Icma.az
close
up
RU
Yayda dönər yemək təhlükəlidir?

Yayda dönər yemək təhlükəlidir?

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yay aylarında isti hava şəraiti ilə əlaqədar bir çox qida məhsulu kimi, dönər də daha tez xarab olur”.

Bunu Metbuat.az-a açıqlamasında qida eksperti Asim Vəli söyləyib. O bildirib ki, isti hava bakteriyaların sürətlə çoxalması üçün ideal şərait yaradır:

“Dönər əsasən ət məhsulu olduğu üçün düzgün saxlanmadıqda və ya gigiyenik qaydalara əməl olunmadıqda sağlamlıq üçün ciddi risklər yarada bilər. Nəzərə almaq lazımdır ki, dönər özü-özlüyündə təhlükəli bir yemək deyil. Risk onun hazırlanma, saxlanma və təqdim olunma şəraitindən qaynaqlanır. Yayda havanın isti olması bakteriyaların, xüsusilə salmonella, e.coli və listeria kimi zərərli mikroorqanizmlərin daha sürətli çoxalmasına səbəb olur. Bu mikroorqanizmlər düzgün bişirilməmiş və ya saxlanılmamış ətlərdə rahatlıqla inkişaf edir. Dönər üçün istifadə olunan ət təzə olmalı, gigiyenik şəraitdə doğranmalı və qarışdırılmalıdır. Ət çiy halda çox uzun müddət açıq havada qalarsa, mikroorqanizmlər sürətlə çoxalır. Ət istehsaldan satışa qədər +4°C-dən yuxarı temperaturda saxlanılmamalıdır. Bu zəncir qırılsa, yəni ət qısa müddət belə olsa, isti şəraitdə qalsa, onun üzərində bakteriyalar əmələ gəlir”.

Ekspert aparatın da hər gün təmizlənməli olduğunu vurğulayıb. A.Vəli əlavə edib ki, ətin tam bişməsinə diqqət yetirmək lazımdır:

“Bəzən dönərin kənarları qızarır, amma içərisi çiy qalır. Bu da bakteriyaların yaşaması üçün əlverişli mühit yaradır. Dönəri hazırlayan şəxsin əl təmizliyi, əlcəkdən istifadə etməsi, öskürək və ya asqırıq zamanı maskadan istifadə etməsi vacibdir. Dönər satıcılar tərəfindən düzgün saxlanmazsa, yəni soyuducusuz şəraitdə uzun müddət saxlanarsa, qida zəhərlənməsinə səbəb ola bilər. Küçə dönərlərində gigiyena qaydaları çox zaman ciddi pozulur. Bu zaman salmonella və digər bakteriyalar orqanizmə keçə bilər”.

Mütəxəssis qeyd edib ki, dönəri yalnız güvəndiyiniz, gigiyena şəraiti olan yerlərdən almalıyq. Ətin tam bişdiyindən əmin olmalıyıq. İçi çiy qalmamalıdır. İsti havada dönər yedikdən sonra qarın ağrısı, ishal, ürəkbulanma kimi əlamətlər yaranarsa, dərhal həkimə müraciət etməliyik.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 29 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri