Icma.az
close
up
RU
“Şahdağ” Turizm Mərkəzində yay mövsümü açılıb

“Şahdağ” Turizm Mərkəzində yay mövsümü açılıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Qusar, 23 iyun, AZƏRTAC

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzi 2026-cı ilin yay mövsümünə start verib.

Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ölkə turizminin inkişafında, dağlıq ərazilərin turizm potensialının tanıdılması və dağ turizminin təşviqində əhəmiyyətli rol oynayan turizm mərkəzində bu mövsüm də yerli və əcnəbi turistlərə, aktiv istirahət və əyləncə sevərlərə, eləcə də təbiət həvəskarlarına müxtəlif turizm xidmətləri təqdim ediləcək. Bununla yanaşı yay mövsümü ərzində “Şahdağ”da sağlam həyat tərzinin təşviq edilməsi üçün müxtəlif idman tədbirlərinin təşkili də nəzərdə tutulub.

Son illərdə Azərbaycanda dağ və ekoturizm növlərinə marağın artması fonunda “Şahdağ” tərəfindən yay turizm məhsullarının şaxələndirilməsi, regiona turist axınının stimullaşdırılması və dağlıq ərazilərin turizm imkanlarının geniş auditoriyaya tanıdılması baxımından bir sıra mühüm addımlar atılıb.

İl boyu xidmət göstərən turizm mərkəzi konsepsiyasına əsaslanaraq fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzində kanat xətlərinin sayı 16-ya, yay aylarında mərkəzin açıq və qapalı məkanlarında fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 35-ə, iaşə obyektlərinin sayı isə 30-a çatdırılıb. Həmçinin 124 nömrəlik yeni “Lakeside” Hotel istifadəyə verilib.

Bununla yanaşı V faza üzrə həyata keçirilən tədbirlərə əsasən 2800 metr uzunluqda 26 nömrəli kanat xəttinin inşası davam etdirilir, yeni əyləncələrin yaradılması istiqamətində layihələr üzərində işlər aparılır.

“Şahdağ” Turizm Mərkəzinin il boyu fəaliyyətinin təmin edilməsi ilə dağ və təbiət turizminin inkişafına, region üzrə sosial-iqtisadi fəallığın artırılmasına, məşğulluğun genişlənməsinə və dayanıqlı turizm modelinin formalaşdırılmasına töhfə vermək hədəflənir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri