Icma.az
close
up
RU
Yayda belə sərin hava normaldır?

Yayda belə sərin hava normaldır?

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yay fəslinin çoxdan daxil olmasına baxmayaraq, bir neçə gündür ölkə ərazisində mövsümə uyğun olmayan sərin, küləkli hava şəraiti müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Trend”ə Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev açıqlama verib.

Onun sözlərinə görə, yay fəslinin sərin keçməsi normal hadisədir: “Belə hallara həmişə rast gəlinib. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, iqlimdə normadan meyletmə anlayışı var. Bu meyletmə həm müsbət, həm də mənfi xarakterli ola bilər. Hazırkı hadisədə normadan mənfi meyletmə baş verir. Yəni yay nisbətən sərin keçir. Normadan müsbət meyletmə baş verdikdə isə ekstremal isti yay müşahidə edilə bilər”.

Dosent bildirib ki, qeyd edilənlər atmosfer prosesləri ilə sıx bağlıdır: “Bu cür dəyişikliklər meridional proseslərin təkrarlanmasının çoxalması ilə əlaqədardır. Meridional proseslərin çoxalması isə günəş fəallığının çoxalması ilə sıx bağlıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda bəşəriyyət günəşin 25-ci 11 illik siklindədir. Bu sikl 2019-cu ildən 2030-cu illərə qədər davam edəcək. Apardığımız tədqiqatlar göstərdi ki, günəş fəallığının artması meridional proseslərin təkrarlanmasını çoxaldır.

Dolu, sel, ildırım hadisələri tez-tez təkrarlanır. Bir neçə gündür ölkədə hava çox sərin keçir. Bunu hamı hiss etdi. Güclü külək əsir, buludlu hava üstünlük təşkil edir. Bunların səbəbi şimaldan gələn soyuq hava kütlələrinin əraziyə müdaxiləsidir. Bu proses, adətən, 3-4 gün davam edir. Sonra digər proseslərlə əvəz olunur. Burada sual yaranır ki, hansı fəsad yarana bilər? Fəsadlar üçün əsas yoxdur. Əgər yaz olsaydı, deyərdik ki, məhsul azalacaq, çiçəklər yox olacaq. İndi isə yaydır, qısamüddətli sərinləşmələr insanların həyat tərzinə, səhhətinə müsbət təsir göstərir”.

H.Nəbiyev qeyd edib ki, belə hava şəraitinin nə qədər davam etməsi ilə bağlı proqnoz vermək çətindir: “Ancaq ehtimalı böyükdür. Yayın ümumi fonu istidir, temperatur artmalıdır. Biz subtropik iqlim qurşağında yaşayırıq. Cənubdan bizə tropik hava kütlələri daxil olur. Amma şimaldan gələn hava kütlələri yenidən daxil ola bilər. Bütün bunların hamısını müəyyən edən atmosferin yuxarı qatlarındakı barik sistemlərin vəziyyətidir. O sistemlər şimaldan gələn soyuq hava kütlələrinin ərazimizə daxil olmasına şərait yaradır. Yəni narahat olmağa heç bir əsas və ehtiyac yoxdur. Hər şey normal qaydası ilə gedir. Bu cür hallar həmişə olub və ola bilər. Yadıma düşür ki, yayın qızmar günündə Kəlbəcər, Laçında qar yağdı. Havada olan anomal hadisələr normadan meyletmələrlə bağlıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 İyul 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri