Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyəti və avtomobildəki vibrasiya boyun fəqərələrinə əlavə yük yaradır.
Mütəxəssis bildirib ki, təkrarlanan bu cür kiçik travmalar zamanla boyun yırtığının yaranmasında rol oynaya bilər. Araşdırmalara görə, gündə 4 saatdan çox avtomobil idarə edən şəxslərdə boyun yırtığı riski daha yüksəkdir.
Avtomobil idarə edərkən yalnız sürüş müddəti deyil, oturma vəziyyəti, yol şəraiti və avtomobilin yaratdığı vibrasiya da əhəmiyyət daşıyır.
Həkim sürücülərə oturacağı düzgün tənzimləməyi, başlığı uyğun vəziyyətə gətirməyi və güzgüləri elə yerləşdirməyi tövsiyə edib ki, başı tez-tez çevirməyə ehtiyac qalmasın.
Görmə problemi olan şəxslər isə avtomobil idarə edərkən uyğun eynək və ya kontakt linzadan istifadə etməlidirlər. Daha yaxşı görmək üçün baş və boynun davamlı hərəkət etdirilməsi boyun əzələlərinə əlavə yük yarada bilər.
Uzun məsafəli səfərlərdə isə təxminən hər 2 saatdan bir fasilə vermək, avtomobildən düşüb qısa müddət gəzmək və bədənin vəziyyətini dəyişmək məsləhət görülür.
Mütəxəssis yol qəzasından sonra yaranan və keçməyən boyun ağrılarının da diqqətdən kənarda saxlanılmamasını vurğulayıb. Qollara yayılan ağrı, keyimə, iynələnmə və ya güc itkisi varsa, həkimə müraciət etmək lazımdır.
Müəllif: Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 07 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















