri bununla yanaşı, bu dövr ərzində regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faizə, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5.8 faizə yüksələcəyinin gözlənildiyini qeyd edib.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova öz çıxışında ilkin qiymətləndirmələrə görə ötən il turizm sektorunun ölkə iqtisadiyyatında payının 4.5 faiz, o cümlədən qeyri-neft və qaz sektorunda isə 6.7 faiz olduğunu qeyd edib. O, həmçinin 2018-2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti növü üzrə ÜDM istehsalının illik orta hesabla 3.8 faiz artdığını, bunun nəticəsində 7 il ərzində bu sektorda yaradılan əlavə dəyərin 30 faiz yüksələrək 2024-cü ildə 3.1 milyard manata çatdığını bildirib. Günay Bayramova 2017-2024-cü illərdə mehmanxana və mehmanxana tipli müəssisələrin sayının 44.4 faiz, onların birdəfəlik tutumunun isə 62 faizə yaxın artığını vurğulayıb.

Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov yay mövsümü ilə əlaqədar ərazidə və hotellərdə mövcud infrastrukturun təkmilləşdirildiyini, yenidənqurma və bərpa işlərinin aparıldığını, o cümlədən kanat xətlərinin, qonaqlara təklif olunan əyləncə növlərinin və atraksionların texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirildiyini qeyd edib. O, paralel olaraq gələn ilin mart ayında “Şahdağ”da keçiriləcək Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanıldığını, yeni 10 km-lik xizək yolunun inşasının aparıldığını, bununla yanaşı, bu ilin sonuna 124 nömrəlik yeni “Lakeside” hotelinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib. Rüstəm Nəcəfov kompleksin inkişafının və genişləndirilməsinin mərhələli şəkildə həyata keçirildiyini və aparılan işlərin davamlı xarakter daşıdığını bildirib.

Mediatur çərçivəsində media nümayəndələri turizm mərkəzində qonaqlara təklif olunan turizm xidmətləri ilə tanış olub, atraksionlardan və müxtəlif yay əyləncələrindən istifadə ediblər.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana səfər edən əcnəbi qonaqların sayı 979 963 nəfər təşkil edib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://dogru.az
archiveBu xəbər 13 İyun 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri