Icma.az
close
up
RU
Yayda avtomobil sürənlər üçün vacib XƏBƏRDARLIQ

Yayda avtomobil sürənlər üçün vacib XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bildiyimiz kimi, artıq yay mövsümü başlayıb. Havanın temperaturunun yüksəlməsi ilə avtomobillərdə kondisionerdən istifadə də artır. Bununla yanaşı, sürücülərin əksəriyyəti avtomobillərini qış mövsümünə hazırlamağın vacibliyini bilsə də, yay aylarında nəqliyyat vasitəsinə qulluq məsələsi çox vaxt diqqətdən kənarda qalır.

Bəs yüksək temperaturun avtomobilə təsirini minimuma endirmək və mümkün nasazlıqların qarşısını almaq üçün avtomobillərimizi yay mövsümünə necə hazırlamalıyıq?

Avtomobil ustası Səməd Babayev Redaktor.az-a açıqlamasında bildirdi ki, həddindən artıq yüksək temperatur avtomobil mexanizmləri üçün ən azı şaxtalı hava qədər təhlükəlidir:

"Hətta bu hal ciddi nasazlıqlara, qəzalara yol aça bilər. Mühərrikin qaynamasının qarşısını almaq üçün soyutma mayesinin (antifriz) səviyyəsi və keyfiyyəti mütləq yoxlanılmalıdır. Radiator barmaqlıqları toz, yarpaq və həşərat qalıqlarından təmizlənməlidir ki, hava axını mühərriki rahatlıqla soyuda bilsin. Kondisioner sisteminin səmərəli işləməsi üçün freonun (qazın) səviyyəsinə nəzarət edilməli, sistemdə sızma olub-olmadığı yoxlanılmalıdır. Həm kondisionerin effektiv işləməsi, həm də salona bakteriyaların yayılmaması üçün salon filtri yenisi ilə əvəz olunmalıdır".

O qeyd etdi ki, isti asfaltla birbaşa təmasda olan təkərlərin təzyiqi mütəmadi olaraq yoxlanılmalıdır:

"Çünki isti havada genişlənən hava təkərin partlama riskini artırır. Yeyilmiş, istismar müddətini başa vurmuş "yorğun" təkərlərlə yüksək temperaturda yola çıxmaq təhlükəlidir və onlar mütləq yenilənməlidir. Yüksək istidə daxili mayesi daha tez buxarlanan və ömrü qısalan akkumulyatorların doldurulma səviyyəsi (zaryadka) müayinə edilməlidir. Yay istisində öz özlülüyünü itirən mühərrik yağının istifadə müddəti keçibsə, mühərriki daxildən qoruması üçün vaxtında dəyişdirilməlidir. Sürtünmənin artdığı bu mövsümdə əyləc mayesinin normada olub-olmaması xüsusi diqqətdə saxlanılmalıdır. Avtomobil günəş altında saxlanarkən salon panelinin (torpedonun) çatlamasının və rənginin solmasının qarşısını almaq üçün ön şüşədə qoruyucu günlüklərdən istifadə edilməlidir".

Xədicə BAXIŞLI 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri