Icma.az
close
up
RU
Yayda dönər təhlükəsi: AQTA dan kritik xəbərdarlıq

Yayda dönər təhlükəsi: AQTA dan kritik xəbərdarlıq

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yay aylarında sevilərək istehlak edilən dönər bəzi hallarda sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər. Xüsusilə mayonez, ketçup və digər sousların isti havada düzgün saxlanılmaması, həmçinin toyuq ətinin lazımi temperaturda bişirilməməsi və ya uzun müddət açıq şəraitdə qalması qida zəhərlənməsi riskini artırır. 

Bəs yayda dönər alarkən nələrə diqqət etmək lazımdır və hansı hallarda onu yemək təhlükəli hesab olunur?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən  (AQTA) AZXEBER.COM-a bildirilib ki, dönər hazırlanmasında istifadə edilən ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir:

"Dönər istehsalı və satışı ilə məşğul olan ictimai iaşə obyektlərində qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır. Dönər hazırlanmasında istifadə edilən ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Dondurulmuş çiy dönər donu açıldıqdan sonra bişirilənə qədər +1°C ilə +4°C temperatur intervalında saxlanmalı və daşınmalı, bu müddət ümumilikdə 8 saatı keçməməlidir”. 

Qurumdan bildirilib ki, qida məhsullarının hazırlanması, saxlanması zamanı sanitar-gigiyenik normalara əməl olunmalıdır:

"Qida məhsullarının hazırlanması, saxlanması və təqdim edilməsi zamanı sanitar-gigiyenik normalara, xüsusilə temperatur rejiminə ciddi riayət edilməlidir. Qida blokunun təmiz saxlanılması, avadanlıqların mütəmadi yuyulması və dezinfeksiyası təmin edilməlidir.

Çarpaz çirklənmənin qarşısının alınması məqsədilə çiy və bişmiş məhsullar üçün hazırlıq sahələri ayrılmalı, istifadə olunan alətlər və iş səthləri fərqləndirilməlidir. İşçi heyət mütəmadi tibbi müayinələrdən keçməli, şəxsi gigiyena qaydalarına əməl etməlidir. Dönər hazırlayan şəxslər birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyündən istifadə etməli, istifadə etdikləri əlcəklə pul, ödəniş kartı, kassa aparatı, POS-terminal və digər əşyalara toxunmamalıdırlar”.

Eyni zamanda agentlik vurğulayıb  ki, satış zamanı bişmiş dönərin temperaturu 65°C-dən aşağı olmamalıdır:

"Satış zamanı bişmiş dönərin temperaturu 65°C-dən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim edilən souslar, mayonez və tərəvəzlərin saxlanma rejiminə də ciddi nəzarət edilməlidir. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12 saat ərzində istifadə olunmalı, hazırlanmış dönər isə 1 saat ərzində istehlak edilməlidir”.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 İyul 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see329

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see279

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see230

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see227

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see222

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see221

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see210

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see207

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see200

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see187

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see186

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see169

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri